"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." .....                     Neft Fondu əməkdaşlarının 3 günlük istirahəti üçün .....                     Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır .....                     Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” .....                     Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? .....                     HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib .....                     Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir .....                     Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında .....                     Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? .....                     Paşinyanın Rusiya səfəri... .....                     Qərbin bəzi planları Rusiyada iflasa uğradı .....                     Elçinlə Aydan barışıb? .....                     "Yazılanların hamısı yalandır" .....                     ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." .....                     Azərbaycanda güclü zəlzələ ola bilər? .....                     Həqiqi sülh, yoxsa sülh illüziyası? .....                     “Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır .....                     “Qəçrəş” ASC səhmdarlarını .....                     "Parlamentdə ikinci partiya olmaq istəyirik" .....                     İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib .....                     Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... .....                     Rusiya DİN Zelenskini axtarışa verib .....                     Xankəndi Şəhər Prokurorluğu yaradılıb .....                     Sülh möhkəm olmalıdırsa... .....                     Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? .....                     "Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" .....                     BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR .....                     Tanışının qulağını dişlədi: Həbs olundu .....                     Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb .....                     "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" .....                     Xankəndiyə əhali niyə köçürülmür? .....                     "Dedi, keç dərsə, dəftərini aç... .....                     İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? .....                     "Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" .....                     Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ .....                     Hədəfdə Paşinyandır... .....                     Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... .....                     Paşinyanla bağlı qadağa: .....                     Umico-nun zərəri iki dəfə artdı .....                     Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... .....                 

Bakıdan “Zəngəzur dəhlizi” ilə bağlı kritik qərar – Sensasion detallar
Tarix: 24-04-2024, 14:59 | Çap et
Bakıdan “Zəngəzur dəhlizi” ilə bağlı kritik qərar
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq foruma qatılıb. Forumda çıxış edən ölkə başçısı bir çox məsələyə toxunub.
“Zəngəzur dəhlizi”
Prezident çıxışı zamanı bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb:
“Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı əslində pozur”.
“Zəngəzur dəhlizi” Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərdəndir. Yəni söhbət kommunikasiyaların açılmasından deyil, məhz ifadənin özündən gedir. Belə ki, rəsmi İrəvan regional kommunikasiyaların yol prinsipi ilə, Azərbaycan isə dəhliz prinsipi ilə açılmasını istəyirdi. Lakin Prezidentin də dediyi kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb.
Ümumiyyətlə, rəsmi Bakı addımları reallıqlara və mövcud şəraitə əsasən atır. “Zəngəzur dəhlizi” sözü 2020-2023-cü illərdə Bakıya lazım idi, çünki bu illər ərzində “Laçın dəhlizi” var idi və rəsmi Bakı “dəhlizə dəhliz” prinsipini irəli sürmüşdü. Yəni Ermənistanın dəhlizi olacaqsa, Azərbaycanın da olmalı idi. Lakin lokal xarakterli antiterror əməliyyatları və sonrasında baş verən hadisələr Bakını “dəhlizə dəhliz” prinsipindən uzaqlaşdırdı.
Azərbaycan indiki məqamda “Zəngəzur dəhlizi” sözündən imtina edir və bunu iki ölkə arasında növbəti problemin həlli üçün edir. Lakin dəyişməyən bir mövqe var ki, o da 10 noyabr bəyanatındakı “maneəsiz hərəkət” anlayışıdır. Prezident qeyd edib ki, “İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət təbii ki, çox məyus edir”.
Yəni rəsmi Bakı üçün “Zəngəzur dəhlizi” sözündən imtina mümkündür, lakin 10 noyabr bəyanatında yazılmış “maneəsiz hərəkət” anlayışı hələ də aktualdır. Mümkündür ki, sərhəd komissiyalarının iclasında bu məsələ də müzakirə edilir, lakin hələlik ortaq məxrəcə gəlinməyib.
Sülh müqaviləsi
Prezident çıxışı zamanı Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqları və sülh müqaviləsindən bəhs edib. Ölkə başçısı qeyd edib:
“Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.
Ötən ay baş verən kiçikçaplı sərhəd təxribatlarına baxmayaraq, Bakı və İrəvan arasında rəsmi və qeyri-rəsmi səviyyədə danışıqlar davam edirdi. Ən əsası sərhəd komissiyalarının görüşü keçirilir, mübahisəli məsələlərə dair müzakirələr aparılırdı. Danışıqlar prosesi ilə bağlı əsas pozitiv məqam isə masada 70-75% razılaşdırılmış bir sənədin olmasıdır. Bu baxımdan ölkə başçısının da dediyi kimi, sülhə heç vaxt belə yaxın olmamışdıq.
Prezident bildirib ki, Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlət başçısı onu da vurğulayıb ki, “baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar”.
Prinsip etibarilə yekun sülh müqaviləsinin imzalanması üçün hələ tezdir. Lakin ən azından ilkin sülh müqaviləsi imzalamaq olar. Hazırda iki ölkə arasında razılaşdırılan məqamlar var və danışıqlar masasındakı sülh sənədi hazırkı halı ilə çərçivə sazişi kimi imzalana bilər. Növbəti müddət ərzində isə yekun sülh müqvailəsi ilə bağlı danışqlar aparılar. Bunu Prezidentin “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır” sözləri də təsdiqləyir.
Rəsmi Bakı COP29-dan əvvəl sülh sazişinə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək istəyir.
Qazaxıstan görüşü
Prezident deyib ki, rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib, əgər İrəvan da razılaşsa, görüş reallaşa bilər.
Ermənistan tərəfi hələlik bir cavab verməsə də, Bakı bu görüşün keçirilməsində maraqlıdır. Görüşün təfərrüatları hələlik bəlli deyil, lakin onu demək olar ki, XİN başçılarının gündəmində delimitasiyanın bundan sonrakı mərhələsi, ilkin sülh müqaviləsi, kommunikasiya xətlərinin açılması və maneəsiz hərəkətin təmin edilməsi kimi məsələlər ola bilər. Xüsusilə sülh sazişi çərçivəsində qarşılıqlı ərazi bütövlüyünün tanınması məsələsi də razışlaşdırıla bilər.
Qazaxıstanda XİN başçılarının görüşündə bu məsələlər müzakirə edilsə və müəyyən razılıq əldə olunsa, bunu İkinci Alma-Atı bəyannaməsi kimi də qəbul etmək olar.

Müəllif: Politoloq Turan Rzayev
dıa-az.ınfo









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 06:45
Neft Fondu əməkdaşlarının 3 günlük istirahəti üçün 118 min manat xərcləyəcək
Bu gün, 06:39
Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır - deputat
Bu gün, 00:05
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 00:02
Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? - AKTUAL
Dünən, 11:05
HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Dünən, 10:53
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir - MƏQALƏ
Dünən, 10:35
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
Dünən, 10:22
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 09:37
Paşinyanın Rusiya səfəri... - NƏ GÖZLƏYƏK?
Dünən, 09:30
Qərbin bəzi planları Rusiyada iflasa uğradı - Alman nəşri
Dünən, 09:27
Elçinlə Aydan barışıb? - FOTO
Dünən, 09:23
"Yazılanların hamısı yalandır" - keçmiş nazir
Dünən, 09:21
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
Dünən, 09:18
Azərbaycanda güclü zəlzələ ola bilər? - AKTUAL
Dünən, 09:15
Həqiqi sülh, yoxsa sülh illüziyası? - Bizim onsuz da başqa çıxış yolumuz yoxdur...
Dünən, 09:13
“Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır
Dünən, 00:05
“Qəçrəş” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 00:02
"Parlamentdə ikinci partiya olmaq istəyirik"
4-05-2024, 17:34
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - Akif
4-05-2024, 17:28
Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ...
4-05-2024, 16:48
Rusiya DİN Zelenskini axtarışa verib
4-05-2024, 16:29
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
4-05-2024, 14:15
Sülh möhkəm olmalıdırsa... ARAÇIYA NƏ HACƏT?
4-05-2024, 14:02
Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? - NƏ BAŞ VERİR?
4-05-2024, 14:00
"Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" - AÇIQLAMA
4-05-2024, 13:56
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
4-05-2024, 13:01
Tanışının qulağını dişlədi: Həbs olundu - TƏFƏRRÜAT
4-05-2024, 12:53
Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb - VİDEO
4-05-2024, 12:52
"Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" - "Yelo Bank"dan şikayət
4-05-2024, 12:44
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
4-05-2024, 12:31
"Dedi, keç dərsə, dəftərini aç... - bir sözlə, söhbəti beləcə yayındırdı"
4-05-2024, 12:28
İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? - Ekspert danışır...
4-05-2024, 12:01
"Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" - ÇAĞIRIŞ
4-05-2024, 12:00
Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”
4-05-2024, 11:57
Hədəfdə Paşinyandır... - Bakıdan ŞƏRH
4-05-2024, 11:54
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... - Ermənistanda xaos gözlənilir?
4-05-2024, 11:48
Paşinyanla bağlı qadağa: - “Yaxınlaşmaq olmaz”
4-05-2024, 11:40
Umico-nun zərəri iki dəfə artdı - HESABAT
4-05-2024, 11:32
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... - Görünəni odur ki...
4-05-2024, 11:28
“Durum burda bunu sevim, orda onu… - Bunlar mənlik deyil”
4-05-2024, 11:18
İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər...
4-05-2024, 11:15
Azərbaycanlılarla özbəklər arasında DAVA: - ölən və yaralananlar var
4-05-2024, 11:08
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
4-05-2024, 11:05
AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açıldı - FOTO
4-05-2024, 10:59
Müsavat partiyası qurultaya belə başladı - Tək namizədlə yeni başqan seçilir...
4-05-2024, 10:53
Rusiya ŞƏKƏR İXRACINI dayandırdı... - YENİ BÖHRAN ANONSU...
4-05-2024, 10:46
"Avropa başa düşür ki, Azərbaycan olmasaydı..." - deputat
4-05-2024, 10:43
“Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” - ETİRAZ
4-05-2024, 10:42
“Ağdamın yeni vəziyyətini görmək istəyirəm” - Arif Babayev səhhətindən danışdı
4-05-2024, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru