Rusiya DİN Zelenskini axtarışa verib .....                     Xankəndi Şəhər Prokurorluğu yaradılıb .....                     Sülh möhkəm olmalıdırsa... .....                     Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? .....                     "Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" .....                     BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR .....                     Tanışının qulağını dişlədi: Həbs olundu .....                     Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb .....                     "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" .....                     Xankəndiyə əhali niyə köçürülmür? .....                     "Dedi, keç dərsə, dəftərini aç... .....                     İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? .....                     "Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" .....                     Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ .....                     Hədəfdə Paşinyandır... .....                     Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... .....                     Paşinyanla bağlı qadağa: .....                     Umico-nun zərəri iki dəfə artdı .....                     Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... .....                     “Durum burda bunu sevim, orda onu… .....                     İcra başçıları arasında gizli rəqabət başladı .....                     Azərbaycanlılarla özbəklər arasında DAVA: .....                     Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb .....                     AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açıldı .....                     Müsavat partiyası qurultaya belə başladı .....                     Rusiya ŞƏKƏR İXRACINI dayandırdı... .....                     "Avropa başa düşür ki, Azərbaycan olmasaydı..." .....                     “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” .....                     “Ağdamın yeni vəziyyətini görmək istəyirəm” .....                     Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? .....                     Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat silahı tapılıb .....                     Naxçıvan Sanitar Təmizlik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir .....                     Azərbaycanda mülki polis özünü asdı .....                     Hİİ-də növbəti təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib .....                     “Green card”a müraciət edənlərin NƏZƏRİNƏ .....                     Kopmanın Bakı səfəri: Aİ rəsmisi Cənubi Qafqaza niyə gəlib? .....                     Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır .....                     "Avtobusda sıxlıqdan o gün bir qızın ürəyi getdi..." .....                     İşəgötürən hər gecikdirilmiş gün üçün... .....                     Anklavlarla bağlı iki fərqli baxış: Referendum, yoxsa mübadilə? .....                 

“Qarabağ Ermənistandır və nöqtə”dən başlayan yol... - Bir jurnalistin təkamülü
Tarix: 25-04-2024, 06:28 | Çap et
“Qarabağ Ermənistandır və nöqtə”dən başlayan yol...
Ermənistanın baş naziri Nikol Paşinyanın keçdiyi siyasi təkamül yolu maraq doğurur. Bəzi qüvvələr bu təkamülə sevinir, bəziləri təəccüblənir, nəhayət, bəziləri narazı və qəzəblidirlər.

Sözsüz ki, qəzəblənənlər siyahısına Rusiya hakimiyyəti və onun Ermənistandakı forpostu sayılan qüvvələr başçılıq edir. Paşinyanın təkamülü onları qətiyyən qane etmir, hətta onlar üçün təhlükəlidir. İnsaf naminə qeyd etmək lazımdır ki, Moskva hələ ilk gündən Paşinyanın təhlükə olduğunu anlamışdı və buna görə də onun baş nazir olmaması üçün əlindən gələni edirdi. Amma alınmadı.

Nikol Paşinyanın siyasi təkamülündən qəzəblənən qüvvələr arasında Qərbdəki erməni diasporunu da göstərmək lazımdır. Baş nazir onların uydurma “Böyük Ermənistan” planlarına qətiyyən uyğun gəlmir, Qarabağ itirilib, Paşinyan erməniləri tamamilə fərqli istiqamətə aparır.

Amma maraqlıdır ki, diasporun geniş şəkildə təmsil olunduğu və meydan verildiyi Qərb hakimiyyət dairələrində bu təkamül razılıqla qarşılanır. Niyə də yox? Ermənistan baş naziri ölkəni Rusiyanın ağuşundan çıxarır, üzünü Qərbə tərəf çevirir. Uzun müddət Qərbin Qafqaza girməsi yolunda maneə olan Qarabağ problemi həll olunub, ABŞ-ın da, Avropanın da, Çinin də marağında olduğu “Orta dəhliz” açılır.

Ermənistanda əhali həm sevinir, həm heyrətlənir, həm də qəzəblənir. Ona görə heyrətlənir ki, Paşinyanın gəlişi özü ilə erməni cəmiyyəti üçün öyrəşmədiyi demokratiya, azadlıq gətirib. Ona görə sevinir ki, ölkə Rusiya buxovlarından azad olur, iqtisadi dirçəliş var. Nəhayət, nə qədər absurd olsa da, eyni zamanda ermənilərin də qollarına vurulan qandal rolunu oynayan Qarabağ problemi hansısa formada həll olunur. Amma həm də ona görə qəzəblidirlər ki, Qarabağ problemi onların istədiyi formada həll olunmayıb və artıq geri dönüş yoxdur...

Bu fərqli münasibətin kökündə nə durur və ümumiyyətlə, Paşinyanın siyasəti nədir? Bunun üçün ən azı, onun son olaraq Britaniya mətbuatına verdiyi müsahibəsindəki bəzi məqamlara göz ataq:

- Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin praktiki mərhələsindəyik və bu, təhlükəsizlik risklərinin minimuma endirilməsi nöqteyi-nəzərindən çox mühümdür.

- Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağıldığı dövrdə mövcud olan sərhədləri bərpa etmək lazımdır.

- Əslində biz Qərbdən heç vaxt uzaq olmamışıq. Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətlər əlaqələrimizin dərinləşməsinə xidmət edir. 2018-ci il inqilabından sonra demişdik ki, demokratiya bizim üçün bir anlıq dəyər deyil, strategiyadır. Diversifikasiya məsələsi də var ki, bu da öz növbəsində səbəb deyil, nəticədir. Onu da qeyd edim ki, diversifikasiya hazırda dünyadakı tendensiyadır.

- İstənilən investisiya sülh tələb edir, o cümlədən regional kontekstdə. Biz Azərbaycanla son beş ayda iki mühüm razılaşma əldə etmişik. Sülh ilk növbədə Ermənistan və Azərbaycan xalqlarına lazımdır.

- Biz Azərbaycanla razılığa gəldik ki, delimitasiya üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsini qəbul edirik.

- Alma-Ata Bəyannaməsinə əsasən, orada qeyd olunan sərhədlər həm də KTMT-nin məsuliyyət zonası hesab edilir. Bu o deməkdir ki, əgər sərhədlər pozulursa, o zaman KTMT mexanizmləri işə salınmalıdır. Lakin bu cür hallar baş verəndə Ermənistan KTMT-yə müraciət etsə də, sərhədlərin delimitasiyası aparılmadığına görə heç bir cavab almayıb.

- Hazırda biz KTMT-də iştirakımızı praktiki olaraq dayandırmışıq və vəziyyət belə davam edərsə, geri dönüşü olmayan həddə çata bilərik.

- Bu yaxınlarda Dağlıq Qarabağdan olan bir qadın məndən ermənilərin Dağlıq Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşdu.

Mən indiki vəziyyəti, dünyadakı situasiyanı və Azərbaycanın mövqeyini nəzərə alaraq, səmimi cavab verdim ki, bu, hazırda mümkün deyil. Çünki əks halda etnik təmizləmə baş verməzdi. Bunun qarşısını almaq üçün hər cür səy göstərmişik.

- Sizə düzünü demək istəyirəm: Ermənistan Dağlıq Qarabağ uğrunda döyüşmək fikrində deyil. Hazırkı proseslər sülhə və regional təhlükəsizliyə yönəlmiş səylərimizin səmimiliyinə dəlalət edir.

- Son beş ayda Azərbaycanla mühüm razılaşma əldə olunub və bu, sülhün ilk benefisiarlarının Ermənistan və Azərbaycan xalqları olduğunu göstərir. Bu nəzəri tezis addım-addım əsaslı şəkildə həyata keçirilə bilər.

- Ermənistanın heç bir istiqamətdə - nə şimalda, nə cənubda, nə qərbdə, nə də şərqdə 29 743 kv.km-dən artıq əraziyə ambisiyaları yoxdur. Hesab edirik ki, müstəqilliyimizi, suverenliyimizi bu əsasda qurmalı və inkişaf etdirməliyik.

- Əslində bizim regionda münasibətlərin diversifikasiya siyasətinə Rusiya başlayıb və bu siyasətin konkret tarixi var. 2012-2013-cü ilə qədər siyasət Ermənistanın Rusiyanın Cənubi Qafqazda və KTMT çərçivəsində müttəfiqi, Azərbaycanın isə tərəfdaş olmasından ibarət idi. 2013-cü ildə Rusiya ilə Azərbaycan arasında çoxmilyardlıq silah müqaviləsi imzalandı və Rusiya Azərbaycanla münasibətlərini diversifikasiya etməyə başladı.

- Biz sülh gündəmini ardıcıl olaraq təbliğ etməliyik, çünki bu, düşmənçiliyin kökünün kəsilməsinin açarıdır.

- Bu proses üç əsas prinsipə əsaslanmalıdır: qarşılıqlı şəkildə suverenliyin tanınması, delimitasiya prosesi üçün əsas kimi Alma-Ata Bəyannaməsindən istifadə və müvafiq ölkələrin yurisdiksiyası əsasında nəqliyyat marşrutlarının açılması.

Paşinyanın son açıqlamaları, siyasi təkamülü belədir. Və sual yaranır: Azərbaycanda onun bu təkamülünə münasibət necədir və ümumiyyətlə, necə olmalıdır?

Baş nazir müsahibəsində bir çox başqa məsələlərə də toxunub. Onların arasında Azərbaycan tərəfini qane etməyən məqamlar, uydurma iddialar da kifayət qədərdir. Və bu zaman unutmaq olmaz ki, Paşinyan hər şeydən öncə erməni xalqını təmsil edir və onun başçılıq etdiyi ölkə 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Özü isə hakimiyyətə gəldiyi ilk vaxtlarda Xankəndinin mərkəzində “Qarabağ Ermənistandır və nöqtə” deyən şəxsdir.

Amma bu təkamül əslində bizi narahat etməməlidir və qane edir. Paşinyanın yerinə daha arzuedilməz, proqnozlaşdırılması mümkün olmayan, ya da hansısa beynəlxalq güc mərkəzinə daha sıx bağlılığı olan başqa şəxs gələ bilər(di). Etiraf edək ki, bu zaman Azərbaycana qarşısına qoyduğu məsələləri həyata keçirmək üçün daha çox zaman və güc lazım gələrdi.

İndi isə Paşinyanın özünün şəxsi keyfiyyətləri, beynəlxalq güclərin onun qulağına pıçıldadığı həqiqətləri qəbul etmək bacarığı, eləcə də başı üzərində daim sıxılmış halda dayanan yumruğun ağır fəsadlarını öncədən görə bilməsi bu prosesi asanlaşdırır.

Səlim ƏZİZOĞLU
Press Klub








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya DİN Zelenskini axtarışa verib
Bu gün, 16:29
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
Bu gün, 14:15
Sülh möhkəm olmalıdırsa... ARAÇIYA NƏ HACƏT?
Bu gün, 14:02
Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
"Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" - AÇIQLAMA
Bu gün, 13:56
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
Bu gün, 13:01
Tanışının qulağını dişlədi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:53
Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb - VİDEO
Bu gün, 12:52
"Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" - "Yelo Bank"dan şikayət
Bu gün, 12:44
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
Bu gün, 12:31
"Dedi, keç dərsə, dəftərini aç... - bir sözlə, söhbəti beləcə yayındırdı"
Bu gün, 12:28
İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? - Ekspert danışır...
Bu gün, 12:01
"Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”
Bu gün, 11:57
Hədəfdə Paşinyandır... - Bakıdan ŞƏRH
Bu gün, 11:54
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... - Ermənistanda xaos gözlənilir?
Bu gün, 11:48
Paşinyanla bağlı qadağa: - “Yaxınlaşmaq olmaz”
Bu gün, 11:40
Umico-nun zərəri iki dəfə artdı - HESABAT
Bu gün, 11:32
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... - Görünəni odur ki...
Bu gün, 11:28
“Durum burda bunu sevim, orda onu… - Bunlar mənlik deyil”
Bu gün, 11:18
İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər...
Bu gün, 11:15
Azərbaycanlılarla özbəklər arasında DAVA: - ölən və yaralananlar var
Bu gün, 11:08
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Bu gün, 11:05
AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açıldı - FOTO
Bu gün, 10:59
Müsavat partiyası qurultaya belə başladı - Tək namizədlə yeni başqan seçilir...
Bu gün, 10:53
Rusiya ŞƏKƏR İXRACINI dayandırdı... - YENİ BÖHRAN ANONSU...
Bu gün, 10:46
"Avropa başa düşür ki, Azərbaycan olmasaydı..." - deputat
Bu gün, 10:43
“Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” - ETİRAZ
Bu gün, 10:42
“Ağdamın yeni vəziyyətini görmək istəyirəm” - Arif Babayev səhhətindən danışdı
Bu gün, 10:39
Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? – Üçünü bilyard oynayanda, Araiki isə...
Bu gün, 10:30
Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat silahı tapılıb
Bu gün, 10:27
Naxçıvan Sanitar Təmizlik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir - VİDEO
Bu gün, 10:19
Azərbaycanda mülki polis özünü asdı
Bu gün, 10:04
Hİİ-də növbəti təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib
Bu gün, 10:03
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ - Diqqət!
Bu gün, 09:57
Kopmanın Bakı səfəri: Aİ rəsmisi Cənubi Qafqaza niyə gəlib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:56
Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...
Bu gün, 09:52
"Avtobusda sıxlıqdan o gün bir qızın ürəyi getdi..." - GİLEY
Bu gün, 09:48
İşəgötürən hər gecikdirilmiş gün üçün... - Ekspert danışır...
Bu gün, 09:40
Anklavlarla bağlı iki fərqli baxış: Referendum, yoxsa mübadilə? - İNCƏLƏMƏ
Bu gün, 09:39
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb... - “Past”
Bu gün, 09:38
“Freedom Finance Azerbaijan” səhmlərini dövriyyədən çıxarır
Bu gün, 09:37
Revanşistlər özlərinə “yeni lider” tapdılar – Köçəryan da onu dəstəklədi
Bu gün, 09:36
Dövlət agentliyi elan etdiyi tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 09:34
Rusiyanın Azərbaycandakı dərman şirkəti bağlandı
Bu gün, 09:30
Naxçıvanda yeni nazir təyinatı... GÖZLƏNİLİR!
Bu gün, 09:25
ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:23
İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI
Bu gün, 09:06
Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"... - İLGİNC
Bu gün, 09:02
Katibə işləyəndə mənə gülürdülər… - Nigar Köçərli
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru