“Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır .....                     “Qəçrəş” ASC səhmdarlarını .....                     "Parlamentdə ikinci partiya olmaq istəyirik" .....                     İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib .....                     Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... .....                     Rusiya DİN Zelenskini axtarışa verib .....                     Xankəndi Şəhər Prokurorluğu yaradılıb .....                     Sülh möhkəm olmalıdırsa... .....                     Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? .....                     "Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" .....                     BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR .....                     Tanışının qulağını dişlədi: Həbs olundu .....                     Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb .....                     "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" .....                     Xankəndiyə əhali niyə köçürülmür? .....                     "Dedi, keç dərsə, dəftərini aç... .....                     İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? .....                     "Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" .....                     Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ .....                     Hədəfdə Paşinyandır... .....                     Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... .....                     Paşinyanla bağlı qadağa: .....                     Umico-nun zərəri iki dəfə artdı .....                     Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... .....                     “Durum burda bunu sevim, orda onu… .....                     İcra başçıları arasında gizli rəqabət başladı .....                     Azərbaycanlılarla özbəklər arasında DAVA: .....                     Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb .....                     AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açıldı .....                     Müsavat partiyası qurultaya belə başladı .....                     Rusiya ŞƏKƏR İXRACINI dayandırdı... .....                     "Avropa başa düşür ki, Azərbaycan olmasaydı..." .....                     “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” .....                     “Ağdamın yeni vəziyyətini görmək istəyirəm” .....                     Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? .....                     Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat silahı tapılıb .....                     Naxçıvan Sanitar Təmizlik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir .....                     Azərbaycanda mülki polis özünü asdı .....                     Hİİ-də növbəti təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib .....                     “Green card”a müraciət edənlərin NƏZƏRİNƏ .....                 

Ermənistan şərtləri icra etsə, enerji resurslarına çıxış şansı qazanacaq - Əliyev İrəvana yeni "yol xəritəsi" təqdim etdi
Tarix: 25-04-2024, 18:12 | Çap et
Ermənistan şərtləri icra etsə, enerji resurslarına çıxış şansı qazanacaq
Cənubi Qafqazda hazırda mövcud olan əsas problemlərin təməlində məhz ABŞ və Qərbin bu regiona yerləşmək cəhdləri var. Çünki ABŞ və Qərb Cənubi Qafqaz planlarını region ölkələri ilə əməkdaşlıq prinsipləri üzərində qurmağa qətiyyən həvəsli deyil. Əksinə, əsas hədəf olaraq, Ermənistandan geopolitik for-postu kimi istifadə etmək variantı daha ön planda turulur. Və bunun nəticəsində Cənubi Qafqazda sülh prosesi pozulur, regionun inkişaf perspektivləri bloklanır.

Təbii ki, rəsmi İrəvan ABŞ və Qərbə regional forpost xidməti göstərmək öhdəliyi ilə ilk növbədə Ermənistanın gələcək taleyini böyük risk altına atmış olur. Çünki Ermənistan blokada vəziyyətindən xilas etmək şansını məhz ABŞ və Qərbin Cənubi Qafqazdakı maraqlarına qurban verir. Halbuki, Paşinyan hakimiyyəti tam dəqiqliyi ilə bilir ki, Ermənistan üçün taleyüklü məqamlarda ABŞ və Qərb ona dəstək verməyə cəhd belə, göstərməyəcək. Və rəsmi İrəvanın son vaxtlar Azərbaycan ilə sərhədlərin delimitasiya prosesində müəyyən anlaşmalara üstünlük verməsi də məhz Paşinyan hakimiyyətinin Qərbin öz vədlərinə sadiq qalacağına yönəlik şübhə etməsindən qaynaqlanır.

Erməni politoloq Areq Koçinyan da bildirib ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın maraqlarına tamamilə cavab verir. Onun fikrincə, rəsmi İrəvan Ermənistanın təhlükəsizliyi və iqtisadiyyat inkişafı üçün sərhəd qonşuları ilə normal münasibətlərə mütləq nail olmalıdır. Çünki bu iki dövlətlə normal münasibətlər həm Ermənistanın blokadadan çıxmasına, həm də Rusiyadan asılılığın zəiflədilməsinə imkan verə bilər: "Unutmaq olmaz ki, hazırda Ermənistan sərhədlərinin 80 faizi məhz bu iki qonşu ölkə tərəfindən qapadılıb. Bu baxımdan, Azərbaycan və Türkiyə ilə normal münasibətlər Ermənistana regionda daha stabil mövcudluq imkanları aça bilər".

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı olduqca önəmli mesajlar verib. Azərbaycan lideri bildirib ki, iki ölkə arasında sülh sazişinin imzalanmasına nail olmaq indi daha real xarakter daşıyır. Prezident İlham Əliyev onu da vurğulayıb ki, delimitasiya prosesinə Qazaxın işğal altında olan kəndlərində başlanılması Azərbaycanın təklifidir. Çünki bu, rəsmi İrəvanın bu prosesi inkişaf etdirmək niyyətinin nə qədər ciddi olduğunu nümayiş etdirməsi üçün əsl şansdır.

Onu da qeyd etmək lazımdır ki, sülh sazişinin imzalanması və sürətli delimitasiya Ermənistan üçün yeni iqtisadi imkanlar da aça bilər. Belə ki, bu halda, rəsmi İrəvan Azərbaycandan təbii qaz idxalı üçün də müraciət edə bilər. Hər halda, Prezident İlham Əliyev bunun mümkün ola biləcəyini qətiyyən istisna etməyib: "Ermənistan da Azərbaycan təbii qazının potensial alıcısına çevrilə bilər. Gürcüstana ixrac edilən təbii qazın güzəştli qiymətini də nəzərə almaq lazımdır".

Göründüyü kimi, rəsmi Bakı Gürcüstan örnəyi ilə hətta qonşu ölkə kimi Ermənistana təbii qazın güzəştli qiymətlərlə satıla biləcəyinə də eyham vurur. Rusiya enerji resurslarından tamamilə asılı vəziyyətdə olan və buna Azərbaycandan başqa alternativ enerji qaynağı tapmaq şansından məhrum Ermənistan üçün bu olduqca sərfəli variantdır. Ona görə də, Ermənistan parlamentinin spikeri Alen Simonyanın buna dərhal reaksiya verməsi qətiyyən gözlənilməz deyil: “Rəsmi İrəvan Azərbaycandan təbii qaz idxalı ilə bağlı məsələni müzakirə etməyə hazırdır”.

Bu, onu göstərir ki, rəsmi İrəvan Ermənistan üçün mənfəət istiqamətini dərhal müəyyən etməyi bacarıb. Ancaq erməni spiker rəsmi Bakının eyhamından faydalanmaq üçün deyəsən, bir qədər tələsib. Çünki rəsmi Bakı Azərbaycanla ciddi problemləri olan Ermənistanın təbii qaza olan ehtiyaclarını təmin etmək niyyətindən uzaqdır. Rəsmi İrəvan buna nail olmaq üçün əvvəlcə bəzi önəmli şərtləri də yerinə yetirməlidir.

Ona görə də, Paşinyan hakimiyyətinin nümayəndələri rəsmi Bakının əsas şərtlərini anlamaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin mesajları daha diqqətlə təhlil etməlidir. Çünki Azərbaycan lideri Ermənistanın yeni enerji qaynaqlarına ehtiyacı olduğunu bildiyini, ancaq rəsmi İrəvanın bəzi öhdəliklərə və şərtlərə riayət etməsinin vacibliyini də vurğulayıb: "Mən Ermənistanın Qara dəniz elektrik enerjisi xəttinə qoşulmaq istədiyini bilirəm. Ancaq Ermənistan bunu edə bilməz. Çünki Azərbaycanla münasibətlərini normallaşdırmayıb".

Rəsmi Bakının enerji layihələri üzrə və iqtisadi sahədə əməkdaşlıq üçün şərtləri konkret və prinsipialdır. Rəsmi İrəvan ilk növbədə Azərbaycanın təklif etdiyi və beynəlxalq hüquq normalarına əsaslanan beş baza prinsipi çərçivəsində yekun sülh sazişini ən qısa zamanda imzalamalıdır. Sərhədlərin delimitasiya və demarkasiya prosesini maksimum səviyyədə sürətləndirib, sona çatdırmağa çalışmalıdır. Eyni zamanda, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz üzərinə götürdüyü hüquqi öhdəliyi də mütləq yerinə yetirməlidir.

Göründüyü kimi, rəsmi İrəvanın Azərbaycandan enerji resursları almaq şansı mövcuddur. Ancaq bu, indiki düşmənçilik şəraitində mümkün deyil. Ona görə də, rəsmi İrəvan bu şansdan istifadə etmək üçün mütləq konkret addımlar atmaq barədə düşünməlidir. Yəni, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına nail olmalıdır. Və rəsmi Bakı da Ermənistana bu məsələdə verdiyi faydalı təkliflər ilə dəstək olmağa hazır olduğunu sezdirir.

Məsələ ondadır ki, Prezident İlham Əliyevin Ermənistana yönəlik son mesajları əslində, rəsmi İrəvan üçün əsl "yol xəritəsi" xarakteri daşıyır. Çünki Paşinyan hakimiyyəti bu "yol xəritəsi"ni icra edərsə, onda Azərbaycan-Ermənistan münasibətləri normallaşar. Və nəticədə Ermənistanın Azərbaycanla iqtisadi-ticari əməkdaşlıq etməsi, enerji resurslarına çıxış şansı qazanması qarşısında da elə bir ciddi əngəl qalmaz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır
Bu gün, 00:05
“Qəçrəş” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
"Parlamentdə ikinci partiya olmaq istəyirik"
Dünən, 17:34
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - Akif
Dünən, 17:28
Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ...
Dünən, 16:48
Rusiya DİN Zelenskini axtarışa verib
Dünən, 16:29
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
Dünən, 14:15
Sülh möhkəm olmalıdırsa... ARAÇIYA NƏ HACƏT?
Dünən, 14:02
Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? - NƏ BAŞ VERİR?
Dünən, 14:00
"Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" - AÇIQLAMA
Dünən, 13:56
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
Dünən, 13:01
Tanışının qulağını dişlədi: Həbs olundu - TƏFƏRRÜAT
Dünən, 12:53
Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb - VİDEO
Dünən, 12:52
"Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" - "Yelo Bank"dan şikayət
Dünən, 12:44
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
Dünən, 12:31
"Dedi, keç dərsə, dəftərini aç... - bir sözlə, söhbəti beləcə yayındırdı"
Dünən, 12:28
İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? - Ekspert danışır...
Dünən, 12:01
"Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" - ÇAĞIRIŞ
Dünən, 12:00
Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”
Dünən, 11:57
Hədəfdə Paşinyandır... - Bakıdan ŞƏRH
Dünən, 11:54
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... - Ermənistanda xaos gözlənilir?
Dünən, 11:48
Paşinyanla bağlı qadağa: - “Yaxınlaşmaq olmaz”
Dünən, 11:40
Umico-nun zərəri iki dəfə artdı - HESABAT
Dünən, 11:32
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... - Görünəni odur ki...
Dünən, 11:28
“Durum burda bunu sevim, orda onu… - Bunlar mənlik deyil”
Dünən, 11:18
İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər...
Dünən, 11:15
Azərbaycanlılarla özbəklər arasında DAVA: - ölən və yaralananlar var
Dünən, 11:08
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Dünən, 11:05
AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açıldı - FOTO
Dünən, 10:59
Müsavat partiyası qurultaya belə başladı - Tək namizədlə yeni başqan seçilir...
Dünən, 10:53
Rusiya ŞƏKƏR İXRACINI dayandırdı... - YENİ BÖHRAN ANONSU...
Dünən, 10:46
"Avropa başa düşür ki, Azərbaycan olmasaydı..." - deputat
Dünən, 10:43
“Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” - ETİRAZ
Dünən, 10:42
“Ağdamın yeni vəziyyətini görmək istəyirəm” - Arif Babayev səhhətindən danışdı
Dünən, 10:39
Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? – Üçünü bilyard oynayanda, Araiki isə...
Dünən, 10:30
Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat silahı tapılıb
Dünən, 10:27
Naxçıvan Sanitar Təmizlik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir - VİDEO
Dünən, 10:19
Azərbaycanda mülki polis özünü asdı
Dünən, 10:04
Hİİ-də növbəti təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib
Dünən, 10:03
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ - Diqqət!
Dünən, 09:57
Kopmanın Bakı səfəri: Aİ rəsmisi Cənubi Qafqaza niyə gəlib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:56
Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...
Dünən, 09:52
"Avtobusda sıxlıqdan o gün bir qızın ürəyi getdi..." - GİLEY
Dünən, 09:48
İşəgötürən hər gecikdirilmiş gün üçün... - Ekspert danışır...
Dünən, 09:40
Anklavlarla bağlı iki fərqli baxış: Referendum, yoxsa mübadilə? - İNCƏLƏMƏ
Dünən, 09:39
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb... - “Past”
Dünən, 09:38
“Freedom Finance Azerbaijan” səhmlərini dövriyyədən çıxarır
Dünən, 09:37
Revanşistlər özlərinə “yeni lider” tapdılar – Köçəryan da onu dəstəklədi
Dünən, 09:36
Dövlət agentliyi elan etdiyi tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Dünən, 09:34
Rusiyanın Azərbaycandakı dərman şirkəti bağlandı
Dünən, 09:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru