Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir. .....                     Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır? .....                     "Azəri Tikinti Şirkəti” MTK barəsində qərar veriləcək .....                     Fransa Ermənistana qoşun göndərsə: .....                     Çərçivə sazişi gərginliyi aradan qaldıracaq? .....                     Siyasi açılım ehtiyacı: “Parlament seçkilərindən əvvəl referendum keçirilməlidir” .....                     "Azərkosmos" portaldan gizlətdiyi 1,6 milyonluq tenderinə .....                     Böyük güclərin ticarət yolları uğrunda savaşı qızışır .....                     Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer .....                     Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına qarşı etiraz edənlərə qarşı .....                     "Cənab Prezidentimizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm" .....                     “AS İnşaat” 7 min manatadək .....                     "Sənət dostlarımız fəxri ad məsələsinə görə qırılır, sınır" .....                     Pomidorun qiyməti mayda “üz qızardır” .....                     Kremldə şam yeməyi .....                     "Qaya"nın bədii rəhbəri yeni layihəsini təqdim etdi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Rusiya-NATO toqquşmasında əsas hədəf Kalininqrad olacaq .....                     Moskvadakı iclasda şok: .....                     “Qala Maşınqayırma” ASC səhmdarlarını .....                     DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı .....                     Bir qrup incəsənət xadiminə Prezident mükafatları verilib .....                     İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb .....                     “Ağızlarına su alan” incəsənət xadimləri .....                     İcra başçısının müavini .....                     Serjik sərsəmlədi: .....                     Körpə Muradın atası: “Yaralarını bağlamağa bint tapmırıq” .....                     Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi .....                     Serbiya Avropa İttifaqına tabe deyil .....                     DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib .....                     Ermənistan Milli Təhlükəsizlik Xidməti "Vətən uğrunda Tavuş" hərəkatının tərəfdarlarına xəbərdarlıq edib .....                     Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır .....                     "Yetim fəhlə 500 manatla NECƏ DOLANMALIDIR Kİ?" .....                     Gəncə Şəhər İcra Hakimiyyəti məhkəməlik olub .....                     “Xaricdə elə deputat var ki, 40-50 ildir, parlamentdə təmsil olunur” .....                     “Deyirdilər ki, "bəy, sizin yolunuz açıldı, bəs bizim quru yolumuz, gediş-gəlişimiz nə vaxt açılacaq?" .....                     Zəngəzur dəhlizi iki ölkəni üz-üzə qoydu .....                     Agentliyin 2,2 milyon manatlıq tenderinin .....                     İkinci Dünya müharibəsinin iştirakçılarına .....                     Almatı görüşü: NƏLƏR OLA BİLƏR? .....                 

“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
Tarix: 27-04-2024, 14:02 | Çap et
“Qayıdış”ımız Ermənistanda xof yaratdı
2023-cü ilin noyabrında anti-erməni təbliğatına qarşı mübarizə məqsədilə yaradılan “Qeqard” elmi-analitik fondu (erməni dilindən tərcümədə “Nizə” deməkdir) daha bir cəfəngiyyatla gündəmə gəlib. Bu gün - aprelin 27-də Azərbaycanda “Qərbi Azərbaycana qayıdış” adlı məktəb olimpiadasının keçirilməsi planları erməni “nizəçilərinin” xoşuna gəlməyib.

“Təşkil olunmuş məktəb olimpiadası Azərbaycan hakimiyyətinin Ermənistana qarşı təcavüzkar və qanunsuz planlarından əl çəkmək niyyətində olmadığının sübutudur. Bütün bunlar Azərbaycanın uşaqlıqdan öz xalqına anti-erməni nifrətinin necə aşılanmasının göstəricisidir və eyni zamanda sübut edir ki, Azərbaycan hakimiyyəti Ermənistanla bağlı təcavüzkar və qanunsuz planlarından əl çəkməyəcək”, - deyə fonddan açıqlama verilib.

Qeyd edək ki, “Qərbi Azərbaycan” ifadəsi uzun müddətdir Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və Azərbaycan hökumətinin tarixi ədalətin bərqərar olmasına yönəlik addımları fonunda, erməni təbliğatçıları arasında dəhşət və qorxu hissi yayır. Bu, danılmaz faktdır.

Ermənistanın indiki paytaxtının əsası XVI əsrin əvvəllərində Şah İsmayıl Səfəvinin sərkərdəsi Rəvanqulu xan tərəfindən qoyulub. Sonralar bu torpaqlarda İrəvan xanlığı yarandı - Nadir şah Əfşar imperiyasının süqutu nəticəsində yaranmış Azərbaycan dövlətlərindən biri. İrəvan xanlığı 19-cu əsrin birinci rübündə Rusiya imperiyası tərəfindən işğal edildi və mövcudluğunu dayandırdı.

1918-ci ilin mayında aparıcı dövlətlərin təzyiqi nəticəsində İrəvan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri tərəfindən Ermənistana verildi və yeni yaradılmış respublikanın dünyada tanınması üçün Azərbaycanı buna məcbur etdilər. 1920-ci ildə Sovet Azərbaycanının rəhbərliyi Sovet Rusiyasının təzyiqi ilə Zəngəzurun qərb hissəsinin Sovet Ermənistanına verilməsinə razılıq verdi. Beləliklə, dədə-baba Azərbaycan torpaqlarında süni şəkildə erməni dövləti yaradıldı.

Yüzminlərlə azərbaycanlı 1948-1953 və 1988-1991-ci illərdə, vaxtilə mütləq çoxluq təşkil etdiyi Ermənistan ərazisindən qovulub. Qarabağ münaqişəsi 20-ci əsrin sonlarında azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması ilə başlayıb. Nəhayət, Qarabağ münaqişəsinin sona çatması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş proseslər fonunda, azərbaycanlıların Ermənistan Respublikası ərazisindəki öz doğma torpaqlarına - Qərbi Azərbaycana qayıtması imkanı yaranır.

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasının təmin edilməsi konsepsiyası beynəlxalq hüquqa, müvafiq milli qanunvericiliyə, tarixi faktlara əsaslanır və ədalətin, sülhün bərqərar olmasına xidmət edir. Belə ki, Qərbi Azərbaycan İcmasının 2023-cü il martın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyana göndərdiyi məktubda icmanın qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmində olduğu və onun həyata keçirilməsi üçün dialoq yolunu seçdiyi vurğulanır.

Qərbi Azərbaycan icması Paşinyanı əmin edib ki, azərbaycanlıların öz evlərinə sülh yolu ilə qayıtmaq tələbləri Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə iddialar demək deyil.

44 günlük müharibədə qələbədən sonra ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyan Azərbaycan regionda davamlı sülhün bərqərar olması, sülh müqaviləsinin bağlanması və Ermənistanla münasibətlərin normallaşdırılması, bütün kommunikasiyaların açılması üçün böyük səylər göstərir. Təbii ki, regionda sülhün, sabitliyin və çoxtərəfli əməkdaşlığın təntənəsi şəraitində qaçqınların, o cümlədən yüz minlərlə azərbaycanlının Qərbi Azərbaycana - öz keçmiş yaşayış yerlərinə qayıtması üçün tarixi şans yaranacaq.

Beləliklə, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı mövzusu sülh prosesinin elementlərindən biri kimi müəyyən olundu. Azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququnun tanınması Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin mühüm vasitələrindən biridir. Çünki göz qabağındadır ki, bu hüquq təmin edilmədən Azərbaycanla Ermənistan arasında tam barışıq ola bilməz.

Bu baxımdan “Qərbi Azərbaycana qayıdış” mövzusunda məktəb olimpiadasının keçirilməsi heç bir halda Ermənistana qarşı təcavüzün təzahürü ola bilməz. Erməni təbliğatçıları nəhayət dərk etməlidirlər ki, azərbaycanlıların Qərbi Azərbaycana qaytarılması prosesi qaçılmazdır. Və təkrar edirik, bütün bunlar sırf sülh yolu ilə baş verəcək. Geri qayıtmaq hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq sənədlərdə təsbit edilib.

Prezident İlham Əliyevin 2023-cü ilin yanvarında Azərbaycan televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, “Ermənistanın monodövlət damğasını silməsi yaxşı olardı. Bunun ən yaxşı və ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasıdır”.

Gördüyümüz kimi, söhbət tarixi ədalətə nail olmaq istəyi və əzmindən - insanların öz tarixi yurdlarına qayıtmasından gedir. Və “Qeqard” kimi təşkilatların bəyanatları Ermənistanın Azərbaycana qarşı düşmən mövqeyinin hələ də dövlət siyasətinin tərkib hissəsi olaraq qaldığını və dinc yanaşı yaşama, mehriban qonşuluq anlayışlarının ona yad olduğunu göstərir.

ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Bu gün, 19:10
Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır? - MÖHTƏKİR MARAĞI...
Bu gün, 19:00
"Azəri Tikinti Şirkəti” MTK barəsində qərar veriləcək
Bu gün, 18:56
Fransa Ermənistana qoşun göndərsə: - "Azərbaycan Türkiyə və Rusiya ilə birgə..."
Bu gün, 14:10
Çərçivə sazişi gərginliyi aradan qaldıracaq? - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 14:02
Siyasi açılım ehtiyacı: “Parlament seçkilərindən əvvəl referendum keçirilməlidir” - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
"Azərkosmos" portaldan gizlətdiyi 1,6 milyonluq tenderinə - YEKUN VURDU
Bu gün, 13:56
Böyük güclərin ticarət yolları uğrunda savaşı qızışır - Azərbaycanın mövqeyi...
Bu gün, 13:03
Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi
Bu gün, 13:01
Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına qarşı etiraz edənlərə qarşı cinayət təqibi başladılıb
Bu gün, 12:49
"Cənab Prezidentimizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm" - Əməkdar artist
Bu gün, 12:46
“AS İnşaat” 7 min manatadək - CƏRİMƏ EDİLƏ BİLƏR
Bu gün, 12:36
"Sənət dostlarımız fəxri ad məsələsinə görə qırılır, sınır"
Bu gün, 12:20
Pomidorun qiyməti mayda “üz qızardır” - “parnik”i olan OLİQARXLAR...
Bu gün, 12:12
Kremldə şam yeməyi – Menyuda bunlar var idi
Bu gün, 12:10
"Qaya"nın bədii rəhbəri yeni layihəsini təqdim etdi - VİDEO
Bu gün, 12:08
Mülayim şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:00
Rusiya-NATO toqquşmasında əsas hədəf Kalininqrad olacaq - "Bloomberg"
Bu gün, 11:58
Moskvadakı iclasda şok: - Hamı Putinə bunu deyib, təkcə Nikol…
Bu gün, 11:55
“Qala Maşınqayırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:50
DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı yenidən məhkəməlik oldu
Bu gün, 11:36
Bir qrup incəsənət xadiminə Prezident mükafatları verilib - SƏRƏNCAM
Bu gün, 11:30
İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb - SİYAHI
Bu gün, 11:24
“Ağızlarına su alan” incəsənət xadimləri - “Avroviziya” yarışması
Bu gün, 11:22
İcra başçısının müavini VƏFAT ETDİ
Bu gün, 11:20
Serjik sərsəmlədi: - "Yenidən qalib gəlmək istəyiriksə..."
Bu gün, 11:18
Körpə Muradın atası: “Yaralarını bağlamağa bint tapmırıq” - FOTO
Bu gün, 11:10
Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir
Bu gün, 11:09
Serbiya Avropa İttifaqına tabe deyil - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:03
DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib - VİDEO
Bu gün, 10:59
Ermənistan Milli Təhlükəsizlik Xidməti "Vətən uğrunda Tavuş" hərəkatının tərəfdarlarına xəbərdarlıq edib - KİV
Bu gün, 10:58
Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA
Bu gün, 10:57
"Yetim fəhlə 500 manatla NECƏ DOLANMALIDIR Kİ?" - ETİRAZ
Bu gün, 10:56
Gəncə Şəhər İcra Hakimiyyəti məhkəməlik olub - TƏFƏRRÜAT
Bu gün, 10:44
“Xaricdə elə deputat var ki, 40-50 ildir, parlamentdə təmsil olunur” - 74 yaşlı Tahir Rzayev
Bu gün, 10:39
“Deyirdilər ki, "bəy, sizin yolunuz açıldı, bəs bizim quru yolumuz, gediş-gəlişimiz nə vaxt açılacaq?" - Zəlimxan Məmmədli
Bu gün, 10:28
Zəngəzur dəhlizi iki ölkəni üz-üzə qoydu – “Bunu Ankara və Kreml etməlidir”
Bu gün, 10:26
Agentliyin 2,2 milyon manatlıq tenderinin - QALİBİ AÇIQLANDI
Bu gün, 10:22
İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edilib
Bu gün, 10:19
Almatı görüşü: NƏLƏR OLA BİLƏR? - AKTUAL
Bu gün, 10:12
“Azərelektroterm”a yeni direktor onlayn qaydada seçiləcək
Bu gün, 10:01
Paşinyan Putinə açıq şəkildə HÖRMƏTSİZLİK ETDİ və... - GƏLİŞMƏ
Bu gün, 10:00
BAHALI TAKSİ dövrü... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 09:58
Azərbaycan-Bolqarıstan münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:48
Tərtər Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib - FOTO
Bu gün, 09:40
Bu şirkətin mülkiyyətindəki əmlaklar satışa çıxarılır
Bu gün, 09:38
Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları - İLGİNC FAKTLAR
Bu gün, 09:36
Arxitektura Komitəsi də Elşad Həsənovla bacarmır... - Yasamalda daha bir TİKİNTİ ÖZBAŞINALIĞI...
Bu gün, 09:29
"Bakıxanov-Çörək"in səhmdarları toplanır
Bu gün, 09:24
İrəvan “pik”ə iddia edir, 4 şərti isə… – SENSASİON DETALLAR
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru