Ermənistan hansı halda .....                     Mülayim cənub küləyi əsəcək .....                     Təlxəklərin qurbanı olan Ermənistan... .....                     "Super Servis" Xüsusi Firması .....                     Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: .....                     Səfirimiz Tehrana qayıdacaqmı? .....                     “Bir ordu qədər insan sayəmdə pul qazanır” .....                     Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər .....                     Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı .....                     İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi .....                     Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                     "Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu .....                     «Şərqi Zəngəzur»da tenderləri kimlər udur? .....                     Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                     Azərbaycan üçün kritik tarix .....                     SDU-nun rektor müşaviri o oldu .....                     Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır .....                     İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... .....                     “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi .....                     Yevlaxın YARITMAZ BAŞÇISI... .....                     "Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" .....                     Xankəndidə silah və sursatlar aşkarlanıb .....                     Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət .....                     Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb .....                     “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” .....                     Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? .....                     Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı .....                     Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... .....                     Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. .....                     Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. .....                     Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI .....                     Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? .....                     "Tələbə Baş nazir də gördük..." .....                     "Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" .....                     Tanınmış hakimə ağır itki üz verib .....                 

“Crocus City Hall” terroru və qlobal müharibə siqnalı: - “Hədəf Avropa şəhərləridir”
Tarix: 28-03-2024, 06:56 | Çap et
“Crocus City Hall” terroru və qlobal müharibə siqnalı:
Moskvada yaşayan azərbaycanlı politoloq, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi Anar Həsənov AYNA-ya müsahibəsində Moskvanın “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı, hadisənin səbəb-nəticə əlaqəsi və bundan sonra gözlənilən prosesləri təhlil edib. Beləliklə:

- Nə baş verdi Moskvada? Bu faciəyə nə ad vermək olar?

- Mənim üçün nə baş verdiyi deyil, baş verənin dövlət tərəfindən necə təqdim olunması önəmlidir. Əsas olan dövlətin baş vermiş hadisəni kimlərlə və nələrlə əlaqələndirəcəyi və kimi günahkar görəcəyidir. Hələlik dövlət bu məsələdə yekdil qərar qəbul etməyib, istintaq davam edir, versiyalar və işarələr var ki, bu işarələr də Ukraynaya aparır.

Hesab edirəm ki, bu, təkcə bir faciə deyil, bu, böyük bir siyasi hadisədir. Moskva bu hadisəyə siyasi qiymət verəcək. Burada da əsas olan günahkar axtarmaq deyil, faktın özünü siyasətlə əlaqələndirməkdir. Təkcə Rusiyada deyil, bütün dünyada hakimiyyətlər böhran vəziyyətlərini öz xeyirlərinə həll etməyə çalışırlar. Əgər dövlətin düşməni varsa, hakimiyyət hadisəni həmin düşmənlə, yaxud düşmənə xidmət edən “beşinci kolon”la əlaqələndirməyə çalışır. Bu baxımdan düşünürəm ki, Rusiya dövləti bu hadisənin köklərini Ukraynaya bağlayacaq və bunu da əsaslandıra biləcək.

- Öncə erməni faktoru, sonra İŞİD izi, ardınca taciklər və nəhayət, diqqətlər Ukraynaya yönəldi. İndi Moskva ipin ucunu harada axtarır?

- Gəlin məntiqi ardıcıllığa nəzər salaq. Terror aktının radikal dini qruplaşma tərəfindən törədildiyi bəyan edilib. Amma qruplaşma bunun icraçısı ola bilər. Deməli, qruplaşmanın arxasında sifarişçi qüvvə var. Həmin qüvvə Ukrayna ola bilər, çünki Ukrayna ABŞ-ın forpostudur. İndi diqqət edin: İŞİD-i kim yaradıb? Rusiyada birmənalı fikir var ki, İŞİD-i Amerika yaradıb və himayə edir. Zəncir beləcə tamamlanır: hadisəni radikal terror təşkilatı törədib, onun arxasında Ukrayna dayanır, onun da arxasında ABŞ. Amerika harda varsa, orda İsrail də var. Eyni zamanda, ipin digər ucu Avropa dövlətlərinə aparıb çıxara bilər. Bilirsiniz, vacib olan bizim üzərində dayandığımız versiyalar deyil, əsas olan Moskvanın bunu kimin boynundan asacağıdır. Hesab edirəm ki, Moskva hadisənin səbəbkarı kimi Kiyevi göstərəcək.

- Və bu, nələrə səbəb olacaq?

- Bu, Avropaya münasibətdə yeni vəziyyətin yaranmasına səbəb olacaq. Rusiyanın Avropa dövlətlərini vurması üçün ciddi imkanlar yaradır. Bildiyiniz kimi, hazırda bəzi Avropa dövlətləri Ukraynaya əsgəri yardım göstərilməsini müzakirə edir. Məsələn, Fransa 2 min nəfərlik qruplaşma hazırlayıb, sabah bu rəqəm 12 minə, 22 minə qaldırıla bilər, vəziyyət nəzarətdən çıxa bilər. O zaman artıq Avropa şəhərlərinə atom bombası atılması üçün bu hadisədən istifadə oluna bilər. Yəni, Fransa bizim ölkəmizdə terror aktı törədirsə, onu bombalamalıyıq. Qısası, Moskvada baş vermiş hadisə Avropanı vurmaq üçün çox gözəl bir zəmindir.

- Belə düşünənlər var ki, “Crocus City” hadisəsi Kremldə ssenariləşdirilib – Ukraynaya qarşı daha ağır metodlardan istifadə etmək üçün...

- Mən belə güman etmirəm. Onsuz da Rusiya Ukraynanı dağıdır, yerlə yeksan edir. Bu gün Rusiyanın Lvovu, ya da başqa bir Ukrayna şəhərini vurmaq üçün əlavə hansı bəhanəyə ehtiyacı var ki? Yaxud atom silahını Lvova niyə atsın? Lvov Moskvanın burnunun ucundadır. Yəni, hədəf Ukrayna deyil, Avropadır. Ukraynaya yardımları kəsmələri üçün Avropa şəhərləri vurulmalıdır. Konkret olaraq, zənnimcə, hədəf Fransadır, onun şəhərləridir. Əgər Fransanın şəhərləri bombalanarsa, o zaman Paris Kiyevə yardımları dayandıra bilər.

- Putinin sözçüsü Peskov xüsusi hərbi əməliyyatın müharibəyə çevrildiyini bildirdi. Bu məqam da dediyiniz kimi, müharibənin Avropa şəhərlərinə daşınacağı anlamına gəlir?

- Peskov sonradan izahat verdi ki, sizin qeyd etdiyiniz fikri təhrif olunub. O demək istəyib ki, “bizim xüsusi hərbi əməliyyatın qarşılığında bizimlə bütün dünya vuruşur”. Bu, o deməkdir ki, Rusiya xüsusi hərbi əməliyyatın statusunu dəyişməyib. Amma dəyişmək, müharibə elan etmək mümkündür. Bu da o halda ola bilər ki, Rusiya cəbhə boyu uğursuzluğa düçar olsun. Belə olarsa, müharibə elan oluna və proses atom müharibəsinə qədər gedib çıxa bilər. Təbii ki, müharibə zamanı hədəf Ukrayna deyil, Avropa əraziləri olacaq.

- Yuxarıda sözügedən terror aktının Kreml tərəfindən ssenariləşdirilməsi versiyasını istisna etdiniz. Yaxşı, xaricdən sifariş edilibsə, o zaman Rusiya xüsusi xidmət orqanları, polisi, mühafizə sistemi hara baxırdı?

- Bu hadisə o halda Rusiya xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilə bilər ki, 11 sentyabr hadisəsi ABŞ xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilsin, İspaniya qatarın partladılması və 193 nəfərin həlak olması bu ölkənin xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilsin və ilaxır. Sözsüz ki, Rusiya xüsusi xidmət orqanları haradasa səhv buraxıb, təhlükəsiliyi yetəri səviyyədə təmin edə bilməyiblər. Amma bu, o demək deyil ki, rus xüsusi xidməti səriştəsiz adlandırılmalıdır. Terrordan hansı dövlət sığortalanıb ki? Ötən ilin oktyabrında İsraildə baş verənləri heç kim unutmayıb.

- Bəlkə, Rusiya dövləti özü bunda maraqlı idi..?

- Niyə Rusiya bunda maraqlı olmalıdır? Məgər Rusiya cəmiyyətində hakimiyyətə qarşı etiraz dalğasımı var, hökumətin qərarlarına mane olmaq iqtidarında olan siyasi qüvvəmi var ki, bunu etsinlər? Kim Kremldə qəbul olunan qərarları şübhə altına ala, hakimiyyət daxilində problem yarada bilər? Yaxud hakimiyyət hansı siyasi qüvvələrin səsini kəsmək üçün belə bir addım atmalıdır? Bütün bu versiyalar mövcud deyil. O zaman Moskva heç bir halda bu cür hadisənin baş verməsində maraqlı ola bilməz!








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər?
Bu gün, 12:08
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:02
Təlxəklərin qurbanı olan Ermənistan... - yuxudan ayıla biləcək?
Bu gün, 12:00
"Super Servis" Xüsusi Firması - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 11:53
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: - “Son arzusunu yerinə yetirmədilər”
Bu gün, 11:51
Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
Bu gün, 11:46
“Bir ordu qədər insan sayəmdə pul qazanır” - Fatimə Fətəliyeva
Bu gün, 11:40
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
Bu gün, 11:25
Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı
Bu gün, 11:15
İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi - Bakıdan reaksiya
Bu gün, 11:13
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
Bu gün, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
Bu gün, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
Bu gün, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
Bu gün, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
Bu gün, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
Bu gün, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
Bu gün, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
Bu gün, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
Bu gün, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
Bu gün, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
Bu gün, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
Bu gün, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
Bu gün, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Bu gün, 09:57
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" - deputat
Bu gün, 09:53
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bu gün, 09:45
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
Bu gün, 09:44
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:39
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - MƏQALƏ
Bu gün, 09:35
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? - VİDEO
Bu gün, 09:31
Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı – Kritik gəlişmə
Bu gün, 09:30
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... - FOTO
Bu gün, 09:27
Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. - VİDEO
Bu gün, 09:25
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. - "Dialoq" nəşri
Bu gün, 09:24
Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:22
Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? - ŞƏRH
Bu gün, 09:16
"Tələbə Baş nazir də gördük..." - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 09:13
"Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" - deputat
Bu gün, 09:10
Tanınmış hakimə ağır itki üz verib
Bu gün, 09:09
"Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." - Ekspert danışır...
Bu gün, 09:05
Xalq artistinin qızının firması məhkəməyə verildi
Bu gün, 09:02
Mənə intim təkliflər edib, əmr verirlər - Faiq Ağayev
Bu gün, 08:59
Ermənistanın gələcəyini Azərbaycan həll edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ... - KEÇƏ BİLƏCƏKMİ?
Bu gün, 08:56
Bakı və İrəvan Astanada nəyə razılaşacaq? - İNCƏLƏMƏ
Bu gün, 08:54
“Rusiya Cənubi Qafqazda davamlı sülh vəziyyətinin yaranmasının qarşısını almağa çalışır” - FAKT BUDUR!
Bu gün, 08:54
Sələmə pul götürdü... başına gəlməyən oyun qalmadı... - TƏFƏRRÜAT
Bu gün, 08:52
Nə qədər ki, regionda sabitlik tam bərpa olunmayıb... - AKTUAL
Bu gün, 08:51
Rusiya “üçtərəfli bəyanat” deyib durur, amma qatar sürtələ uzaqlaşır - Bir razılaşmanın izi ilə – adı var, özü yoxdur
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru