Yekun sülh sazişi bu halda imzalanacaq: .....                     “Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” .....                     Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... .....                     Ermənistan hansı halda .....                     Mülayim cənub küləyi əsəcək .....                     Təlxəklərin qurbanı olan Ermənistan... .....                     "Super Servis" Xüsusi Firması .....                     Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: .....                     Səfirimiz Tehrana qayıdacaqmı? .....                     “Bir ordu qədər insan sayəmdə pul qazanır” .....                     Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər .....                     Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı .....                     İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi .....                     Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                     "Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu .....                     «Şərqi Zəngəzur»da tenderləri kimlər udur? .....                     Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                     Azərbaycan üçün kritik tarix .....                     SDU-nun rektor müşaviri o oldu .....                     Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır .....                     İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... .....                     “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi .....                     Yevlaxın YARITMAZ BAŞÇISI... .....                     "Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" .....                     Xankəndidə silah və sursatlar aşkarlanıb .....                     Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət .....                     Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb .....                     “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” .....                     Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? .....                     Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı .....                     Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... .....                     Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. .....                     Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. .....                     Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI .....                     Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? .....                 

II YAZI: Azərbaycan və Ermənistan: sülh naminə silahlanma? - ARAŞDIRMA
Tarix: 27-03-2024, 08:31 | Çap et
II YAZI: Azərbaycan və Ermənistan: sülh naminə silahlanma?
Müharibələr arası fasilə: Ermənistan

İkinci Qarabağ müharibəsi başlayana qədər Ermənistan Rusiya hərbi-sənaye kompleksi ilə sıx bağlı olub. İrəvan 2011-2020-ci illərdə silahların demək olar ki, 94%-ni Moskvadan alıb. İkinci az və ya çox nəzərəçarpan hərbi təchizatçı İordaniya (5,2%) idi. Lakin İrəvanın Əmmandan aldığı silahların da Rusiya, daha dəqiq desək, sovet istehsalı olduğu üzə çıxıb. Silahlı qüvvələrini modernləşdirən İordaniya 2017-ci ilin payızında 52 ədəd “Osa AKM” özüyeriyən zenit-raket kompleksinin quraşdırıldığı döyüş maşınını satışa çıxarıb. Onlar vasitəçilərin köməyi ilə David Qalstyanın şirkəti tərəfindən alınıb və təmirdən sonra Ermənistana aparılıb.

SIPRI-nin məlumatına görə, Ermənistan bu tədarüklər sayəsində (üstəlik, Ukraynadan bəzi döyüş sursatları alınıb) 2011-2020-ci illərdə silah idxalına görə dünyada 67-ci yerdə qərarlaşıb və on il ərzində hərbi potensialın inkişafı baxımından Azərbaycandan təxminən 9 dəfə geri qalıb. Bəzi mənbələr hesab edir ki, SIPRI Moskva ilə İrəvan arasında bütün növ hərbi-texniki əməkdaşlığı nəzərə almayıb, lakin indi bunun heç bir əhəmiyyəti yoxdur: Ermənistan ordusunun 2021-ci ilə qədər Rusiyadan aldığı texnikanın əsas hissəsi 44 gün ərzində müharibədə sıradan çıxarılıb. Azərbaycan tərəfi iddia edir ki, müharibə zamanı məhv edilən və ya ələ keçirilən erməni texnika və silahlarının məbləği 5 milyard dolları ötür.

Məğlubiyyətdən hələ də özünə gəlməyən Ermənistan dərhal ordunu yenidən qurmağa başlayıb. SIPRI-nin məlumatına görə, Ermənistan, 21-ci əsrdə ilk dəfə olaraq, 2021-ci ildə silah bazarında aktivlik baxımından Azərbaycanı qabaqlayıb. Müharibədən sonrakı üç ilin nəticələrinə görə (2021-2023), o, dünyanın bütün idxalçıları arasında 77-ci yeri tutub (Azərbaycandan 25 yer yuxarı). Bu dövrdə onun əsas hərbi təchizatçıları Hindistan (52%), Rusiya (42%) və Fransa (5,6%) olub.

Görünən odur ki, Paşinyan hökuməti yeni təhlükəsizlik sistemi axtarışındadır. Ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözləri ilə desək, onun əsas prinsipini belə ifadə etmək olar:

“Biz bütün təhlükəsizlik zəmanətlərimizi ən azı 2021-ci ilin dekabrına qədər Rusiyaya bağlamışdıq. Təhlükə ilə üzləşəndə, Ermənistanın müttəfiqləri, sadəcə olaraq, ​​ona kömək etmədilər. Bunu nəzərə alan Ermənistan diversifikasiyaya və yeni təhlükəsizlik təminatları axtarışına başlayıb”.

Müdafiə strategiyasında hərbi tərəfdaşların seçimi mühüm rol oynayır. 44 günlük müharibədən sonra Ermənistan Hindistanla intensiv danışıqlar aparmağa başlayıb. Mətbuatda yayılan məlumatlara görə, Hindistan şirkətləri ilə 600 milyon dollardan artıq müqavilələr imzalanıb. Dehli İrəvana eyni vaxtda bir neçə hədəfi vura bilən iki “Akaş” mobil zenit-raket kompleksi satıb və sonradan onların sayını iki dəfə artırıb.

Ermənistan həmçinin Hindistandan “Pinaka” reaktiv yaylım atəş sistemləri, tank əleyhinə “Konkurs” raket kompleksləri, yük maşınları üzərində 80 və 155 millimetrlik haubitsalar, atəş mənbələrinin aşkarlanması və izlənilməsi üçün “Svati” mobil radarları alıb. Hindistan qəzetləri yazır ki, yaxın vaxtlarda Ermənistana daha 150 milyon dollar dəyərində özünü dağ döyüşlərində doğrultmuş “ATAGS” haubitsalarının daha bir partiyası veriləcək.

İrəvanla Hindistanın “Zen Technologies” şirkəti arasında cəmi 3 il əvvəl istifadəyə verilmiş “ZADS” müasir pilotsuz uçuş aparatları əleyhinə sistemlərin tədarükünə dair razılıq əldə olunduğu barədə məlumatlar var. “ZADS” düşmən PUA-larının rabitə sistemini sıradan çıxarır və onları zərərsizləşdirir. Bu yaxınlarda tərəflər “Zen Technologies” şirkətinin İrəvanda filialının açılması haqqında saziş imzaladılar ki, bu da böyük planların mövcudluğundan xəbər verir.

Eyni zamanda, Ermənistan və Fransanın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlığın dinamikası ən yüksək artım tempini göstərir. Onların rəhbərləri tərəfindən imzalanmış müqaviləyə əsasən, Paris İrəvana “Thales” müdafiə qrupundan olan 3 ədəd “Ground Master 200” (GM200) radar sistemini təhvil verəcək. Onlar müxtəlif uçuş aparatlarını, o cümlədən qanadlı raketləri tez biz zamanda aşkar etmək və izləmək qabiliyyətinə malikdirlər. Hərbi nazirlər həmçinin Fransanın Ermənistana alçaqdan uçan obyektləri məhv etmək üçün nəzərdə tutulmuş “Mistral” zenit-raket kompleksləri ilə təmin edilməsinə dair niyyət memorandumu imzalayıblar.

Müdafiə naziri Sebastyan Lekornu Azərbaycanın Fransa silahlarının regionda yeni müharibəyə səbəb ola biləcəyi ilə bağlı 2023-cü ilin oktyabrında xəbərdarlığına cavab olaraq bildirib ki, Paris bundan sonra da Ermənistan qoşunlarının modernləşdirilməsinə kömək etməkdə davam edəcək. 2024-cü ilin fevralında İrəvana səfəri zamanı isə Lekornu Parisin niyyətlərinin nə qədər ciddi olduğunu açıqlayıb:

“Biz “Mistral” raketləri haqqında danışırdıq. Bunlar yaxın mənzilli raket qurğularıdır. Ondan istifadə etməyi öyrənmək olduqca asandır, biz artıq bu təbəqənin müdafiəsi ilə bağlı müzakirə aparmışıq. İkinci təbəqə qismində hava sahəsinin orta səviyyəli müdafiəsini təklif edəcəyik. Mən, sadəcə olaraq, Fransanın silah və təlim imkanlarını təqdim edirəm. İstehsal məsələsi də var. Və bayaq dediyim kimi, sonuncu təbəqənin mühafizəsi də var, bu, daha ciddi texnologiyadır. Xüsusən də söhbət “Thales” radarlarından gedir və yaxın gələcəkdə “GM200” radarları gətiriləcək”.

Eyni zamanda, İrəvan da Bakı kimi hərbi təchizat coğrafiyasını genişləndirmək üçün imkanlar axtarır. Ermənistan bu yaxınlarda Yunanıstanla hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb. 2024-cü il martın əvvəlində isə Ermənistanın müdafiə naziri Suren Papikyan İranda bu ölkənin ali rəhbərliyi ilə danışıqlar aparıb. “Qarşılıqlı maraq doğuran məsələlər üzrə bir sıra razılaşmalar əldə olunub”, – Ermənistan Müdafiə Nazirliyi səfərin yekunlarına dair məlumat yayıb.

Sülh naminə silahlanaq

Yuxarıda göstərilən silahların sayı və xarakteri ilə bağlı bütün məlumatlar açıq mənbələrdən götürülüb. Baxmayaraq ki, hər kəs bunun ən vacib məlumat olmadığını başa düşür. Onun ən mühüm hissəsi məxfidir və dövlət sirridir.

Ancaq söylənilənlər belə, daxilində həll olunmamış münaqişənin zəhərli meyvələrinin yetişdiyi bir proses haqqında təsəvvürə malik olmaq üçün kifayətdir. Biz 2021-ci ildən bəri görünməmiş sürət qazanan silahlanma yarışının yüksək texnologiya mərhələsindəyik. İki müharibədən sonra qalan mübahisəli məsələlərin sülh yolu ilə həllinə dair sazişin bağlanmasının xeyli yubanmasını nəzərə alsaq, bu vəziyyət getdikcə daha çox təhlükə yaradır. Sonsuz sayda riskin mövcudluğunu nəzərə alsaq, belə bir vəziyyət məntiqi olaraq üçüncü müharibədən başqa nəyə gətirib çıxara bilər?

2020-ci ildən sonra Ermənistan-Azərbaycan münasibətlərində müşahidə olunan tendensiyalar onu deməyə əsas verir ki, İrəvanın dövlətlər arasında hərbi paritet yaratmaq üçün intensiv silahlanması ilə bağlı tezisi yalnız zahirən ağlabatandır və geridə olan tərəfin qulağına xoş görünə bilər. Əslində, bu, ən azı yaxın onilliklərdə qeyri-real görünür və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun təbirincə desək, “qıcıqlandırıcı” səslənir.

Ermənistan və Azərbaycanın müharibədən sonrakı illər üçün hərbi xərclərinin cədvəli bunun ən yaxşı təsdiqidir.

II YAZI: Azərbaycan və Ermənistan: sülh naminə silahlanma?

Müasir müharibədə çox şeyi pul həll edir. Biz görürük ki, həm hərbi xərclərin artım tempinə, həm də büdcənin hərbiləşdirilməsi səviyyəsinə görə Ermənistan Azərbaycanı qabaqlayır. Amma faizi dollara çevirən kimi qonşuya çatmaq ümidləri də yox olur. 2021-2023-cü illərdə Bakı ordunun gücləndirilməsinə 9,25 milyard ABŞ dolları, İrəvan isə 2,65 milyard ABŞ dolları xərcləyib. Bərabərsizlik nəinki azalmayıb, əksinə, daha 6,6 milyard artıb. Hətta hərbi xərclərinin indiki yüksək səviyyədə olmasına baxmayaraq, İrəvana bu bərabərsizliyi aradan qaldırmaq üçün 5 il lazım olacaq. Bu zaman İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl yaranmış 25 milyardlıq fərq nəzərə alınmamalıdır. Həm də ehtimal etmək lazımdır ki, Azərbaycanın bütün müdafiə xərclərini donduracaq. Amma belə görünür ki, Bakının bu cür planları yoxdur. O, İrəvanın hərəkətlərini diqqətlə izləyir və fəal şəkildə əks tədbirlər görür. Yuxarıda qrafik var və burada iki əyri arasındakı məsafənin artması 2010-cu illərdə Azərbaycan və Ermənistanın hərbi gücündə artan fərqi nümayiş etdirir. 2020-ci illərdə vəziyyətin necə dəyişdiyin baxaq:

II YAZI: Azərbaycan və Ermənistan: sülh naminə silahlanma?

Azərbaycan səviyyəni getdikcə qaldırır, bu il müdafiəyə İrəvandan iki dəfə yarım (daha dəqiq 2,7 dəfə) çox pul ayırıb və bu üstünlüyünü uzun illər qoruyub saxlayacağını vəd edir. Bəs bu reallıqları nəzərə alaraq, Ermənistan bir sıra siyasətçilərin və ekspertlərin iddia etdiyi “regionda davamlı sülhün demək olar, yeganə etibarlı təminatı olan” hərbi paritetə ​​necə nail olacaq? Yoxsa, dünyada doğrudanmı elə bir ölkə var ki, hər il İrəvana çatışmayan vəsaitləri kompensasiya etməyə hazırdır?

Hərbi hazırlıq bizim üçün normaya, həyatın o qədər tanış hissəsinə çevrilib ki, biz müdafiə xərclərinin ölkənin büdcəsinə necə yük olduğu barədə düşünməyi yadırğamışıq. Son məlumatlara görə, Ermənistanın hərbiləşmə baxımından dünyada 3-cü, Azərbaycanın isə 9-cu yerdə olması, əslində hər iki ölkənin həyatının digər sahələri üçün yaxşı deyil, çox pis xəbərdir. Bəli, Ermənistan 2023-cü ildə hərbi xərclərini 47% artıraraq, 2024-cü ildə 1,4 milyard dollara çatdırıb və mütləq rekorda imza atıb. Amma təhsil+elm+mədəniyyət+idmana büdcədən ümumilikdə bunun yalnız 60%-i qədər vəsait ayıra bilib. Azərbaycan isə yeni zirvəyə qalxıb, hərbi xərcləri az qala 4 milyard dollara çatdırıb. Amma biz onun büdcəsinin iki maddəsini müqayisə edəndə təxminən eyni qeyri-mütənasibliyi müşahidə edirik: müdafiə və əhalinin sosial müdafiəsi. Ermənilər və azərbaycanlılar sülhün olacağına, təhsil, səhiyyə, pensiya və s. problemlərini həll edəcəklərinə ümid edərək, məhrumiyyətlərə dözürdülər. Lakin indi məlum olur ki, sülhü qorumaq müharibədən baha başa gəlir.

Arif Əliyev,
Turqut - Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yekun sülh sazişi bu halda imzalanacaq: - Bakıdan vacib şərt
Bu gün, 13:01
“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” - KİV
Bu gün, 12:40
Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... -ŞƏRH
Bu gün, 12:32
Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər?
Bu gün, 12:08
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:02
Təlxəklərin qurbanı olan Ermənistan... - yuxudan ayıla biləcək?
Bu gün, 12:00
"Super Servis" Xüsusi Firması - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 11:53
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: - “Son arzusunu yerinə yetirmədilər”
Bu gün, 11:51
Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
Bu gün, 11:46
“Bir ordu qədər insan sayəmdə pul qazanır” - Fatimə Fətəliyeva
Bu gün, 11:40
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
Bu gün, 11:25
Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı
Bu gün, 11:15
İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi - Bakıdan reaksiya
Bu gün, 11:13
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
Bu gün, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
Bu gün, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
Bu gün, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
Bu gün, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
Bu gün, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
Bu gün, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
Bu gün, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
Bu gün, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
Bu gün, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
Bu gün, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
Bu gün, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
Bu gün, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
Bu gün, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Bu gün, 09:57
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" - deputat
Bu gün, 09:53
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bu gün, 09:45
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
Bu gün, 09:44
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:39
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - MƏQALƏ
Bu gün, 09:35
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? - VİDEO
Bu gün, 09:31
Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı – Kritik gəlişmə
Bu gün, 09:30
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... - FOTO
Bu gün, 09:27
Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. - VİDEO
Bu gün, 09:25
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. - "Dialoq" nəşri
Bu gün, 09:24
Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:22
Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? - ŞƏRH
Bu gün, 09:16
"Tələbə Baş nazir də gördük..." - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 09:13
"Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" - deputat
Bu gün, 09:10
Tanınmış hakimə ağır itki üz verib
Bu gün, 09:09
"Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." - Ekspert danışır...
Bu gün, 09:05
Xalq artistinin qızının firması məhkəməyə verildi
Bu gün, 09:02
Mənə intim təkliflər edib, əmr verirlər - Faiq Ağayev
Bu gün, 08:59
Ermənistanın gələcəyini Azərbaycan həll edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ... - KEÇƏ BİLƏCƏKMİ?
Bu gün, 08:56
Bakı və İrəvan Astanada nəyə razılaşacaq? - İNCƏLƏMƏ
Bu gün, 08:54
“Rusiya Cənubi Qafqazda davamlı sülh vəziyyətinin yaranmasının qarşısını almağa çalışır” - FAKT BUDUR!
Bu gün, 08:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru