Qubadlı rayonunda sursat aşkar edilib
Tarix: 27-03-2024, 08:52 |
Çap et
Qubadlı rayonunda sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan dia-az.info-ya verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.
Aşkar edilən 1 mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.