Səfirimiz Tehrana qayıdacaqmı? .....                     “Bir ordu qədər insan sayəmdə pul qazanır” .....                     Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər .....                     Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı .....                     İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi .....                     Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                     "Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu .....                     «Şərqi Zəngəzur»da tenderləri kimlər udur? .....                     Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                     Azərbaycan üçün kritik tarix .....                     SDU-nun rektor müşaviri o oldu .....                     Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır .....                     İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... .....                     “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi .....                     Yevlaxın YARITMAZ BAŞÇISI... .....                     "Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" .....                     Xankəndidə silah və sursatlar aşkarlanıb .....                     Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət .....                     Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb .....                     “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” .....                     Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? .....                     Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı .....                     Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... .....                     Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. .....                     Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. .....                     Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI .....                     Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? .....                     "Tələbə Baş nazir də gördük..." .....                     "Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" .....                     Tanınmış hakimə ağır itki üz verib .....                     "Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." .....                     Xalq artistinin qızının firması məhkəməyə verildi .....                     Mənə intim təkliflər edib, əmr verirlər .....                     Ermənistanın gələcəyini Azərbaycan həll edəcək .....                     Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ... .....                 

“AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? - ETİRAZ
Tarix: 28-03-2024, 09:02 | Çap et
“AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır?
Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” yerlərinin qıtlığıdır. Şəhərdə küçələrin piyadalaşması və avtomobilsizləşdirmə prosesi gedir. Və şəhər təsərrüfatını əhatə edən bütün digər fəaliyyətlər kimi bu da ağrılı keçir. Ona görə yox ki əhali yeniliklərə açıq deyil, xeyr. Ona görə ki, fəaliyyətlər düzgün aparılmır, hesablamalar düzgün deyil.

Narazılıq var

Paytaxtın Xaqani küçəsi, “Xaqani” parkı (“Malakan” bağı) ətrafı piyadalaşdırılır. Müsbət təşəbbüsdür. Piyadalar üçün. Bəs o ərazilərdə, ətraflarda çalışanlar üçün də müsbətdirmi? Xeyr. Çünki nəinki həmin civarda, ümumiyyətlə, şəhərin mərkəzində hər nə desən var: muzey, mədəniyyət ocaqları, ictimai təşkilatlar, məktəb, uşaq bağçası, ali təhsil müəssisələri, “n” sayda ofis, şirkət binaları, market, mağaza, AVM-lər, restoranlar, kafelər, iaşə obyektləri, “shpoinglər” yerləşir. Üstəlik, yeni tikililər də bir tərəfdən sıxlıq yaradır. Son 10 ildə şəhərdə avtomobil sayı həddindən artıq artıb. Tıxaclar stress, əsəb mənbəyidir. “İctimai nəqliyyatdan istifadə edin” çağırışları divara dəyib RİNN-in, AYNA-nın, Nəqliyyatı Əlaqələndirmə Şurası-filan... üzünə qayıdır. Çünki ictimai nəqliyyatın fəaliyyəti sıfırdır, gündən-günə pisləşir, yaxşılaşmaq əvəzinə. Belə vəziyyətdə işə, dərsə şəxsi avtomobili ilə gedənlərin sayı da artır, işə gecikməmək üçün taksi xidmətindən istifadə edənlərin də. Nə qədər söyləmək olar: əvvəlcə ictimai nəqliyyatı abıra salın, sonra “yenilikçi qərarlar” verin. Qadağan etmək asandır. Bəs bu avtomobillər harada “posadka” etməlidir, harada dayanmalıdır? Bunun üçün parkinqlər təşkil edilməlidir. Edilir. Amma qiymətlər durmadan artırsa, təbii ki, narazılıq yaranacaq. Yol kənarında inşa edilmiş hündürmərtəbəli binaların ilk 1-2 mərtəbələri market, iaşə obyektləridir. Alış-verişə gedən birisi avtomobilini marketin önündə saxlayacaq deyə yarım saata görə 1 manat ödəməlidir. Bunun harası vətəndaşın xeyrinə oldu? Şəhərin mərkəzində - tarixi binalar olan ərazilərdə bu qədər yeni tikililərə, ofislərə, marketlərə, iaşə obyektlərinə, restoranların olmasına icazə verilməməliydi. Şəhərdə barmaq qoyulası nöqtə qalmayıb, santimetrinədək satılıb, indi isə piyadalaşma və avtomobilsizləşdirməyə başlayıblar. Piyada rahat hərəkət etdi, bəs avtomobili olan neyləsin, harada saxlasın, hər gün parkinq üçün ödəniş etsin? Şəhərimiz belə olmamalıydı, belə vəziyyətə salınmamalıydı. Şəhəri bərbad günə qoyanlardan hesab sorulmur, əvəzində əhalinin cibinə girirlər…

Küçələr piyadalaşır…

Son günlərin “yenilikləri”nə baxaq; Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək. 17 mart tarixindən etibarən həftəsonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura şəhərin mərkəzi küçələrinin həftəsonları piyadalaşdırılması ilə bağlı qərar qəbul edib. Küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana biləcəklər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınacaq və onlar əraziyə buraxılacaqlar. Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən olacaq. Məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaları üçün ərazidə yaşayan sakinlərə “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə olunur. Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir. Bakı şəhərinin mərkəzi hər zaman sakinlərin və qonaqların ən sıx ziyarət etdikləri məkandır. Həftəsonları isə piyadaların sayı dəfələrlə artır. Ərazidə böyük piyada axınının müşahidə edilməsi burada təhlükəsiz istirahət zonasının yaradılmasını zəruri edib.

Ciblər dolur…

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri parklanma müddətinə əsasən müəyyən edilir. Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur. 15-30 dəqiqə üçün bir manat, 30-60 dəqiqə - iki manat, 1-2 saat - dörd manat, 2-3 saat - altı manat, 3-5 saat – 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat – 22 manat, 15-20 saat – 26 manat, 20-24 saat – 30 manat. Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur. Martın 11-i Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Belə ki, martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər də bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək. Gündəlik tariflər aşağıdakı kimi olacaq: 0-2 saat - 1 manat; 2-4 saat - 2 manat; 4-6 saat - 3 manat; 6-10 saat - 4 manat; 10-12 saat - 5 manat; 12-24 saat - 8 manat. Aylıq tariflər isə belədir: Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat); Bütün günü (24 saatlıq) - 120 manat (60 manat); Qonşular tarifi - 50 manat (20 manat). Göründüyü kimi, aylıq tariflər 100-170 faiz artıb. Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi parklanma qiymətlərinin artımını belə izah edib: Hökumət evi, Qış Parkı və Mərkəzi Parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır. “Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”.
İctimai nəqliyyat olacaq?
Küçələrin piyadalaşması, bizim şəhərimizin də, nəhayət, insanyönümlü olacağından kimsə narazı deyil, əksinə, alqışlanmalı təşəbbüsdür. Lakin ammalar var axı. Mərkəzi küçələrdən, səki kənarlarından yığışdırılan avtomobillər “buxarlanacaq”? Xeyr. Başqa dayanma yeri tapacaqlar. Bu da əsasən, binaların həyətləri, gözdən uzaq küçələr, dalanlar olacaq. Orada yaşayanların rahatlığı və təhlükəsizliyi də vacibdir. “Azdrama” səmtindən avtomobillərin əsas hərəkət yolundan iç küçələrə yönlənidirilməsinin həmin dar küçələrdə necə tıxac yaratdığını vəzifəlilər görmür yəqin. Bəlkə də görürlər, veclərinə deyil. Sözümüzün “mustafası” budur ki, küçələri piyadalaşdırmaq üçün avtomobilləri ora-bura pərən-pərən salmaq deyil çıxış yolu. Bununla bir yol açılırsa, bir neçəsi qapanır, bir tərəfdə rahatlıq, digərində narahatlıq yaranır. Paytaxtımız elə bir labirint vəziyyətinə düşüb ki, hansı tərəfdən yanaşılır, “ələ-üzə bulaşır”.
Nəqliyyat eksperti Aslan Əsədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, iri marketlər, AVM-lər parkinq qiymətlərinin ümumi artımından “ruhlanıb”:
- Marketlərin, alış-veriş mərkəzlərinin, eləcə də restoran və şadlıq saraylarının qarşısında parkinq qiymətlərinin artması ümumi qiymət artımının təsiridir. Görürlər şəhərdə parkinq qiymətləri qalxıb, onlar da qiyməti qaldırır ki, “hər yerdə qiymət qalxıb, niyə biz az alaq?!”. İri marketlərin, super-storeelərin qarşısı parklanma yeridir və orada həmişə “parkovşik”lər dayanır, avtomobilləri yönləndirirlər. Problem bundadır ki, marketə alış-veriş etmək üçün gedən vətəndaşın 15 dəqiqə ərzində alış-veriş etməsi mümkün deyil. İstər-istəməz bu, vaxt aparan işdir. Digər tərəfdən, vətəndaş axtardığını orada tapmadıqda, başqa marketə də gedə bilər. Bu vəziyyətdə vətəndaş yenə parkinq ödənişi etməli olacaq. Belə çıxır ki, hətta vətəndaş heç nə almadığı təqdirdə də ödəniş etməlidir. Proses bərabər şəkildə, kompensasiyalı aparılmalıdır. Gələcək planlar icraya yönəlməmişdən müzakirəyə çıxarılaraq qəbul edilməlidir ki, narazılıq yaranmasın.
“Yeni çağ” Media Qrupunun başqanı Aqil Ələsgər isə “yenilikləri” belə şərh edib: - Biz deyəndə ki, AYNA ölkədə sosial narazılıq yaratmağa, qaşınmayan yerdən qan çıxartmağa çalışır, etiraz edənlər vardı. İş yerinin önündə maşın saxlayan maaşını bunlara ödəməli olduğu kimi, indi Bakının ən hərəkətli zonası olan 28 May ərazisinə avtomobil buraxmamaq sosial narazılıq yaratmaqdan savayı heç nəyə yaramayacaq. Bunu “insana dəyər” kimi sırımağın da yeri yoxdur. Çünki bu, birbaşa vətəndaşa zülmdür. Əlində çantalarla yaşlı-qadın demədən insanlar minik vasitələrinə minmək üçün niyə uzun-uzadı sürünməlidirlər? Bu qərarlar verilmədən öncə niyə araşdırılmır? Yoxsa Nyu-York ştatının hansısa Sirakuz Universitetinin Yutika Kollecində təhsil alıb deyə, AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? Gözü çıxan qardaşı Vüsal Kərimlinin aqibətini düşünsün. Cənab Prezident bunlardan xalqa xidmət tələb etdiyi halda xalqa qənim kəsilirlər. Bunun adı sabotaj deyildirsə, nədir?!.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
Bu gün, 11:46
“Bir ordu qədər insan sayəmdə pul qazanır” - Fatimə Fətəliyeva
Bu gün, 11:40
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
Bu gün, 11:25
Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı
Bu gün, 11:15
İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi - Bakıdan reaksiya
Bu gün, 11:13
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
Bu gün, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
Bu gün, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
Bu gün, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
Bu gün, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
Bu gün, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
Bu gün, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
Bu gün, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
Bu gün, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
Bu gün, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
Bu gün, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
Bu gün, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
Bu gün, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
Bu gün, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Bu gün, 09:57
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" - deputat
Bu gün, 09:53
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bu gün, 09:45
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
Bu gün, 09:44
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:39
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - MƏQALƏ
Bu gün, 09:35
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? - VİDEO
Bu gün, 09:31
Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı – Kritik gəlişmə
Bu gün, 09:30
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... - FOTO
Bu gün, 09:27
Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. - VİDEO
Bu gün, 09:25
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. - "Dialoq" nəşri
Bu gün, 09:24
Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:22
Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? - ŞƏRH
Bu gün, 09:16
"Tələbə Baş nazir də gördük..." - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 09:13
"Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" - deputat
Bu gün, 09:10
Tanınmış hakimə ağır itki üz verib
Bu gün, 09:09
"Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." - Ekspert danışır...
Bu gün, 09:05
Xalq artistinin qızının firması məhkəməyə verildi
Bu gün, 09:02
Mənə intim təkliflər edib, əmr verirlər - Faiq Ağayev
Bu gün, 08:59
Ermənistanın gələcəyini Azərbaycan həll edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ... - KEÇƏ BİLƏCƏKMİ?
Bu gün, 08:56
Bakı və İrəvan Astanada nəyə razılaşacaq? - İNCƏLƏMƏ
Bu gün, 08:54
“Rusiya Cənubi Qafqazda davamlı sülh vəziyyətinin yaranmasının qarşısını almağa çalışır” - FAKT BUDUR!
Bu gün, 08:54
Sələmə pul götürdü... başına gəlməyən oyun qalmadı... - TƏFƏRRÜAT
Bu gün, 08:52
Nə qədər ki, regionda sabitlik tam bərpa olunmayıb... - AKTUAL
Bu gün, 08:51
Rusiya “üçtərəfli bəyanat” deyib durur, amma qatar sürtələ uzaqlaşır - Bir razılaşmanın izi ilə – adı var, özü yoxdur
Bu gün, 08:50
Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu - NƏ BAŞ VERİR?
Bu gün, 08:48
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
Bu gün, 08:47
Vasif Talıbovun kadrlarına cinayət işi açılır - GƏLİŞMƏ
Bu gün, 08:42
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Bu gün, 08:30
“Rasifoğlu” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru