Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                     "Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu .....                     «Şərqi Zəngəzur»da tenderləri kimlər udur? .....                     Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                     Azərbaycan üçün kritik tarix .....                     SDU-nun rektor müşaviri o oldu .....                     Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır .....                     İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... .....                     “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi .....                     Yevlaxın YARITMAZ BAŞÇISI... .....                     "Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" .....                     Xankəndidə silah və sursatlar aşkarlanıb .....                     Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət .....                     Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb .....                     “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” .....                     Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? .....                     Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı .....                     Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... .....                     Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. .....                     Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. .....                     Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI .....                     Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? .....                     "Tələbə Baş nazir də gördük..." .....                     "Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" .....                     Tanınmış hakimə ağır itki üz verib .....                     "Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." .....                     Xalq artistinin qızının firması məhkəməyə verildi .....                     Mənə intim təkliflər edib, əmr verirlər .....                     Ermənistanın gələcəyini Azərbaycan həll edəcək .....                     Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ... .....                     Bakı və İrəvan Astanada nəyə razılaşacaq? .....                     “Rusiya Cənubi Qafqazda davamlı sülh vəziyyətinin yaranmasının qarşısını almağa çalışır” .....                     Sələmə pul götürdü... başına gəlməyən oyun qalmadı... .....                     Nə qədər ki, regionda sabitlik tam bərpa olunmayıb... .....                     Rusiya “üçtərəfli bəyanat” deyib durur, amma qatar sürtələ uzaqlaşır .....                 

Paşinyanın bölgəsəl yol və kəmər təklifi - növbəti hiylə, yoxsa...
Tarix: 28-03-2024, 10:05 | Çap et
Paşinyanın bölgəsəl yol və kəmər təklifi
3 ildən artıqdır ki, Ermənistan sülhdən, regional infrastrukturların bərpasından qaçır. Bu gerçəkliyə rəğmən Ermənistanın baş naziri Nikal Paşinyan verdiyi açıqlamalarda özünü sülh və kommunikasiyaların açılmasının “fədakarı” kimi qələmə verir.

Hansı ki, Ermənistanın və məhz Paşinyanın ortaya iradə qoya, xarici təsir dairələrinin boyunduruğundan xilas ola bilməməsi səbəbindən bu deyilənlər baş tutmur.

Bir reallığı da qeyd etmək lazımdır ki, son vaxtlar Nikol Paşinyan yenə “fədakar” qiyafəsinə girib. O, Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində bildirib: “Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olmasına yardım Ermənistan Respublikasının prioritetidir və bu kontekstdə mən regionun infrastrukturlarının açılmasına əhəmiyyət verirəm. "Dünyanın kəsişməsi" layihəsi bir tərəfdən Ermənistan ərazisi vasitəsilə Qara dəniz, digər tərəfdən Fars və Oman körfəzləri arasında buraxılış qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, avtomobil yük daşımalarını, boru kəmərlərini, elektrik xətlərini və internet- kabelləri nəzərdə tutur. Çünki Gürcüstandan Ermənistana və İrana ən optimal dəmir yolu marşrutu Azərbaycanın Naxçıvanından keçir və bu dəmir yolu sovet illərində mövcud olub. Bu, “Dünyanın kəsişməsi” Şimal-Cənub marşrutudur. Həmçinin Xəzər dənizini Ermənistan ərazisi ilə Aralıq dənizi ilə, eləcə də Qara dənizdəki Türkiyə limanları ilə birləşdirəcək Şərq-Qərb istiqaməti var. Bundan ötrü Azərbaycandan dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə daxil olmalıdır. Biz belə qərarlara hazırıq. Üstəlik, bu yolun infrastrukturundan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün istifadə edilə bilər. Bu, aşağıdakı şərtlərlə mümkündür:

- Bütün infrastruktur ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır;

- Hər bir ölkə sərhəd və gömrük nəzarətini öz ərazisindəki dövlət qurumları vasitəsilə həyata keçirir və təhlükəsizliyi təmin edir;

- Sözügedən infrastrukturdan həm beynəlxalq, həm də daxili nəqliyyat üçün istifadə oluna bilər;

- Bütün ölkələr bir-birinin infrastrukturundan bərabərlik və qarşılıqlılıq prinsipi əsasında istifadə edir".

İlk baxışda Paşinyanın açıqlamaları “xoş məram” kimi görünə bilər. Ancaq ilk diqqətçəkən budur ki, Nikol imza atdığı 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizindən birmənalı boyun qaçırır. Yol və kəmərlərin birmənalı qonşu dövlət kimi bərpasından danışılırsa, Nikolun təklif etdiyi variant məqbul, yoxsa qəbuledilməzdir?

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, son günlər Ermənistanın baş nazirinin ayrı-ayrı platformalarda açıqlamaları, eyni zamanda Tavuş bölgəsində erməni sakinlərlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin nizamlanması, sülh sazişinin imzalanması istiqamətində işlərin irəliləyəcəyi ümidlərini formalaşdırıb. Lakin təəssüf ki, bu çıxışların hər birində yenə də erməni hiyləgərliyi, məkri özünü göstərir: “Məsələn, Nikol Cənubi Qafqazda möhkəm sülhün əldə olunmasında maraqlı olduğunu, bu istiqamətdə zəruri addımları atmağa hazır olduğunu bəyan edib, bunun üzərindən nəqliyyat, kommunikasiya və iqtisadi əlaqələrin qurulması istiqamətində müsbət mövqeyini açıqlayıb. Amma Azərbaycan və Ermənistan üzərindən Şərqlə Qərbin, Şimalla Cənubun birləşməsini özündə əks etdirən nəqliyyat dəhlizindən danışarkən yenə absurd "Dünyanın kəsişməsi" layihəsindən bəhs edib. Çox təəssüf ki, Paşinyan 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndini diqqətdən yayındırmağa çalışıb. Hansı ki, 10 noyabr bəyanatına imza atarkən Paşinyan anlayırdı ki, 9-cu bəndlə Ermənistan üzərinə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat kommunikasiya əlaqəsinin qurulması, maneəsiz keçidin təminatı öhdəliyini götürmüş olur. İndi isə Paşinyan nəqliyyat kommunikasiya xətlərinin açılmasına, bu xətlərdən müxtəlif dövlətlərin istifadə imkanlarına toxunmaqla yanaşı, bir neçə şərt irəli sürür. Çox təəssüf ki, bu şərtlər Azərbaycanın maraqlarına uyğun olmayan, eyni zamanda bölgədə davamlı sülhün əldə olunmasına ciddi zərbə vuracaq bir yanaşmadır".

Politoloq qeyd etdi ki, erməni baş nazir bu şərtləri irəli sürməklə rəsmi Bakının təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”ni qəbul etmədiyini bəyan etmiş olur. Eyni zamanda 10 noyabr bəyanatının tələbinə əsasən açılmalı olan Zəngəzur dəhlizinin təhlükəsizliyinin Ermənistanın müvafiq qurumları tərəfindən təmin ediləcəyi ideyasını irəli sürür: “Bu, yoxlamalarsız keçidin təmin edilməsinə qarşı olan ideyadır, həm də 10 noyabr bəyanatının 9-cu bəndi ilə ziddiyyət təşkil edir. Ermənistan bu yanaşma ilə bir gedişlə iki nəticə əldə etməyə nail olmaq istəyir. Bununla İrəvan həm özünün maraqlarını reallaşdırmağa, həm də Fransa başda olmaqla, Qərb havadarlarının bölgəyə daha geniş imkanlar çərçivəsində daxil olmasına şərait yaratmağa çalışır. Bunlar Paşinyanın üzdə xoş görünən fikirlərinin əsl mahiyyətidir. Bunlar onu göstərir ki, "xoş məram"lı fikirləri ilə əslində daha ciddi və daha təhlükəli məsələlərə yer ayırır. Hansı ki, bu təhlükəli məsələlər davamlı sülhün əldə olunmasına yalnız və yalnız maneçilik törədə bilər. Nəticə etibarilə bu, konfrontasiyanın güclənməsinə səbəb olar. Ermənistan bunu dərindən düşünməlidir. Bu mövqe Paşinyanın yanaşmasından daha çox Fransa kimi Qərb havadarlarının sifarişinə bənzəyir. Çünki bölgədə konfrontasiya məhz həmin güclərin maraqlarına xidmət eləyir. Biz artıq müxtəlif yollarla Ermənistana səbr kasamızın daşmaq üzrə olduğunu və Ermənistanın nazı ilə sonsuza qədər oynamayacağımızı çatdırmışıq. Ermənistan real sülhün əldə olunması istiqamətində praktiki addımlar atmalıdır".

Politoloq Yusif Bağırzadə isə bildirdi ki, Paşinyanın son müsahibəsində səsləndirdiyi fikirlər onun bir il əvvəl “dünyanın kəsişməsi” adlı layihəni təqdim edərkən dediyi fikirlərdən fərqlənir: “Əgər Paşinyan əvvəl Hindistan, İran, Ermənistan, Gürcüstan vasitəsilə Qara dənizdən keçən və Avropaya nəql edilən kommunikasiya xətlərindən danışırdısa, indi Azərbaycan və Türkiyəni də əhatə edən faktiki olaraq yeni bir layihədən danışır. Paşinyan başa düşüb və ya onu başa salıblar ki, Azərbaycan və Türkiyə olmadan bölgədə hər hansı layihənin reallaşması mümkün deyil. Odur ki, Nikol budəfəki çıxışında "Ermənistana və İrana ən optimal dəmir yolu marşrutu Naxçıvandan keçir" deməklə bu yolun infrastrukturundan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün istifadə edilə biləcəyinin mesajını verib. Eyni şəkildə Ermənistanın Qərbi Zəngəzur, yəni Sünik bölgəsi vasitəsilə də Naxçıvana və Türkiyəyə tranzit xəttinin açılmasına razı olduğunu bildirib.

Azərbaycan və Türkiyə bu şəkildə bir layihənin reallaşmasında əslində maraqlı ola bilər. Nəzərə alaq ki, Azərbaycan sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması ilə həm Şimal-Cənub, həm də Qərb-Şərq layihələrini aça biləcəyini İkinci Qarabağ savaşından sonra dəfələrlə bəyan edib.

Amma Paşinyan haqqında danışılan layihənin reallaşması üçün şərtlər irəli sürür. Biz “bütün infrastruktur ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır” şərtini təbii ki, qəbul edirik və razıyıq ki, beynəlxalq daşımalarda sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi vacibdir. Söhbət Azərbaycanın əsas hissəsindən Naxçıvana və geriyə istiqamətdə daşınan mallar və insanlardan gedirsə, burada hansısa gömrük prosedurlarının həyata keçirilməsi, yoxlama aparılması bizim üçün məqbul deyil. Paşinyanın “Bütün ölkələr bir-birinin infrastrukturundan bərabərlik və qarşılıqlılıq prinsipi əsasında istifadə edir” şərti bu mənada Azərbaycanın əsas hissəsindən Naxçıvana daşınan mallara şamil edilməməlidir. Çünki Ermənistan və layihə iştirakçısı olacaq digər ölkələr haqqında danışılan tranzit yolundan yalnız beynəlxalq nəqliyyat yolu kimi istifadə edəcəyi halda Azərbaycan həmin yoldan faktiki olaraq həm də daxili nəqliyyat yolu kimi istifadə edəcək".

Politoloqun sözlərinə görə, Paşinyanın şərtləri özündə Rusiyanın oyundankənar vəziyyətə salınmasını ehtiva edir. Bu da Rusiyanın sözügedən layihənin reallaşmasına problemlər yarada biləcəyini ortaya qoyur: “Rusiya 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan bəyanatın 9-cu maddəsinə müvafiq olaraq Azərbaycanın qərb regionları ilə Naxçıvanı birləşdirən kommunikasiya xətlərinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının cavabdeh olmasını istəyir. Odur ki, Paşinyanın "İstənilən region ölkəsinin ərazisindən keçən kommunikasiya xətləri həmin ölkənin yurisdiksiyası altında olmalıdır" bəyanatı həm də üçtərəfli sazişin 9-cu maddəsindən yayınmağa hesablanıb.

Bizim üçün əslində Zəngəzur dəhlizində Rusiyanın olub-olmamasının elə bir əhəmiyyəti yoxdur. Yetər ki, həmin yolun təhlükəsizliyi təmin olunsun və ən əsası Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yol olaraq dəhliz statusunda olsun. Paşinyanın bununla razılaşması lazımdır. Çünki əks halda “Dünyanın kəsişməsi” layihəsi Azərbaycan və Türkiyənin iştirak etməməsi isə utopiyadan başqa bir şey olmayacaq. Ermənistanın bizdən yan keçəcək infrastruktur layihələrini reallaşdırmaq imkanı yoxdur".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
Bu gün, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
Bu gün, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
Bu gün, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
Bu gün, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
Bu gün, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
Bu gün, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
Bu gün, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
Bu gün, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
Bu gün, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
Bu gün, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
Bu gün, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
Bu gün, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
Bu gün, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Bu gün, 09:57
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" - deputat
Bu gün, 09:53
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bu gün, 09:45
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
Bu gün, 09:44
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:39
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - MƏQALƏ
Bu gün, 09:35
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? - VİDEO
Bu gün, 09:31
Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı – Kritik gəlişmə
Bu gün, 09:30
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... - FOTO
Bu gün, 09:27
Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. - VİDEO
Bu gün, 09:25
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. - "Dialoq" nəşri
Bu gün, 09:24
Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:22
Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? - ŞƏRH
Bu gün, 09:16
"Tələbə Baş nazir də gördük..." - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 09:13
"Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" - deputat
Bu gün, 09:10
Tanınmış hakimə ağır itki üz verib
Bu gün, 09:09
"Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." - Ekspert danışır...
Bu gün, 09:05
Xalq artistinin qızının firması məhkəməyə verildi
Bu gün, 09:02
Mənə intim təkliflər edib, əmr verirlər - Faiq Ağayev
Bu gün, 08:59
Ermənistanın gələcəyini Azərbaycan həll edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ... - KEÇƏ BİLƏCƏKMİ?
Bu gün, 08:56
Bakı və İrəvan Astanada nəyə razılaşacaq? - İNCƏLƏMƏ
Bu gün, 08:54
“Rusiya Cənubi Qafqazda davamlı sülh vəziyyətinin yaranmasının qarşısını almağa çalışır” - FAKT BUDUR!
Bu gün, 08:54
Sələmə pul götürdü... başına gəlməyən oyun qalmadı... - TƏFƏRRÜAT
Bu gün, 08:52
Nə qədər ki, regionda sabitlik tam bərpa olunmayıb... - AKTUAL
Bu gün, 08:51
Rusiya “üçtərəfli bəyanat” deyib durur, amma qatar sürtələ uzaqlaşır - Bir razılaşmanın izi ilə – adı var, özü yoxdur
Bu gün, 08:50
Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu - NƏ BAŞ VERİR?
Bu gün, 08:48
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
Bu gün, 08:47
Vasif Talıbovun kadrlarına cinayət işi açılır - GƏLİŞMƏ
Bu gün, 08:42
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Bu gün, 08:30
“Rasifoğlu” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:05
“Azər-Avtonəqliyyat” ASC-də rəhbərlik dəyişəcək - TOPLANTI
Bu gün, 00:02
"Azərbaycanın sülhə çağırdığı Ermənistan... asılı olduğu siyasi müttəfiqlərinin təsir dairəsindən çıxa bilmir"
Dünən, 19:02
Bu il sülh müqaviləsi imzalana bilər? - ŞƏRH
Dünən, 19:00
Sabirabad DOST Mərkəzinin binasının inşasına 9,6 milyon manat vəsait sərf olunacaq
Dünən, 18:56
Fizioterapistlərin ilk konfransı keçirilib - FOTO
Dünən, 18:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru