Qərbin Ermənistan hakimiyyəti ilə bağlı narazılıqları gözə çarpır .....                     “Freedom Finance Azerbaijan” ASC-dən MMC-yə çevrildi .....                     Xaçikyanın açıqlaması reallıqdan çox revanşistləri təhrik etmə niyyətinə bənzəyir .....                     Azərbaycanda bu şirkətin əsas səhmdarı payını geri götürür .....                     “Balcıoğlu Logistik” MMC .....                     Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək .....                     Müştərisi “Bank Respublika”dan şikayətçidir .....                     Bu televiziyaya rəhbər gətirildi .....                     Kəlbəcərdə yük maşını aşıb .....                     Azərbaycanda sahibkarlar vergidən .....                     Paşinyan fakt qarşısında qaldı .....                     Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri uşaqlar ölür və... .....                     Azərbaycanın tikinti materialları istehsal edən müəssisəsi “Mətanət-A” şirkətinə satıldı .....                     AMB uçot dərəcəsini niyə azaltdı? .....                     Azadlığa buraxılan idmançı nə üçün yenidən həbs olundu? .....                     "Mövcudluğumuz Azərbaycan masasına qoyulub" .....                     Görüş üçün niyə Qazaxıstan seçildi? .....                     Paşinyan Kremli qəzəbləndirib: .....                     Sərxoş kişi müğənniyə pul uzatdı və... .....                     İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı .....                     Azərbaycanlı deputatlardan Şvabeyə ağır ittiham .....                     Azərbaycanlı milyarderin Bakıdakı ofisi təmir olunacaq .....                     "Azsığorta" ASC "Eurohome" MMC-ni məhkəməyə verib .....                     Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək .....                     Ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi etdi .....                     “Xəzər İnşaat Şirkəti” və “Sabah Residence” .....                     Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda şübhəli bilinən MƏMUR OĞLU həbs edilib .....                     MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə .....                     Vüqar Qurbanov bu xanıma vəzifə verdi .....                     “Nə sözü sözdür, nə musiqisi musiqi, di gəl ki…” .....                     Ermənistanda hərbi qiyam BAŞLAYIR .....                     İcra başçıları ilə bağlı ÖNƏMLİ MƏLUMAT .....                     272 min manat mənimsəməkdə ittiham olunan Sümbülə Əliyevanın məhkəməsi .....                     Taleh Kazımov "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirib .....                     Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı .....                     “Fars dili öyrədilən kurslar xomeyniçiliyi yayır” .....                     HİT.az saytı .....                     Ermənistanda etirazları sarkisyanlar, koçaryanlar körükləyir .....                     Erməni kilsəsi Paşinyana qarşı aktivləşir: .....                     Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır .....                 

Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Tarix: 18-04-2024, 09:26 | Çap et
Qarabağ... bax indi AZƏRBAYCANDIR!
Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsini tərk etməyə başlayıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”. Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi. Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi adlandırmaq olar. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması bir daha sübut etdi ki, rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu məsələdə mühüm əhəmiyyət kəsb edən amil isə Prezident İlham Əliyevin çevik diplomatik məharəti Azərbaycanın milli maraqlarını tam şəkildə qoruması ilə bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Prezidentin söylədiyi bu fikirlərdə olduğu kimi, Azərbaycan xalqı daha bir əhəmiyyətli hadisəyə şahidlik etdi. Prezidentin yürütdüyü məqsədyönlü və inamlı siyasətin nəticəsi, Ordumuzun döyüş əzmi ilə Qarabağın bütün əraziləri tamamilə Azərbaycanın nəzarətinə keçdi. Xankəndi şəhərində 1919-cu ildən sonra ilk dəfə olaraq üçrəngli bayrağımız dalğalandı. Bu ardıcıl siyasətin sonunda Azərbaycanın siyasi hakimiyyətinin yürütdüyü qüsursuz fəaliyyətin nəticəsi olaraq Rusiya sülhməramlıları Qarabağdan çıxmağa başladı. Azərbaycan xalqı son illərdə tarixinin ən şanlı səhifələrinə şahidlik edir. Bu şanlı tarixə qızıl hərflərlə düşən səhifələr isə Qarabağın tamamilə işğaldan azad edilməsi, bu problemin gələcək nəsillərə ağrılı miras olaraq qalmadan birdəfəlik həll edilməsi oldu. Bu qərar həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi cəfəng “proqnozlar” və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. Qeyd etmək lazımdır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi əməliyyatlar dövründə olduğu kimi, müharibədən sonrakı bir il ərzində də Azərbaycanın milli maraqlarının qorunması naminə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirdi. İkinci Qarabağ müharibəsinin sonu kimi qəbul edilən və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat münaqişə tərəfləri arasında Qarabağda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını, Ermənistanın işğal etdiyi ərazilərin ölkəmizə qaytarılmasını, gələcəkdə bölgənin sülh və əməkdaşlıq regionuna çevrilməsini nəzərdə tuturdu. Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə tarixi qələbəsindən sonra dövlətimizin gücü və mövqeyi nəyinki regionda, o cümlədən beynəlxalq miqyasda daha da yüksəldi.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Şərq"ə açıqlamasında deyib ki, Rusiya sülhməramlı kontingentinin nəhayət Qarabağı tərk etməsi çox mühüm və xüsusi qeyd olunacaq tarixi hadisədir. Partiya rəhbərinin sözlərinə görə, bu qərarın qəbul olunması Azərbaycan dövlətinin növbəti uğuru və ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir:

"Tam olaraq əminik idik ki, Rusiya hərbi kontingenti Azərbaycanı tərk edəcək. Ən gec 2025-ci ilin noyabr ayınadək rus hərbçilərinin Qarabağdan çıxacağı proqnozlaşdırılırdı. Amma "sülhməramlı" adı ilə torpaqlarımızda yerləşdirilmiş hərbi kontingentin belə tezliklə Azərbaycandan çıxması kifayət qədər müsbət məqamdır. Prezidentin köməkçisi Hikmət Hacıyev rəsmi açıqlamada bildirdi ki, Azərbaycan və Rusiya rəhbərliyinin ikitərəfli razılaşması əsasında belə bir qərar verilib. 1992-1993-cü illərdə Müstəqil Dövlətlər Birliyində (MDB) ilk ölkələrdən idik ki, rus hərbi kontingentini Azərbaycandan çıxartmışdıq. Ardınca Qələbə RLS-də xidmət keçən rus hərbçilər uzaqlaşdırılmışdı. Ancaq 44 günlük müharibədən sonrakı vəziyyət nəzərə alınmaqla, 10 noyabr üçtərəfli bəyannamənin müddəasına görə, rus hərbçilər "sülhməramlı" adı ilə 5 il müddətinə Qarabağa yerləşdirilmişdi. Artıq Rusiya və Ermənistan tərəfi də etiraf edirdi ki, bölgədə situasiya və reallıqlar tam olaraq dəyişdiyi üçün rus hərbçilərinin torpaqlarımızda qalmasına ehtiyac yoxdur. Rusiya sülhməramlılarının orada qalması heç bir anlam ifadə etmirdi. Ümumiyyətlə, rus hərbi kontingenti sülhməramlı missiyasını yerinə yetirmirdi. Düzdür, zaman-zaman Qarabağda aparılan anti-terror əməliyyatlarına göz yumdular, müdaxilə etmədilər. Amma bu da Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin nəticəsi idi. Ötənlərdə bir xəbər yayıldı ki, heç bir işə yaramayan rus hərbçilərini mina təmizləmə prosesinə cəlb etmək mümkündür".

A.Əlizadə vurğulayıb ki, Azərbaycan Konstitusiyasına görə, heç bir xarici ölkənin hərbi kontingenti bizim ərazimizdə yerləşdirilə bilməz: "Sülhməramlı kontingent sadəcə üçtərəfli bəyanata əsasən, torpaqlarımızda müvəqqəti yerləşdirilmişdi. Ancaq üçtərəfli saziş hüquqi qüvvəyə malik deyildi, sadəcə altında Prezidentin imzası var idi deyə, bu məsələyə hörmətlə yanaşırdıq. Amma ratifikasiya olunmamışdı. Ümid edirik, daha doğrusu əminik ki, Azərbaycan ərazisində bundan sonra heç bir ölkənin hərbi gücü olmayacaq. Yeganə olaraq qardaş Türkiyənin hərbçiləri Şuşa Bəyannaməsinin müddəalarına əsasən, ölkəmizdə birgə təlimlər keçə, ortaq fəaliyyət göstərə bilərlər. Bu tarixi qərara görə, xalqımıza gözaydınlığı düşür. Son olaraq onu da qeyd edim ki, Rusiya hərbçiləri Azərbaycandan çıxsalar da, Ermənistanı tərk etməyəcəklər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərbin Ermənistan hakimiyyəti ilə bağlı narazılıqları gözə çarpır - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
“Freedom Finance Azerbaijan” ASC-dən MMC-yə çevrildi
Bu gün, 15:45
Xaçikyanın açıqlaması reallıqdan çox revanşistləri təhrik etmə niyyətinə bənzəyir - ŞƏRH
Bu gün, 15:42
Azərbaycanda bu şirkətin əsas səhmdarı payını geri götürür
Bu gün, 15:40
“Balcıoğlu Logistik” MMC - CƏRİMƏ OLUNA BİLƏR
Bu gün, 15:38
Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH
Bu gün, 15:21
Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT
Bu gün, 15:18
Bu televiziyaya rəhbər gətirildi - FOTO
Bu gün, 15:08
Kəlbəcərdə yük maşını aşıb - ölən var
Bu gün, 14:57
Azərbaycanda sahibkarlar vergidən AZAD OLUNUR?
Bu gün, 14:10
Paşinyan fakt qarşısında qaldı - Ekspert danışır...
Bu gün, 14:02
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri uşaqlar ölür və... - ölməkdə davam edir
Bu gün, 14:00
Azərbaycanın tikinti materialları istehsal edən müəssisəsi “Mətanət-A” şirkətinə satıldı - DETALLAR
Bu gün, 13:56
AMB uçot dərəcəsini niyə azaltdı? - Deputat açıqladı
Bu gün, 13:02
Azadlığa buraxılan idmançı nə üçün yenidən həbs olundu? - DETALLAR
Bu gün, 12:59
"Mövcudluğumuz Azərbaycan masasına qoyulub" - Meloyan
Bu gün, 12:57
Görüş üçün niyə Qazaxıstan seçildi? - ŞƏRH
Bu gün, 12:54
Paşinyan Kremli qəzəbləndirib: - "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 12:53
Sərxoş kişi müğənniyə pul uzatdı və... - VİDEO
Bu gün, 12:48
İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 12:45
Azərbaycanlı deputatlardan Şvabeyə ağır ittiham - O, siyasi terrorçudur
Bu gün, 12:38
Azərbaycanlı milyarderin Bakıdakı ofisi təmir olunacaq
Bu gün, 12:35
"Azsığorta" ASC "Eurohome" MMC-ni məhkəməyə verib
Bu gün, 12:34
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək - Belə deyirlər...
Bu gün, 12:33
Ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi etdi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:32
“Xəzər İnşaat Şirkəti” və “Sabah Residence” - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 12:29
Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda şübhəli bilinən MƏMUR OĞLU həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:26
MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq
Bu gün, 12:23
Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO
Bu gün, 12:22
“Nə sözü sözdür, nə musiqisi musiqi, di gəl ki…” - ETİRAZ
Bu gün, 12:18
Ermənistanda hərbi qiyam BAŞLAYIR - Hansı nəticələr GÖZLƏYİR?
Bu gün, 12:11
İcra başçıları ilə bağlı ÖNƏMLİ MƏLUMAT - Bu illik...
Bu gün, 12:08
272 min manat mənimsəməkdə ittiham olunan Sümbülə Əliyevanın məhkəməsi – ŞAHİDLƏR DİNDİLƏCƏK
Bu gün, 12:06
Taleh Kazımov "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirib
Bu gün, 12:04
Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Bu gün, 12:01
“Fars dili öyrədilən kurslar xomeyniçiliyi yayır” - HƏYƏCAN TƏBİLİ!!!
Bu gün, 12:00
HİT.az saytı 4 YAŞINDA...
Bu gün, 11:57
Ermənistanda etirazları sarkisyanlar, koçaryanlar körükləyir - ŞƏRH
Bu gün, 11:47
Erməni kilsəsi Paşinyana qarşı aktivləşir: - II Qaregin I Aramla danışdı
Bu gün, 11:44
Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!
Bu gün, 11:43
İsrail “Patriot” sistemi ilə vidalaşır
Bu gün, 11:41
BDU-nun rektorundan "Azpetrol"la 100 minlik MÜQAVİLƏ
Bu gün, 11:20
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 11:19
LAF TV ələ keçirildi - "Bütün qurumlara müraciət etmişik"
Bu gün, 11:18
Arağın istehsalı ilə bağlı keyfiyyət qaldırılmalıdır - deputat
Bu gün, 11:15
MTN-in tutduğu narkobaron HƏBSDƏ ÖLDÜ
Bu gün, 11:14
Maşınlarını satsalar da, əməliyyat pulunu toplaya bilməyiblər: - Samirənin dəstəyə ehtiyacı var
Bu gün, 11:13
Etibar Məmmədov da sədrliyə qayıdır? - GƏLİŞMƏ
Bu gün, 11:10
Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ... - "Bu adam ən böyük sehrbazdır..."
Bu gün, 11:07
"Gizli saxlamaq istəyirdim, amma kimsə bilib, mətbuata ötürüb" - Əməkdar artist
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru