![“Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının toplantısı keçiriləcək “Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının toplantısı keçiriləcək](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716355424_0001.jpg)
5 iyul 2024-cü il saat 14.00-da “Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Dia-az.info xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binada baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Xətai-Rabitə-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiq olunması.
2. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək vacibdir.