“Rusiya cənub qalamız olan Qarabağı itirdi” .....                     "Verilişə çağıranda xanəndəyə deyirlər, tək özün gəl... .....                     Dostunun pasportu ilə Bakıya əylənməyə gəldi .....                     Ermənistanda “Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb .....                     Çimərlik mövsümü başladı: .....                     “Ermənistan Zəngəzuru itirəcək” .....                     Onlar zərərçəkənlərə 240.900 ABŞ dolları və 55.100 manat maddi ziyan vurublar .....                     Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi .....                     Rusiya Ukraynada sülh üzrə ikinci sammitə dəvət oluna bilər .....                     Rusiya Ermənistan üçün əhəmiyyətli olan dəmir yolunu .....                     Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarılıb .....                     "Paşinyan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin məhz Rusiyaya görə dayandığını önə çəkmək istəyir" .....                     Ermənistan Konstitusiyası dəyişməsə... .....                     Qurbanlıq heyvan almaq neçəyə başa gəlir? .....                     Ohanyandan Zəngəzur dəhlizi açıqlaması: .....                     "Mediasiya haqqında" Qanunda boşluqlar var .....                     DİN Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumatı araşdırır .....                     Qurban kəsirik: Nəyi bilməliyik? .....                     Xaricdən 8,8 manata idxal olunan kərə yağı marketlərdə 19,8 manata satılır .....                     Azərbaycan kimin yanında dayanmalıdır .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub .....                     "`Starex` kimi karqo şirkətləri bizim əsəblərimizi korlayır..." .....                     "Məhbusların şikayətinə dərindən baxılmalıdır" .....                     Avropalı lider Hakan Fidana yaxınlaşıb türkcə yardım istədi .....                     Nazirlik biabırçılığı ortaya qoydu .....                     Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var .....                     Ağdaşda lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb .....                     Tələblərin çox olduğu sammit .....                     Bərdədə 105 ədəd çətənə kolu aşkarlanıb .....                     "Biz istehlakçılar axmağın dal ayağı rolundayıq?" .....                     Bu məhsul tezliklə ucuzlaşacaq, amma... .....                     Ermənistanda etirazçıların kütləvi həbsinə başlanılıb .....                     Putinin planında dəyişiklik: .....                     Dörd aylıq əkizlərin anası: .....                     Paşinyan nəyi imitasiya edir? .....                     Sülhməramlıların gedişi ilə bağlı razılaşmanın DETALLARI .....                     İrəvan iki ölkə ilə anlaşdı .....                     Rusiya F-16-ları “qarşılamağa” .....                     "Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar..." .....                     Rusiya maliyyə sistemlərinə sanksiyalar ağırlaşır .....                 

Deputatın məhkəmədə dindirilməsi tələb olundu - İşdə səsyazıları da var
Tarix: 22-05-2024, 17:47 | Çap et
Deputatın məhkəmədə dindirilməsi tələb olundu
“Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlərin bir neçəsinin vəkili Aslan İsmayılov vəsatətlə çıxış edib.

Vəkil Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin dindirilməsini istəyib. Vəkilin sözlərinə görə, işdəki sənəd-sübutlar və səsyazıları da göstərir ki, Səttar Möhbalıyev dövlətin malını - stadionları öz mülkü kimi satıb: "Çox təəssüf edirəm ki, prokurorluq bu sübutlara göz yumdu, onu çağırıb dindirmədi. Bir ildir burada da eyni məsələni qaldırırıq, araşdırılmasını istəyirik".

Deputatın adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir. Stadionun ərazisini satmaq adıyla dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov iki ilə yaxındır həbsdədir.

İddia olunur ki, onlar bina tikintisiylə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi, 900 min manat pul alınıb.

Nadir Əliyev özünü təqsirli bilmir. O, iddia edir ki, sahibkarları Alik Həsənov aldadıb, onun isə yaşananlardan xəbəri olmayıb.

Alik Həsənov isə əksinə, bu işdə özünün sadəcə, icraçı, vasitəçi olduğunu bildirir. Onun sözlərinə görə, stadionun direktoru olsa da, rəhbər kimi, Nadir Əliyevdən asılı idi, onun göstərişlərini yerinə yetirirdi.

Zərərçəkmiş sahibkarlar da məhkəmədə bildiriblər ki, onlar AlikHəsənovla yanaşı, Nadir Əliyevlə də danışıqlar aparıblar. Yəni onun baş verənlərdən xəbərsiz olması haqda iddiaları doğru deyil.
Məhkəmədə Nadir Əliyevə məxsus olduğu iddia edilən səs yazısı da dinlənilib. Orada danışan şəxs baş verənlərə görə deputatı ittiham edir.

Nadir Əliyev həmin səsyazısının ona məxsus olduğunu təsdiqləsə də, səslənən fikirləri qəbul eləmir.

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Aslan İsmayılov deyib ki, Nadir Əliyev məhkəmədə fərqli taktika seçib, bu üzdən deputatın adını çəkmir: “Görünür, söz veriblər ki, “ad çəkmə, səni çıxaracağıq”. Ona görə də Nadir Əliyev əvvəlki ifadəsindən də, dediklərindən də imtina edir. Nadir Əliyev necə davranırsa davransın, həqiqəti ortaya çıxarmaq məhkəmənin borcudur. Gəncədəki, Göygöldəki stadionlar dədə malı kimi necə satılıb?”.

Zərərçəkmişlər də, təqsirləndirilən şəxslərdən Alik Həsənov da deputat Səttar Möhbalıyevin çağrılıb dindirilməsi barədə vəsatətin təmin olunmasını istəyib. Amma Nadir Əliyev bunun əleyhinə olub.

Hakimlər deputatla bağlı vəsatəti təmin etməyiblər. Onun adı çəkilən səsyazısına gəlincə, məhkəmə onu qəbul edib və iş materiallarına əlavə olunub. Lakin onun sübut kimi dəyərləndirilməsi məsələsinə sonda hökm çıxarılanda qərar veriləcəyi bildirilib.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.

Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya cənub qalamız olan Qarabağı itirdi” - Vladimir Xomyakov SƏRSƏMLƏDİ
Dünən, 19:00
"Verilişə çağıranda xanəndəyə deyirlər, tək özün gəl... - İfaçını da pis vəziyyətdə qoyurlar"
Dünən, 18:56
Dostunun pasportu ilə Bakıya əylənməyə gəldi - Cərimələndi
Dünən, 18:20
Ermənistanda “Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Dünən, 18:05
Çimərlik mövsümü başladı: - Qiymətlər necədir?
Dünən, 17:47
“Ermənistan Zəngəzuru itirəcək” – Rus polkovnik
Dünən, 17:41
Onlar zərərçəkənlərə 240.900 ABŞ dolları və 55.100 manat maddi ziyan vurublar - TƏFƏRRÜAT
Dünən, 17:28
Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi - milyonlarla borcu var
Dünən, 17:14
Rusiya Ukraynada sülh üzrə ikinci sammitə dəvət oluna bilər - Yermak
Dünən, 17:10
Rusiya Ermənistan üçün əhəmiyyətli olan dəmir yolunu BƏRPA ETDİ
Dünən, 16:11
Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarılıb - ƏMR
Dünən, 15:46
"Paşinyan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin məhz Rusiyaya görə dayandığını önə çəkmək istəyir" - FAKT BUDUR!
Dünən, 14:02
Ermənistan Konstitusiyası dəyişməsə... - Sülhə əngəl fonunda barış bəyanatları
Dünən, 14:00
Qurbanlıq heyvan almaq neçəyə başa gəlir? - AKTUAL
Dünən, 13:56
Ohanyandan Zəngəzur dəhlizi açıqlaması: - “Gizli şəkildə...”
Dünən, 13:24
"Mediasiya haqqında" Qanunda boşluqlar var - Ekspert
Dünən, 13:22
DİN Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumatı araşdırır
Dünən, 13:20
Qurban kəsirik: Nəyi bilməliyik? - AÇIQLAMA
Dünən, 13:01
Xaricdən 8,8 manata idxal olunan kərə yağı marketlərdə 19,8 manata satılır - BU DA FAKT!!!
Dünən, 12:59
Azərbaycan kimin yanında dayanmalıdır – Ukraynanın, Rusiyanın, yoxsa real sülhün?
Dünən, 12:57
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
Dünən, 12:53
"`Starex` kimi karqo şirkətləri bizim əsəblərimizi korlayır..." - GİLEY
Dünən, 12:50
"Məhbusların şikayətinə dərindən baxılmalıdır" - ÇAĞIRIŞ
Dünən, 12:37
Avropalı lider Hakan Fidana yaxınlaşıb türkcə yardım istədi – “Lütfən...”
Dünən, 12:32
Nazirlik biabırçılığı ortaya qoydu - Sabiq nazir
Dünən, 12:29
Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var - Belə deyirlər...
Dünən, 12:24
Ağdaşda lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb
Dünən, 12:14
Tələblərin çox olduğu sammit - İNCƏLƏMƏ
Dünən, 12:10
Bərdədə 105 ədəd çətənə kolu aşkarlanıb
Dünən, 12:07
"Biz istehlakçılar axmağın dal ayağı rolundayıq?" - ETİRAZ
Dünən, 12:04
Bu məhsul tezliklə ucuzlaşacaq, amma... - ÇÜNKİ...
Dünən, 11:58
Ermənistanda etirazçıların kütləvi həbsinə başlanılıb - “Sputnik Armeniya”
Dünən, 11:55
Putinin planında dəyişiklik: - Müharibə dayandırılır?
Dünən, 11:42
Dörd aylıq əkizlərin anası: - "Qidalarını almağa pulum qalmaylb"
Dünən, 11:28
Paşinyan nəyi imitasiya edir? - Erməni baş nazirin oyunları
Dünən, 11:21
Sülhməramlıların gedişi ilə bağlı razılaşmanın DETALLARI AÇIQLANDI
Dünən, 11:10
İrəvan iki ölkə ilə anlaşdı – Raketlər Ermənistanda yerləşdirilir
Dünən, 11:02
Rusiya F-16-ları “qarşılamağa” bu cür hazırlaşır
Dünən, 10:58
"Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar..." - BU NƏDİ BELƏ?!
Dünən, 10:53
Rusiya maliyyə sistemlərinə sanksiyalar ağırlaşır - Azərbaycana təsirləri
Dünən, 10:42
Avrasiyanın təhlükəsizliyi yalnız region ölkələrinin iştirakı ilə ola bilər
Dünən, 10:40
Azərbaycandan Ermənistana 30 min avro pul köçürülüb? - Ermənistan KİV
Dünən, 10:20
Dünyaya pomidoru satan biz... - ALAN DA BİZ?
Dünən, 10:16
Namiq keçmiş həyat yoldaşı ilə barışmaq fikrində deyil - 16 il sonra...
Dünən, 10:13
Böyük oyun: Obrayendən 5 gün sonra İrəvana o gəlir - Qərbə SÜLH LAZIM DEYİL?
Dünən, 10:12
“NEZ” MMC-nin Rusiyada gizlənən keçmiş mühasibi ƏLƏ KEÇDİ - Azərbaycandan qaça bilsə də...
Dünən, 10:04
Məhkəməlik olduğu feysbuk statusunu silsə də, 1000 manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 10:02
Paşinyan Bakıya görə Lukaşenkoya savaş açdı: niyə indi? - Azərbaycana “hərbi yardımı” bəhanə edir, AMMA...
Dünən, 10:00
NDU-nun rektoru Ali Məclisin tələbə olan Aparat rəhbərindən niyə dərsə davamiyyət tələb etmir?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:54
Üçgünlük səfər anlaşma ilə bitdi: Zəngəzur dəhlizi açılır - BUNDAN SONRA...
Dünən, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru