!["45 gündür ki, məhsul sifariş etmişik, amma..." "45 gündür ki, məhsul sifariş etmişik, amma..."](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716437753_0001.jpg)
"Şikayətim "TrendYol - Azərbaycan"dandır". Dia-az.info xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Nəzrin Hüseynzadə adlı istifadəçi bildirib.
Narazı vətəndaş daha sonra yazır: "45 gündür ki, məhsul sifariş etmişik, amma nə gəlib çıxmır, nə də əlaqə saxlamırlar.
Pulumuzu qaytarsınlar... o da yox...
Səhifələrində nömrə belə yoxdur...
Heç olmasa iptal edim... ödənişi geri alım... O da olmur, çünki məhsul artıq Azərbaycandadır...
Pulu mənimsəyib, aldadırlar... Dələduzluqla məşğuldurlar.."