"Bu, onların bizə qarşı olan tarixi düşmənçiliklərinin növbəti sübutudur" .....                     “Azərsun”un 3 il əvvəl ləğv olunduğunu açıqlayan zavodunun səhmdarları toplanır .....                     Azərbaycanda inşaat şirkəti .....                     Orta məktəblərdə şahmat dərsi keçirilməlidir .....                     “Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir” .....                     Azərbaycandan birbaşa investisiyalar: Türkiyə liderliyini qoruyur .....                     Paşinyanın sərhəd müəmması: Bütün sirlər açıldı .....                     Heç nə etmədilər, AMMA... .....                     Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB .....                     "Nar"dan sərfəli smartfon təklifi .....                     Rusiya “mərmi aclığından” necə xilas oldu? .....                     “Ucar Tikinti Quraşdırma” QSC-də .....                     “Bakı Yastıq Zavodu” ASC-nin səhmdarları .....                     Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlanması... .....                     Rusiya “mərmi aclığından” necə xilas oldu? .....                     “Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edildi .....                     Ali Məhkəmənin hakimi intihar etdi .....                     "Azərbaycan müstəqil siyasət aparır, .....                     “Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... .....                     “Qayıdış”ımız Ermənistanda xof yaratdı .....                     "Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." .....                     Dövlət agentliyi ofis icarəyə götürdü .....                     Yekun sülh sazişi bu halda imzalanacaq: .....                     “Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” .....                     Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... .....                     Ermənistan hansı halda .....                     Mülayim cənub küləyi əsəcək .....                     Təlxəklərin qurbanı olan Ermənistan... .....                     "Super Servis" Xüsusi Firması .....                     Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: .....                     Səfirimiz Tehrana qayıdacaqmı? .....                     “Bir ordu qədər insan sayəmdə pul qazanır” .....                     Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər .....                     Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı .....                     İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi .....                     Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                 

SEPAH Ərdoğanı niyə hədəfə alıb? - Ankara və Tehranın bölgədəki vəziyyətə münasibəti fərqlidir
Tarix: 30-03-2024, 09:12 | Çap et
SEPAH Ərdoğanı niyə hədəfə alıb?
ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da Vaşinqtona rəsmi səfər edəcək. Türkiyə lideri ilk dəfə Ağ evdə amerikalı həmkarı ilə görüşəcək.

Tərəflər sonuncu dəfə ötən ilin iyulunda Litvada keçirilən NATO sammitində bir araya gəlmişdilər. Ötən həftə Türkiyə Milli İstihbarat Təşkilatının başçısı İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər etmişdi. İndi isə növbə dövlət başçılarınındır.

Ərdoğanla Baydenin görüşündə terrora qarşı mübarizə, Qəzza zolağındakı son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Bu səfərə dair xəbər yayılan günlərdə İranın İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) informasiya vasitələri Türkiyə Prezidentinə qarşı qarayaxma kampaniyası aparmağa başlayıb.

SEPAH-ın təbliğat maşını Rəcəb Tayyib Ərdoğanı “dildə Fələstin, ürəkdə İsrail yanlısı” kimi təqdim edir. Bununla da onu müsəlman və ərəb dünyasında nüfuzdan salmağa çalışır.

Martın 26-da İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyə ilə görüşüb. Ali rəhbər bu görüşdə də HƏMAS-ı tərəddüdsüz dəstəkləyəcəklərini vəd edib.

Bundan başqa, martın 26-da Tehranda hakimiyyətin təşkil etdiyi çoxminli mitinqdə terrorçu “Fələstin İslami cihad” qruplaşmasının lideri Ziyad ən Nahala çıxış edərək, “İsraili məhv edənədək mübarizəni davam etdirəcəklərini” bildirib.

İran hakimiyyəti bütün qüvvəsi ilə HƏMAS-la İsrail arasında dialoqun baş tutmasına çalışır. Belə bir hadisənin baş verməsi bu silahlı-siyasi qruplaşmanın, yaxud bəzi ölkələr tərəfindən terror təşkilatı sayılan qurumun legitimliyinin qəbul edilməsi olardı. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə “əli qana batdığı üçün” HƏMAS-ı Fələstinin siyasi-ictimai həyatında görmək istəmədiklərini bildirib.

Bu, həm də İranın dirijorluğu ilə fəaliyyət göstərən silahlı-siyasi qruplaşmaların aqibətinə işarədir.

SEPAH və onun informasiya kanalları ABŞ ilə Türkiyənin Yaxın Şərqlə bağlı danışıqlarını da qısqanır. Çünki baş verən hadisələr fonunda İranın regionla bağlı məsələlərdə əsas fiqur olaraq qəbul ediləcəyini planlaşdırırdılar. Bununla Tehran qərb qarşısında şərtlər irəli sürəcəyinə ümid edirdi. Ancaq bu baş vermir. İran hakimiyyəti hələ də terror qruplaşmalarının sponsoru statusunda qəbul olunur.

Planı baş tutmadığından hikkə və kinini Türkiyə tuşlayıb.

İsrailin dostları və düşmənləri məlumdur. Bu yəhudi dövlətinə münasibətdə seyrçi qalanlar da tanınır. HƏMAS-ın müdafiəçiləri isə yarımçıq şəkildə görünür. Bunlardan biri İrandakı rejimdir. Tehran rəsmiləri bu qruplaşmanın İsrailə hücuma keçdiyi gününün tarixindən xəbərsiz olduqlarını belə beynəlxalq ictimaiyyətə sırımağa çalışırdı. Seyid Əli Xamənei müharibə başlayandan sonra İsmayıl Həniyə ilə ilk görüşdə hücumun başlayacağı tarixdən xəbərsiz olduqlarını, onlara yardım etməyəcəklərini, bu müharibəyə qatılmayacaqlarını bildirsə də, dəstəklədiklərini vurğulamışdı. Sonrakı günlərdə Tehran rejiminin müxtəlif səviyyəli rəsmiləri HƏMAS-ı dəstəklədiklərini, ona hər cür yardım edəcəklərini bildirdilər.

İran hakimiyyətinin təmsilçiləri gah HƏMAS-a yardım etmədiklərini bildirir, gah da əksinin iddia edirlər. Ancaq onun regionda formalaşdırdıqları silahlı birləşmələr bu və ya başqa şəkildə HƏMAS-İsrail müharibəsində iştirak edirlər.

Bu günlərdə Yəməndə SEPAH, Ənsarullah (husilər) və Hizbullahın HƏMAS-İsrail müharibəsi ilə bağlı məsləhətləşməsi İranyönlü silahlı qruplaşmaların fəaliyyətinin əlaqələndirildiyini deməyə əsas verir.

Tehran rəsmiləri keçirdikləri müxtəlif görüşlərdə də HƏMAS-ı müdafiə edir, bu qruplaşmanın fəaliyyətini Fələstin azadlıq mübarizəsi ilə eyniləşdirirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da HƏMAS-ın İsrailə qarşısı mübarizəsində biriniciləri dəstəkləyir. İsrailin baş naziri Binyamin Netaniyahunun ünvanına kəskin ifadələr səsləndirir.

Ölkənin xarici işlər naziri Hakan Fidan Fələstin məsələsi üzrə təmas qrupunun təmsilçisi kimi ABŞ-də səfərdə də olmuşdu. 1947-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında Türkiyə və İran vahid Fələstin dövlətinin yaranmasına səs vermişdi.

Zaman keçib, şərtlər və şərait dəyişib. Türkiyə hesab edir ki, İsrail və HƏMAS arasında getdikcə şiddətlənən münaqişənin davam etməsi iki dövlət prinsipi çərçivəsində suveren və müstəqil Fələstinin qurulmaması ilə bağlıdır.

Rəsmi Ankara Fələstinlə İsrail arasında sülhün bağlanması üçün qarant dövlət rolunda çıxış və vasitəçilik etməyə hazır olduğunu bildirir.

İran rejimini, o cümlədən SEPAH-ı Türkiyənin HƏMAS-la əlaqəsi, İsrail dövlətinə münasibəti qıcıqlandırır. Çünki Ankara ilə Tehranın vəziyyətə, İsrailə münasibət tamamilə fərqlidir. İran tərəfi İsraili dünyanın siyasi xəritəsindən silmək arzusundadır.

İran Prezidenti İbrahim Rəisinin ötən ilin noyabrında Türkiyəyə səfəri ləğv olunarkən Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani demişdi ki, səfər tərəflərin qarşılıqlı razılaşması əsasında təxirə salınıb: “Bəziləri suyu bulandırmaq üçün proqnozlar verməyə çalışır. İran və Türkiyə arasında münasibətlər konstruktivdir. Biz müxtəlif məsələlərdə bir-birimizlə əməkdaşlıq edirik”.

“Suyun bulanmasına” səbəb İran tərəfin müəmmalı çıxış və açıqlamasıdır. Yayılan xəbərlərə əsasən, rəsmi Tehran Ankaranı İsrailə qarşı sərt mövqe nümayiş etdirmədiyi üçün ittiham edib. Qarşı tərəf buna görə də səfəri təxirə salıb.

İran hakimiyyətinin, SEPAH-ın yetişdirdiyi və daim imkanlarından faydalandığı Livanın “Hizbullah” təşkilatının lideri Şeyx Həsən Nəsrullah X səhifəsində Rəcəb Tayyib Ərdoğan haqqında öz ədəbini nümayiş etdirərək “su bulandırmışdı”: “Mətbuatda Fələstinə dəstəyini nümayiş etdirən, lakin pərdə arxasında yenə də İsraillə hər cür sövdələşmə və hərəkətlərdə iştirak edən hər kəs ikiüzlüdür”.

SEPAH-ın Ərdoğan barəsində bu günlərdə yaydığı materialla Nəsrullahın şərhi eyni xəttin göstəricisidir.

İran hakimiyyətinin qonşu və uzaq müsəlman ölkələrə münasibəti kimin neçə üzlü olduğunu çoxdan təsdiqləyib. Elə Azərbaycan torpaqları işğal altında olanda və 44 günlük müharibə zamanı da Tehran özünü ifşa etdi, iddia etdiyi “müsəlman təəssbkeşi” rolundan çox-çox uzaqda olduğunu göstərdi. Odur ki, İran XİN-in sözçüsü və bütövlükdə İran hakimiyyəti, həmçinin SEPAH “Hizbullah” liderinin bulandırdığı suda hələ də balıq tutmaq sevdasını davam etdirir. Bu yerdə atalar sözü vəziyyəti daha aydın xarakterizə edir: İran hakimiyyəti, SEPAH “öz gözündə tiri görmür, başqa gözdə çöp axtarır”.

Sədrəddin Soltan - Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu, onların bizə qarşı olan tarixi düşmənçiliklərinin növbəti sübutudur" - deputat
Bu gün, 06:55
“Azərsun”un 3 il əvvəl ləğv olunduğunu açıqlayan zavodunun səhmdarları toplanır - SƏBƏB
Bu gün, 06:50
Azərbaycanda inşaat şirkəti - 25 MİN MANATA KİMİ CƏRİMƏLƏNƏ BİLƏR
Bu gün, 06:46
Orta məktəblərdə şahmat dərsi keçirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:10
“Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir” - GƏLİŞMƏ
Bu gün, 00:05
Azərbaycandan birbaşa investisiyalar: Türkiyə liderliyini qoruyur - ARAŞDIRMA
Bu gün, 00:02
Paşinyanın sərhəd müəmması: Bütün sirlər açıldı - ŞƏRH
Dünən, 07:53
Heç nə etmədilər, AMMA... - GƏLİŞMƏ
Dünən, 07:50
Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB - NƏ BAŞ VERİR
Dünən, 07:40
"Nar"dan sərfəli smartfon təklifi
Dünən, 07:38
Rusiya “mərmi aclığından” necə xilas oldu? - ARAŞDIRMA
Dünən, 07:34
“Ucar Tikinti Quraşdırma” QSC-də QƏRAR VERİLƏCƏK
Dünən, 00:05
“Bakı Yastıq Zavodu” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 00:02
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlanması... - ŞƏRH
27-04-2024, 17:42
Rusiya “mərmi aclığından” necə xilas oldu? - ARAŞDIRMA
27-04-2024, 17:39
“Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edildi
27-04-2024, 17:24
Ali Məhkəmənin hakimi intihar etdi - GƏLİŞMƏ
27-04-2024, 17:13
"Azərbaycan müstəqil siyasət aparır, Qərbin xidmətinə ehtiyacı yoxdur"
27-04-2024, 14:26
“Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... - nə etmək lazımdır?
27-04-2024, 14:17
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
27-04-2024, 14:02
"Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." - AKTUAL
27-04-2024, 14:00
Dövlət agentliyi ofis icarəyə götürdü - MƏBLƏĞ
27-04-2024, 13:56
Yekun sülh sazişi bu halda imzalanacaq: - Bakıdan vacib şərt
27-04-2024, 13:01
“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” - KİV
27-04-2024, 12:40
Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... -ŞƏRH
27-04-2024, 12:32
Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər?
27-04-2024, 12:08
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
27-04-2024, 12:02
Təlxəklərin qurbanı olan Ermənistan... - yuxudan ayıla biləcək?
27-04-2024, 12:00
"Super Servis" Xüsusi Firması - MƏHKƏMƏYƏ VERİLİB
27-04-2024, 11:53
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: - “Son arzusunu yerinə yetirmədilər”
27-04-2024, 11:51
Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
27-04-2024, 11:46
“Bir ordu qədər insan sayəmdə pul qazanır” - Fatimə Fətəliyeva
27-04-2024, 11:40
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27-04-2024, 11:25
Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı
27-04-2024, 11:15
İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi - Bakıdan reaksiya
27-04-2024, 11:13
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
27-04-2024, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
27-04-2024, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
27-04-2024, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
27-04-2024, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
27-04-2024, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
27-04-2024, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
27-04-2024, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
27-04-2024, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
27-04-2024, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
27-04-2024, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
27-04-2024, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
27-04-2024, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
27-04-2024, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
27-04-2024, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
27-04-2024, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru