AMB uçot dərəcəsini niyə azaltdı? .....                     Azadlığa buraxılan idmançı nə üçün yenidən həbs olundu? .....                     "Mövcudluğumuz Azərbaycan masasına qoyulub" .....                     Görüş üçün niyə Qazaxıstan seçildi? .....                     Paşinyan Kremli qəzəbləndirib: .....                     Sərxoş kişi müğənniyə pul uzatdı və... .....                     İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı .....                     Azərbaycanlı deputatlardan Şvabeyə ağır ittiham .....                     Azərbaycanlı milyarderin Bakıdakı ofisi təmir olunacaq .....                     "Azsığorta" ASC "Eurohome" MMC-ni məhkəməyə verib .....                     Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək .....                     Ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi etdi .....                     “Xəzər İnşaat Şirkəti” və “Sabah Residence” .....                     Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda şübhəli bilinən MƏMUR OĞLU həbs edilib .....                     MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə .....                     Vüqar Qurbanov bu xanıma vəzifə verdi .....                     “Nə sözü sözdür, nə musiqisi musiqi, di gəl ki…” .....                     Ermənistanda hərbi qiyam BAŞLAYIR .....                     İcra başçıları ilə bağlı ÖNƏMLİ MƏLUMAT .....                     272 min manat mənimsəməkdə ittiham olunan Sümbülə Əliyevanın məhkəməsi .....                     Taleh Kazımov "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirib .....                     Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı .....                     “Fars dili öyrədilən kurslar xomeyniçiliyi yayır” .....                     HİT.az saytı .....                     Ermənistanda etirazları sarkisyanlar, koçaryanlar körükləyir .....                     Erməni kilsəsi Paşinyana qarşı aktivləşir: .....                     Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır .....                     İsrail “Patriot” sistemi ilə vidalaşır .....                     BDU-nun rektorundan "Azpetrol"la .....                     Ermənipərəst Solovyova Ermənistandan qadağa .....                     LAF TV ələ keçirildi .....                     Arağın istehsalı ilə bağlı keyfiyyət qaldırılmalıdır .....                     MTN-in tutduğu narkobaron .....                     Maşınlarını satsalar da, əməliyyat pulunu toplaya bilməyiblər: .....                     Etibar Məmmədov da sədrliyə qayıdır? .....                     Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ... .....                     "Gizli saxlamaq istəyirdim, amma kimsə bilib, mətbuata ötürüb" .....                     “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... .....                     Sübhi Kazımov işdən çıxarıldı .....                     "Bütün sosial şəbəkələrdə sizi biabır edəcəm..." .....                 

Parlament seçkiləri, yoxsa referendum? - Hakimiyyətin planları bəlli deyil, cəmiyyətin arzuları isə tükənmir...
Tarix: 18-04-2024, 08:33 | Çap et
Parlament seçkiləri, yoxsa referendum?
Azərbaycanda sonuncu, növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə keçirilib.

Konstitusiyanın 84-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. 84-cü maddənin 2-ci bəndində əlavə edilir, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, Konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.

Amma…

Amması odur ki, 2024-cü ilin noyabr ayında Azərbaycan dünya miqyaslı və geniştərkibli tədbir olan COP29-a ev sahibliyi edəcək. Bu iki böyük və mühüm tədbirin eyni zamanda keçirilməsi mümkün olacaqmı? Yoxsa parlament seçkilərinin daha tez keçirilməsi planlaşdırılır?

Qeyd edək ki, 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərindən bir müddət sonra Milli Məclisin növbəti dəfə buraxılacağı ilə bağlı məlumatlar yayıldı. Həmin məlumatlarda Milli Məclisin buraxılması əsasən proporsional seçki sisteminin bərpası ilə izah edilirdi. Hətta bu məqsədlə referendum hazrlıqlarının aparıldığı da iddia edilirdi.

Bəs bu proseslər hazırda hansı yerdədir? Azərbaycanda növbəti parlament seçkiləri nə zaman keçirilə bilər? Referendum hazırlıqları aparılırmı? Ən önəmlisi, bütün bu prosesi həll etmək üçün müddət varmı?

Mövzu ilə bağlı Pressklub.az-a danışan ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyir ki, ilk referendum olacaqsa, keçici maddə və konstitusion islahatlar vasitəsi ilə referendumu indi keçirib, parlament seçkilərini gələn ilin fevralına saxlamaq olar.

Amma Konstitusiya tələbinə görə, seçkini noyabrdan gec keçirmək mümkün deyil. Ona görə də, erkən seçkilər olacaqsa, referendum qalacaq sonrakı dövrə.

“Erkən seçkilərin keçirilməsi yay aylarına təsadüf edə bilər. Amma referendumun keçirilməsi çox vacibdir. Çünki ölkənin siyasi, iqtisadi və sosial problemlərinin həllində konstitusion islahatların kifayət qədər ciddi rolu ola bilər. İdarəetmə sistemində dəyişikliklər olmasa, bu problemlərin həlli mümkün olmayacaq. Həm də müharibədəki qələbə, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüymüzün, suverenliyimizin tam bərpası referendum vasitəsi ilə yeni idarəetmə formasının gətirilməsinə də şərait yarada bilər”.

Natiq Cəfərli əlavə edir ki, Prezidentin fərmanı ilə yaradılmış 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilə bilər. Çünki iqtisadi rayon anlayışı Konustitusiyada yoxdur və heç bir hüquqi əsası olmayan faktdır. Həmçinin işğaldan azad olunmuş bölgələrdə prezidentin şəxsi nümayəndəlikləri və icra başçıları da var. Onların məsuliyyət və səlahiyyət bölgüsü havadan asılı qalıb. Bilinmir ki, onların məsuliyyət və səlahiyyətləri harada başlayıb, harada bitir, kim kimə tabedir. Bu məsələlər də həll olunmalıdır: “Fikrimcə, yerli icra hakimiyyəti sistemi institusional olaraq özünü doğrultmur. Yerli icra hakimiyyətini ləğv edib, yerli özünü idarə institutunun gücləndirilməsinə keçmək lazımdır. Prezidentin şəxsi nümayəndəliklərinin gücləndirilmiş şəkildə bölgələrdə təmsilçiliyinə ehtiyac var. Bundan başqa, proporsional seçki sistemi də çox vacibdir. Bu sistem parlamentin nüfuzunu və idarəetmədəki rolunu artıracaq. Hökumətin formalaşdırılmasına mühüm təsir göstərəcək. Proporsional seçki ölkədəki siyasi partiyaların nüfuzunu və gücünü artıra biləcək bir amilə çevrilə, həmçinin ideoloji partiyalar da formalaşa bilər”.

Müsahibimiz deyir ki, bizdə ideoloji mübarizə yoxdur. Bizdə sadəcə tarixdən, keçmiş yoldan asılılıq prinsipi ilə müxaliflik var. “Azərbaycanda demək olar ki, bütün partiyaların nizamnaməsi eynidir. Dəfələrlə çağırış etmişik ki, ilk referendum keçirilsin. Bu, bir çox məsələlərin həlli üçün çox yaxşı olardı. Bu zaman keçici maddə ilə indiki parlamentin 5 illik müddətinin bitəcəyi tarixdə, yəni fevralın 9-da növbəti parlament seçkilərinin keçirilməsi mümkündür. Referendum olmayacaqsa, mütləq noyabr ayına qədər parlament seçkiləri keçirilməlidir” – Cəfərli deyib.

“Azərbaycanda seçkilərin keçirilməsi üçün 2 ay kifayət edir”.

Bu sözləri isə insan hüquqları fəalı, seçkilər və ictimai idarəetmə üzrə ekspert Anar Məmmədli saytımıza açıqlamasında bildirib.

Müsahibimiz qeyd edir ki, parlament seçkilərindən öncə referendum keçirilməsi ilə bağlı ideya varsa, may ayından gec olmayaraq, elan edilməlidir. Prinsipcə, 60 günlük müddət hər biri üçün kifayət edir. Amma referenduma daxil edilən məsələlər nə dərəcədə demokratik xarakter daşıyacaq və Konsitusiyanın demokratik qaydada dəyişməsini hədəf götürəcək, bunu bilmirik.

“Konstitusiyanın daha da demokrotikləşməsi, ona daha mütərəqqi müddəaların gətirilməsi kimi ideyalar olarsa, bu, siyasi proseslərə müsbət təsir göstərəcək. Amma əfsus ki, Azərbaycan hakimiyyəti öz planları barədə öncədən cəmiyyəti məlumatlandırmır. Həmçinin Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar bu prosesə cəlb olunmur. Çünki beynəlxalq təşkilatlarla münasibətlər son illərdə xeyli sərinləşib. Bunun da nümunəsi Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında təmsilçilik hüququndan məhrum olmasıdır”.

Anar Məmmədli deyir ki, referendumun keçirilməsi kimi siyasi bir prosesə başlamaq olar. Bu baş versə, Avropa ilə münasibətlər istiləşə, Avropa Şurası ilə Azərbaycan arasındakı böhran həllini tapa bilər. Referenduma çıxarılacaq müddəaları öncədən ictimaiyyətə təqdim etmək olar. Bununla bağlı Venesiya Komissiyasına ekspert rəyi üçün müraciət etmək olar. Eyni şəkildə, Avropa Şurası Parlament Assambleyasını monitorinqə dəvət etmək olar. Belə bir proses baş verərsə, bu həm daxili-siyasi münasibətlərə, həm də Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyinə müsbət təsir göstərə bilər. Bundan sonrakı müddətdə isə Konstitusiyanın tələb etdiyi qaydada parlament seçkilərini keçirmək olar.

“Referendumun keçirilməsi ilə bağlı şayiələr dolaşır, amma informasiya qıtlığı da var və konkret bir ehtimal irəli sürmək olmur. Mən öz təxminimi deyim ki, referenduma parlament seçkilərinin keçirilməsi ilə bağlı müddəalar daxil edilərsə, parlament seçkilərinin bu il yox, gələn il keçirilməsi mümkün ola bilər. Əksinə olsa, noyabr ayına qədər parlament seçkiləri keçiriləcək. Çünki qarşımızda xeyli müddət var. Tarix imkan verir ki, seçkilər ard-arda keçirilsin”.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AMB uçot dərəcəsini niyə azaltdı? - Deputat açıqladı
Bu gün, 13:02
Azadlığa buraxılan idmançı nə üçün yenidən həbs olundu? - DETALLAR
Bu gün, 12:59
"Mövcudluğumuz Azərbaycan masasına qoyulub" - Meloyan
Bu gün, 12:57
Görüş üçün niyə Qazaxıstan seçildi? - ŞƏRH
Bu gün, 12:54
Paşinyan Kremli qəzəbləndirib: - "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 12:53
Sərxoş kişi müğənniyə pul uzatdı və... - VİDEO
Bu gün, 12:48
İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 12:45
Azərbaycanlı deputatlardan Şvabeyə ağır ittiham - O, siyasi terrorçudur
Bu gün, 12:38
Azərbaycanlı milyarderin Bakıdakı ofisi təmir olunacaq
Bu gün, 12:35
"Azsığorta" ASC "Eurohome" MMC-ni məhkəməyə verib
Bu gün, 12:34
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək - Belə deyirlər...
Bu gün, 12:33
Ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi etdi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:32
“Xəzər İnşaat Şirkəti” və “Sabah Residence” - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 12:29
Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda şübhəli bilinən MƏMUR OĞLU həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:26
MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq
Bu gün, 12:23
Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO
Bu gün, 12:22
“Nə sözü sözdür, nə musiqisi musiqi, di gəl ki…” - ETİRAZ
Bu gün, 12:18
Ermənistanda hərbi qiyam BAŞLAYIR - Hansı nəticələr GÖZLƏYİR?
Bu gün, 12:11
İcra başçıları ilə bağlı ÖNƏMLİ MƏLUMAT - Bu illik...
Bu gün, 12:08
272 min manat mənimsəməkdə ittiham olunan Sümbülə Əliyevanın məhkəməsi – ŞAHİDLƏR DİNDİLƏCƏK
Bu gün, 12:06
Taleh Kazımov "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirib
Bu gün, 12:04
Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Bu gün, 12:01
“Fars dili öyrədilən kurslar xomeyniçiliyi yayır” - HƏYƏCAN TƏBİLİ!!!
Bu gün, 12:00
HİT.az saytı 4 YAŞINDA...
Bu gün, 11:57
Ermənistanda etirazları sarkisyanlar, koçaryanlar körükləyir - ŞƏRH
Bu gün, 11:47
Erməni kilsəsi Paşinyana qarşı aktivləşir: - II Qaregin I Aramla danışdı
Bu gün, 11:44
Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!
Bu gün, 11:43
İsrail “Patriot” sistemi ilə vidalaşır
Bu gün, 11:41
BDU-nun rektorundan "Azpetrol"la 100 minlik MÜQAVİLƏ
Bu gün, 11:20
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 11:19
LAF TV ələ keçirildi - "Bütün qurumlara müraciət etmişik"
Bu gün, 11:18
Arağın istehsalı ilə bağlı keyfiyyət qaldırılmalıdır - deputat
Bu gün, 11:15
MTN-in tutduğu narkobaron HƏBSDƏ ÖLDÜ
Bu gün, 11:14
Maşınlarını satsalar da, əməliyyat pulunu toplaya bilməyiblər: - Samirənin dəstəyə ehtiyacı var
Bu gün, 11:13
Etibar Məmmədov da sədrliyə qayıdır? - GƏLİŞMƏ
Bu gün, 11:10
Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ... - "Bu adam ən böyük sehrbazdır..."
Bu gün, 11:07
"Gizli saxlamaq istəyirdim, amma kimsə bilib, mətbuata ötürüb" - Əməkdar artist
Bu gün, 10:52
“Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT
Bu gün, 10:44
Sübhi Kazımov işdən çıxarıldı - ƏMR
Bu gün, 10:41
"Bütün sosial şəbəkələrdə sizi biabır edəcəm..." - ETİRAZ VAR...
Bu gün, 10:37
Fransa bu ölkə ilə hərbi əməkdaşlığa niyə üstünlük verir? - AKTUAL
Bu gün, 10:32
"İşləyən ermənilər belə yoxsulluq həddinin altındadır" - Paşinyan gileyləndi
Bu gün, 10:31
Tehranda Bakı “həyəcanı”: Ermənistanın cənubu qoparılır - İran mediası
Bu gün, 10:29
Xankəndidə silah-sursat aşkarlanıb
Bu gün, 10:10
`Kapitalbank` və ABB vətəndaşların əmanətini qoruya bilmir - FAKT BUDUR!
Bu gün, 10:09
Azərbaycan Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini endirib - QƏRAR
Bu gün, 10:02
“Kontakt Home” müştərisi ilə DAVAYA QALXDI... - İş məhkəmədədir...
Bu gün, 10:01
Prezident bir qrup rektoru təltif etdi - FOTO
Bu gün, 09:51
Bu, yalnız işçiyə məxsus bir hüquqdur - Ekspert danışır...
Bu gün, 09:45
"Fransa gəlib bizi qorumayacaq, İran isə dostumuz olsa da, çox, zəifdir" - Davit Stepanyan
Bu gün, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru