"Azərbaycan müstəqil siyasət aparır, .....                     “Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... .....                     “Qayıdış”ımız Ermənistanda xof yaratdı .....                     "Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." .....                     Dövlət agentliyi ofis icarəyə götürdü .....                     Yekun sülh sazişi bu halda imzalanacaq: .....                     “Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” .....                     Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... .....                     Ermənistan hansı halda .....                     Mülayim cənub küləyi əsəcək .....                     Təlxəklərin qurbanı olan Ermənistan... .....                     "Super Servis" Xüsusi Firması .....                     Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: .....                     Səfirimiz Tehrana qayıdacaqmı? .....                     “Bir ordu qədər insan sayəmdə pul qazanır” .....                     Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər .....                     Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı .....                     İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi .....                     Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                     "Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu .....                     «Şərqi Zəngəzur»da tenderləri kimlər udur? .....                     Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                     Azərbaycan üçün kritik tarix .....                     SDU-nun rektor müşaviri o oldu .....                     Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır .....                     İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... .....                     “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi .....                     Yevlaxın YARITMAZ BAŞÇISI... .....                     "Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" .....                     Xankəndidə silah və sursatlar aşkarlanıb .....                     Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət .....                     Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb .....                     “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” .....                     Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? .....                     Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı .....                 

Konstitusiya Məhkəməsi səlahiyyələrini niyə aşır? - BU DA FAKT!!!
Tarix: 28-03-2024, 09:31 | Çap et
Konstitusiya Məhkəməsi səlahiyyələrini niyə aşır?
"Ötən il ictimaiyyətin gözündən yayınan, lakin hüquqşünaslar arasında müzakirə olunan bir hadisə baş vermişdi. Konstitusiya Məhkəməsinin səlahiyyətləri məhdudlaşdırılmışdı. Belə ki, 25 iyul 2023-cü il tarixdən Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarı üzrə şikayətə yalnız o halda baxa bilir ki, həmin qərarın özü qanunsuz (məsələn, Konstitusiyaya zidd) qanuna əsaslanır. Ona qədər isə faktiki olaraq Konstitusiya Məhkəməsi Ali Məhkəmənin istənilən qərarı üzrə şikayətə baxıb onu ləğv edə bilirdi". Dia-az.info bildirir ki, bunu öz açıqlamasında tanınmış vəkil Əkrəm Həsənov qeyd edib.
"Bir növ, Konstitusiya Məhkəməsi sonuncu instansiya məhkəməsinə çevrilmişdi və istədiyini edə bilirdi" dey iradını bildirən hüquqşünas daha sonra əlavə edib: "Bəzi hallarda həqiqətən də Ali Məhkəmənin əsassız qərarlarını ləğv edirdi. Bəzən isə əksinə əsaslı qərarları ləğv edirdi. Bunun səbəbləri barədə azərbaycansayağı müxtəlif şaiyələr də gəzirdi. İş o yerə çatmışdı ki, Konstitusiya Məhkəməsi hətta illər əvvəl qəbul edilmiş və barəsində şikayət müddəti bitmiş qərarları da ləğv etməyə başlamışdı. Bir sözlə, məhkəmə qərarlarının sabitliyi üçün əsas təhlükə mənbəyinə Konstitusiya Məhkəməsi özü çevrilmişdi.
Məhz buna görə də ötən il Ali Məhkəməyə yeni sədr təyin olunandan sonra məhkəmə sistemindəki anormal vəziyyətə son qoyuldu. Səlahiyyətlər dəqiq bölüşdürüldü. Ali Məhkəmə sistemin əsas fiquru oldu (o cümlədən Ədliyyə nazirliyinə münasibətdə də), Konstitusiya Məhkəməsinin səlahiyyəti isə sırf qanunlara şərh vermək və Konstitusiyaya uyğunluğunu yoxlamaqdan ibarət oldu. Elə bildik ki, bununla da məsələ bitdi (buna görə də məsələni açıb ağartmadıq, necə deyərlər, yıxılanı baltalamadıq). Lakin elə ötən ilin sonunda Konstitsuiya Məhkəməsinin qəbul etdiyi son iki qərar göstərdi ki, özbaşınalıq davam edir. Həmin qərarlar barədə aşağıda çox qısaca (hamının başa düşməsi üçün) məlumat verirəm.
1. 26 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarla Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrini qüvvədən düşmüş hesab edərək vərəsəlik institutunu alt-üst edib.
İndiyədək Azərbaycanda vərəsə mirası 3 ay ərzində qəbul edə bilərdi. Bu müddət 6 ayadək uzadıla bilərdi. Üzrlü səbəblər olduqda isə məhkəmə müddəti daha da uzada bilirdi. Yəni hər bir halda mirası qəbul etmək üçün müddət tələbi var idi.
Konstitusiya Məhkəməsi isə son Qərarında hesab edib ki, guya mirasın qəbulu üçün müddətin mövcudluğu mülkiyyət hüququnu pozur. Buna sübut kimi Türkiyə təcrübəsinə istinad edir. Həqiqətən də Türkiyənin hüquq sistemində yanaşma bu cürdür. Həmin mövqenin də kökü İsveçrə və daha da əvvəl Almaniya hüququna söykənir. Çünki həmin ölkələrdə vərəsə müəyyən müddətdə mirasdan imtina etmədiyi halda onu qəbul etmiş hesab olunur.
Lakin dünyada bu, yeganə yanaşma deyil. Belə ki, məsələn, Fransa və Rusiyada əks yanaşma mövcuddur: miras müəyyən müddətdə (Fransada 10 il, Rusiyada isə bizə bənzər) qəbul edilmədikdə, qəbul olunmamış hesab olunur. Eyni zamanda mirasdan əqd formasında imtina da mümkündür.
Azərbaycanda da məhz bu model (Fransa-Rusiya modeli) qəbul olunub. Tam qüsursuz qəbul edilməyib əlbəttə. Konstitusiya Məhkəməsi də indiyədək qəbul etdiyi qərarlarında bu qüsurları (boşluqlar, ziddiyyətlər və s.) aradan qaldırmaqla məşğul olub. Amma son Qərarında Konstitusiya Məhkəməsi modelin özünü dəyişib. Bununla da qanunvericinin səlahiyyətlərinə müdaxilə edib. Konstitusiya Məhkəməsi hüquq norması yaratmamalıdır, onları şərh etməlidir.
Faciə həm də ondadır ki, Qərarla mövcud olmuş model məhv edilsə də, ondan irəli gələn bir sıra müddəalar (məsələn, irsi transmissiya institutu) qüvvədə qalıb. Nəticədə Konstitusiya Məhkəməsi qaş düzəltdiyi yerdə vurub göz çıxarıb. Xeyli problem və sual yaranıb. Məsələn, miras qoyanın bütün vərəsələrinin dairəsini kim müəyyən etməlidir ki, miras düzgün bölüşdürülsün? Bunu notarius edəcək? Necə? Hansı müddət ərzində? Hansı normalara əsaslanacaq? Vərəsələri müəyyən edənədək miras əmlakın taleyi (saxlanması, idarə olunması) necə olacaq? Bir sıra əmlak illərlə yiyəsiz qalsa, necə olacaq? Yaxud da əmlaka faktiki bir vərəsə sahib çıxsa, digəri isə onun saxlanması və idarə olunması üçün tədbir görməsə, nə baş verəcək?
Bu kimi suallar çoxdur. Böyük ehtimalla təcrübədə bundan sonra daha çox sual və probem yaranacaq. Çünki model dəyişkliyi bir normanın ləğvindən ibarət ola bilməz, əks halda, xeyli boşluq yaranacaq və yarandı da. Buna sistemli yanaşmaq lazım idi. Almaniya-İsveçrə-Türkiyə modelinin bir normasını qəbul edərək, Məcəllədə Fransa-Rusiya modelinə xas olan digər normaları saxlamaq olmaz. Bu da həmçinin ona dəlalət edir ki, Konstitusiya Məhkəməsi qanunvericinin səlahiyyətini mənimsəyib və xaos yaradıb.
Maraqlısı həm də odur ki, Konstitusiya Məhkəməsi indiyədək vərəsəlikdə müddətin qəbulu ilə bağlı tam fərqli qərarlar qəbul edib. Məsələn, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il Qərarında əks mövqe təsbit olunub: “Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir”.
Yeni Qərar isə həmçinin belə əsaslandırılır: “Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin.”
24 ildir ki, Azərbaycanda hər bir hüquqşünas bilir ki, mirasın qəbulu müddəti mövcuddur. Burada qeyri-müəyyən, proqnozlaşdırıla bilməyən heç nə yoxdur. İndiyədək bütün məhkəmə aktları, o cümlədən Konstitusiya Məhkəməsinin qərarları da bu modeli rəhbər tutub. Son Qərarın özündə də vurğulanır ki, baxılmış iş üzrə “İddiaçı tələbini belə əsaslandırmışdır ki, anasının dəfn mərasiminin təşkilində iştirak etməklə mirası qəbul etdiyini nümayiş etdirmiş, bu səbəbdən miras əmlakda məcburi payı olsa da, cavabdeh miras qalmış əmlakın bölünməsindən imtina etmişdir.”
Yəni hətta Qərarın aid olduğu işdə də vətəndaş (iddiaçı) mirasın qəbul müddətini bilmədiyini, yaxud da həmin müddətin mövcudluğunun ədalətsiz, qanunsuz və s. olduğunu iddia etmir. Sadəcə deyir ki, guya müddət tələbinə riayət edib.
Ümumiyyətlə, indiyədək mövcud olmuş modelin yanlış olması haqda heç bir elmi araşdırma, ictimai müzakirələr və s. olmayıb. Bəzən sadəcə vurğulanıb ki, 3 və 6 aylıq müddət çox qısadır, milli mentalitetə uyğun deyil və s., buna görə də onu uzatmaq lazımdır. Bu da yalnız Mülki Məcəllənin təkmilləşdirilməsi əsnasında mümkün ola bilərdi.
Buna görə də, əksinə, Qərardakı mövqe vərəsəlik üzrə normaları qeyri-proqnozlaşdırılan etdi. Həmçinin ona görə ki, Qərarda deyilir ki, “bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.”
Bu yanaşmanın özü ziddiyyətlidir. Bir tərəfdən, “Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağı” və “mülki dövriyyənin sabitliyinin təmin olunması”nın vacibliyi vurğulanır. Buna görə də qeyd olunur ki “Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır”. Digər tərəfdən isə deyilir ki, Qərar “qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır”. Niyə? Məgər həmin mübahisələrin tərəfləri üçün bu Qərardakı mövqe proqnozlaşdırıla biləndir? Əlbəttə ki, yox. Həmin mübahisə tərəfləri üçün də bu mövqe gözlənilməzdir. Çünki heç kəs mirasın qəbul müddətinin mövcudluğunu mübahisələndirməyib.
Bir sözlə, Qərar qanunsuz, habelə hüquq elminə və sağlam məntiqə zidd olaraq vərəsəlik hüququnu alt-üst edib. Konstitusiya Məhkəməsi isə qanunvericilik hakimiyyətini mənimsəyib.
2. 28 dekabr 2023-cü il tarixli “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarla Ali Məhkəmənin qərarını ləğv edərək Konstitusiya Məhkəməsi faktiki olaraq daşınar əşyaların bağışlanması müqaviləsi üçün yazılı formanın mütləq olması tələbini müəyyən edib. Halbuki, Mülki Məcəlləyə görə şifahi forma da kifayət edir. Axı kim daşınmaz əşya (məsələn, saat, telefon və s.) hədiyyəsini yazılı müqavilə ilə rəsmiləşdirir?
İşin qısaca mahiyyəti belədir. Boşanmadan sonra arvad məhkəməyə müraciət edərək birgə nikah dövründə alınmış mənzilin bölünməsini tələb edib. Ər bildirib ki, mənzil anasının pul hədiyyəsi hesabına alınıb və arvadın orada payı yoxdur. Məhkəmələr (Ali Məhkəmə daxil) də kişinin tərəfini tutub. Mövqe əlbəttə ki, səhvdir. Çünki kişi mənzilin məhz anasının verdiyi pul hesabına alındığını sübut edə bilməyib. Bununla belə, yuxarıda qeyd etdiyim kimi, ötən ilin 25 iyulundan etibarən Ali Məhkəmənin belə (qanunu düzgün tətbiq etməyən) qərarlarından konstitusiya şikayəti vermək mümkün deyil.
Bununla belə, qadın şikayət verib və Konstitusiya Məhkəməsi də əcaib mövqe sərgiləyib: guya bağışlanma müqaviləsinin yazılı formasına dair tələbin olmaması Konstitusiyanın mülkiyyət hüququna dair 29-cu maddəsinə ziddir. Halbuki, həmin maddədə əqdlərin formasına dair heç nə deyilmir. Beləliklə, Konstitusiya Məhkəməsi özbaşınalıq edərək qanunvericilik səlahiyyətini mənimsəyib və ailə münasibətləri müstəvisində daşınar əşyaların bağışlanması müqaviləsinə dair yazılı forma tələbi təsbit edib. Bunu yalnız qanun edə bilər! Konstitusiya Məhkəməsi yox!
Bəli, Konstitusiya Məhkəməsi deyə bilər ki, səlahiyyətini aşmaqda məramı Ali Məhkəmənin ədalətsiz qərarını dəyişmək olub. Lakin ədalətsizliyi daha böyük ədalətsizliklə dəf etmək olmaz! Söhbət sadəcə Konstitusiya Məhkəməsi tərəfindən qanunvericilik səlahiyyətlərinin mənimsənilməsindən getmir. Problem həm də odur ki, bir daha hüquq sisteminin institutları alt-üst edilib. Özü də bu Qərarlar Məhkəmə yalnız bir qadına kömək etmiş oldu. Çünki keçmiş əri anası ilə bağışlanma müqaviləsini yazılı formada bağlamamışdı. Bundan sonra arvadının payını vermək istəməyən ərlər anaları ilə yazılı müqavilə də bağlayar, vəssalam!
Lakin ən böyük problem odur ki, bu Qərarı ilə Konstitusiya Məhkəməsi göstərdi ki, səlahiyyətlərinin məhdudlaşdırılması ilə razı deyil və Ali Məhkəmənin qərarlarını ləğb etmək üçün qanunları istədiyi kimi, o cümlədən tam əsassız və zərərli şəkildə şərh etməyə də hazırdır. Onsuz da bərbad olan hüquq sistemizi daha da pis günə qoymaq bahasına və qanunvericilik səlahiyyətlərini aşkar mənimsəmək yolu ilə. Bu isə artıq ciddi qanun pozuntusudur və istisna deyil ki, qeyri-sağlam maraqlardan irəli gəlir. Bir sözlə, nə qədər qeyri-adi səslənsə də, Konstitusiya Məhkəməsi ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır...
Bütövlükdə isə Ali Məhkəmənin və Ədliyyə naziriliyinin rəhbəri dəyişəndən sonra məhkəmə-hüquq islahatlarının ahəngliyi üçün Konstitusiya Məhkəməsində də kadr dəyişiklikləri labüddür. Məndən olsaydı, orada Rövşən İsmayılovdan başqa heç bir hakimi saxlamazdım..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan müstəqil siyasət aparır, Qərbin xidmətinə ehtiyacı yoxdur"
Bu gün, 14:26
“Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... - nə etmək lazımdır?
Bu gün, 14:17
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
Bu gün, 14:02
"Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." - AKTUAL
Bu gün, 14:00
Dövlət agentliyi ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 13:56
Yekun sülh sazişi bu halda imzalanacaq: - Bakıdan vacib şərt
Bu gün, 13:01
“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” - KİV
Bu gün, 12:40
Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... -ŞƏRH
Bu gün, 12:32
Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər?
Bu gün, 12:08
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:02
Təlxəklərin qurbanı olan Ermənistan... - yuxudan ayıla biləcək?
Bu gün, 12:00
"Super Servis" Xüsusi Firması - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 11:53
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: - “Son arzusunu yerinə yetirmədilər”
Bu gün, 11:51
Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
Bu gün, 11:46
“Bir ordu qədər insan sayəmdə pul qazanır” - Fatimə Fətəliyeva
Bu gün, 11:40
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
Bu gün, 11:25
Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı
Bu gün, 11:15
İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi - Bakıdan reaksiya
Bu gün, 11:13
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
Bu gün, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
Bu gün, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
Bu gün, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
Bu gün, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
Bu gün, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
Bu gün, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
Bu gün, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
Bu gün, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
Bu gün, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
Bu gün, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
Bu gün, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
Bu gün, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
Bu gün, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Bu gün, 09:57
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" - deputat
Bu gün, 09:53
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bu gün, 09:45
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
Bu gün, 09:44
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:39
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - MƏQALƏ
Bu gün, 09:35
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? - VİDEO
Bu gün, 09:31
Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı – Kritik gəlişmə
Bu gün, 09:30
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... - FOTO
Bu gün, 09:27
Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. - VİDEO
Bu gün, 09:25
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. - "Dialoq" nəşri
Bu gün, 09:24
Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:22
Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? - ŞƏRH
Bu gün, 09:16
"Tələbə Baş nazir də gördük..." - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 09:13
"Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" - deputat
Bu gün, 09:10
Tanınmış hakimə ağır itki üz verib
Bu gün, 09:09
"Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." - Ekspert danışır...
Bu gün, 09:05
Xalq artistinin qızının firması məhkəməyə verildi
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru