Xankəndidə silah-sursat aşkarlanıb
Tarix: 28-03-2024, 10:17 |
Çap et
Ötən gün Xankəndi şəhərində silah-sursat aşkarlanıb.
Dia-az.info xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.