"Azərbaycan müstəqil siyasət aparır, .....                     “Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... .....                     “Qayıdış”ımız Ermənistanda xof yaratdı .....                     "Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." .....                     Dövlət agentliyi ofis icarəyə götürdü .....                     Yekun sülh sazişi bu halda imzalanacaq: .....                     “Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” .....                     Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... .....                     Ermənistan hansı halda .....                     Mülayim cənub küləyi əsəcək .....                     Təlxəklərin qurbanı olan Ermənistan... .....                     "Super Servis" Xüsusi Firması .....                     Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: .....                     Səfirimiz Tehrana qayıdacaqmı? .....                     “Bir ordu qədər insan sayəmdə pul qazanır” .....                     Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər .....                     Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı .....                     İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi .....                     Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                     "Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu .....                     «Şərqi Zəngəzur»da tenderləri kimlər udur? .....                     Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                     Azərbaycan üçün kritik tarix .....                     SDU-nun rektor müşaviri o oldu .....                     Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır .....                     İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... .....                     “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi .....                     Yevlaxın YARITMAZ BAŞÇISI... .....                     "Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" .....                     Xankəndidə silah və sursatlar aşkarlanıb .....                     Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət .....                     Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb .....                     “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” .....                     Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? .....                     Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı .....                 

Kənd əhalisi sürətlə şəhərə axın edir: - Qarşısı necə alınmalıdır?
Tarix: 28-03-2024, 13:15 | Çap et
Kənd əhalisi sürətlə şəhərə axın edir:
Pərviz Heydərov - OXU.AZ


Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı şəkildə inkişafı əhalinin sosial rifah halının normal təmini üçün əsas şərtdir. Bu, iqtisadi siyasəti sosialyönümlü xarakter daşıyan bütün ölkələr üçün diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Məlumat üçün qeyd edim ki, ötən il ölkəmizin əhalisinin sayı 53 min 625 nəfər və ya 0,5% artaraq bu ilin yanvarın əvvəlinə 10 milyon 180 min 770 nəfər olub. Bunun 54,5%-ni şəhərdə, 45,5%-ni isə kənddə yaşayanlar təşkil edib.

Göründüyü kimi şəhər əhalisi üstünlük təşkil edir. Ümumiyyətlə, əvvəldən də şəhərdə yaşayanlarımızın sayı çoxluq təşkil edib. Bu da təbiidir. Ona görə ki, şəhərdə olan şərait və imkanlar potensialı bölgələrdə yoxdur və ola da bilməz. Şəhər, məhz ona görə kənddən və rayondan seçilir ki, iş yeri tapmaq, təhsil almaq, səhiyyə xidmətindən istifadə etmək və sair baxımından, üstün mövqeyə sahibdir. Bu, dünyanın hər yerində belədir.

Lakin, şəhəri “qidalandıran” və “yaşadan” isə bölgələr, kəndlərdir. Şəhərin inkişafı rayonlarda və kəndlərdə yaşayış imkanlarını genişləndirməli, durmadan yaxşılaşdırmalıdır. Əks təqdirdə, şəhərlərin özünün inkişafı mümkün deyil.

Ümumiyyətlə, urbanizasiya müəyyən aspektdə keyfiyyət göstəricisi olsa da, onun çərçivədən kənara çıxması heç bir yerdə müsbət hal sayılmır. Ölkəmizdə hələ sovet dövründə də urbanizasiya yüksək idi, müstəqillik əldə etdikdən sonra isə həm iqtisadi və sosial amillər nöqteyi-nəzərindən, həm də müharibə səbəbindən bu, daha ifrat səviyyəyə çatdı. Yəni ki, bu, qaçılmaz bir proses sayıldı. Üstəgəl, müharibə amili də buna əlavə təkan verdi.

Ancaq dövlətimiz və hökumətimiz son 20 ilin ərzində sözügedən prosesin qarşısını almaqdan ötrü çox işlər görüb və böyük addımlar atıb. Hazırda da bu istiqamətdə müsbət işlər görülür. Regionların və bölgələrimizin inkişafı ilə bağlı ayrıca Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) qəbul edilib, ən müasir infrastrukturun yaranması üçün çoxlu vəsaitlər xərclənib, hətta ən ucqar bölgəmizdə belə abadlıq məsələlərinə ciddi diqqət yetirilir.

Nəticədə sovet dövrü ilə müqayisədə kənd və rayon yerlərimizdə yaşayış imkanları və sosial-iqtisadi şərait demək olar ki, tam olaraq şəhər səviyyəsinə çatıb, ən ucqar kəndlərimiz belə, elektrik enerjisi ilə təmin edilib, təbii qazla da təchiz olunub.

Ümumiyyətlə, 2004-cü ildən bəri regionlarımızda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, potensial artıb, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb və əhalinin rifahının yüksəlməsi üçün geniş imkanlar yaranıb.

Bununla belə, yenə kənddən şəhərə axın var və bunu güclü axın da adlandıra bilərik. Hesab edirəm ki, bu axının əsas səbəblərindən biri məşğulluq problemi, keyfiyyətli təhsil əldə etmək, müvafiq səhiyyə xidmətlərindən yararlanmaqdır. Çünki müasir infrastrukturun yaradılması hər şeyi həll etmir. Müvafiq kadrlar da yetişməlidir. Ən böyük problemlərdən biri isə aqrar sahənin, kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin istənilən tələblərə uyğun gəlməməsindədir.

Məsələ bundadır ki, rayon və kənd sakinlərini yaşadıqları məkana torpaq amili bağlamalı olsa da, bizdə belə deyil. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq istəyən yoxdur. Bunun da ən başlıca səbəbləri subyektiv amillərdədir. Bura daxildir, bazarlara çıxış imkanlarının məhdud olması, inhisarçılıq və sair...

Aqrar sahənin il ərzində istehsal etdiyimiz ÜDM-də həcmi heç 10% təşkil etmir. Halbuki, ən azı 10%-dən yuxarı olmalıdır. Bölgələrimizdə aqrar məhsulların emalı üzrə fəaliyyət göstərən zavod və fabriklərimizin kənd təsərrüfatı məhsulları istehsalçıları və tədarükçüləri ilə birbaşa əlaqəsi yoxdur. O səbəbdən də, gənc işçi qüvvəsi günü 15-20 manata şəhərdə tikintidə işləməyə üz tutur. Bakı şəhərinə gələrək taksi fəaliyyəti göstərir və sair... Yəni, əkin-biçinə maraq qalmır.

Odur ki, əsas səbəbi aqrar sektorun inkişafında, torpağa bir istehsal vasitəsi kimi yanaşılmamaqda görmək lazımdır. Düzdür, regionlarda aqrar sahənin inkişafı üçün addımlar atılır, yeni-yeni sənaye məhəllələri, aqroparklar, emal müəssisələri yaradılır, sahibkarlığın inkişafına təkan verilir. Ancaq bunlar da kifayət etmir.

İşğaldan azad olunan ərazilərimizdə görülən işlər, məskunlaşma üçün müvafiq şəraitin yaranması məqsədilə həyata keçirilən tədbirlər bu baxımdan daha effektli hesab edilir. Və bu işlərin o biri bölgələrimizdə də urbanizasiya prosesinin geri dönüşlə əvəzlənməsinə səmərə verəcəyi aydın görünür.

Ümumiyyətlə, unutmaq lazım deyil ki, yüksək sosial rifah həmişə sənayedən çox məhz aqrar sahəyə, yəni torpağa bağlıdır. Torpağa maraq yaratmaq üçün isə iqtisadi baxımdan stimulverici şərait yaratmaqla yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə yüksək ixtisaslı və peşəkar kadrların həm də bölgələrdə də çalışmasına və onların çoxluq təşkil etməsinə nail olmaq lazımdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan müstəqil siyasət aparır, Qərbin xidmətinə ehtiyacı yoxdur"
Bu gün, 14:26
“Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... - nə etmək lazımdır?
Bu gün, 14:17
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
Bu gün, 14:02
"Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." - AKTUAL
Bu gün, 14:00
Dövlət agentliyi ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 13:56
Yekun sülh sazişi bu halda imzalanacaq: - Bakıdan vacib şərt
Bu gün, 13:01
“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” - KİV
Bu gün, 12:40
Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... -ŞƏRH
Bu gün, 12:32
Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər?
Bu gün, 12:08
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:02
Təlxəklərin qurbanı olan Ermənistan... - yuxudan ayıla biləcək?
Bu gün, 12:00
"Super Servis" Xüsusi Firması - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 11:53
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: - “Son arzusunu yerinə yetirmədilər”
Bu gün, 11:51
Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
Bu gün, 11:46
“Bir ordu qədər insan sayəmdə pul qazanır” - Fatimə Fətəliyeva
Bu gün, 11:40
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
Bu gün, 11:25
Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı
Bu gün, 11:15
İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi - Bakıdan reaksiya
Bu gün, 11:13
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
Bu gün, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
Bu gün, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
Bu gün, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
Bu gün, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
Bu gün, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
Bu gün, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
Bu gün, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
Bu gün, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
Bu gün, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
Bu gün, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
Bu gün, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
Bu gün, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
Bu gün, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Bu gün, 09:57
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" - deputat
Bu gün, 09:53
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bu gün, 09:45
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
Bu gün, 09:44
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:39
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - MƏQALƏ
Bu gün, 09:35
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? - VİDEO
Bu gün, 09:31
Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı – Kritik gəlişmə
Bu gün, 09:30
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... - FOTO
Bu gün, 09:27
Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. - VİDEO
Bu gün, 09:25
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. - "Dialoq" nəşri
Bu gün, 09:24
Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:22
Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? - ŞƏRH
Bu gün, 09:16
"Tələbə Baş nazir də gördük..." - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 09:13
"Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" - deputat
Bu gün, 09:10
Tanınmış hakimə ağır itki üz verib
Bu gün, 09:09
"Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." - Ekspert danışır...
Bu gün, 09:05
Xalq artistinin qızının firması məhkəməyə verildi
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru