Rusiya “mərmi aclığından” necə xilas oldu? .....                     “Ucar Tikinti Quraşdırma” QSC-də .....                     “Bakı Yastıq Zavodu” ASC-nin səhmdarları .....                     Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlanması... .....                     Rusiya “mərmi aclığından” necə xilas oldu? .....                     “Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edildi .....                     Ali Məhkəmənin hakimi intihar etdi .....                     "Azərbaycan müstəqil siyasət aparır, .....                     “Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... .....                     “Qayıdış”ımız Ermənistanda xof yaratdı .....                     "Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." .....                     Dövlət agentliyi ofis icarəyə götürdü .....                     Yekun sülh sazişi bu halda imzalanacaq: .....                     “Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” .....                     Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... .....                     Ermənistan hansı halda .....                     Mülayim cənub küləyi əsəcək .....                     Təlxəklərin qurbanı olan Ermənistan... .....                     "Super Servis" Xüsusi Firması .....                     Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: .....                     Səfirimiz Tehrana qayıdacaqmı? .....                     “Bir ordu qədər insan sayəmdə pul qazanır” .....                     Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər .....                     Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı .....                     İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi .....                     Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                     "Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu .....                     «Şərqi Zəngəzur»da tenderləri kimlər udur? .....                     Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                     Azərbaycan üçün kritik tarix .....                     SDU-nun rektor müşaviri o oldu .....                     Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır .....                     İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... .....                     “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi .....                     Yevlaxın YARITMAZ BAŞÇISI... .....                 

Makron Fransada yalnız erməni lobbisinin dəstəyinə möhtac qalıb - FAKT BUDUR!
Tarix: 29-03-2024, 08:36 | Çap et
Makron Fransada yalnız erməni lobbisinin dəstəyinə möhtac qalıb
Fransanın qərəzli mövqeyi başa çatmaq bilmir. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verib. Hətta müharibədən öncə həmsədrlik missiyasını icra edərkən belə Fransa daim qərəzli və ikiüzlü mövqe sərgiləyib, obyektiv yanaşma ortaya qoymayıb.

Təəssüf ki, özünü "demokratiyanın beşiyi" sayan bu ölkə və onun əksər təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. Fransanın nüfuzlu “Le Fiqaro” nəşrində Azərbaycana qarşı növbəti qərəzli məqalənin dərc olunması da Parisin erməni sevgisinin təzahürüdür. Məqalədə prezident Emmanuel Makronun yürütdüyü siyasətin uğursuzluğu, fəsadları tənqid atəşinə tutulsa da, Fransa hökumətinin Azərbaycana qarşı çirkin siyasəti də ortaya qoyulub.
Yelisey sarayının tezisləri ilə işləyən qəzet yazıb ki, Fransa rəhbəri Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş tutmayıb. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron “erməni məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyib. Özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb ki, erməni məsələsi fərqli platformalarda gündəmə gətirilsin. Ancaq Vatikandan istədiyi dəstəyi ala bilməyib. Məqalədə 19-20 sentyabr antiterror əməliyyatları "Azərbaycanın Qarabağa hücumu" kimi təqdim olunub və "120 min" erməninin "qədim dövrdən" etibarən yaşadığı ərazilərdən qovulduğu iddia edilib. Müəllifin yazısından o da məlum olub ki, separatizmin ləğvindən sonra Bakıya qarşı sanksiya tətbiq edilməməsi Parisi xeyli təəssüfləndirib. Məhz bundan sonra Fransa Azərbaycanı "təhdid" kimi görərək Ermənistanla dərhal hərbi əməkdaşlığıa başlayıb və Ermənistana silah-sursat ötürməyə qərar verib. "Le Fiqaro"dakı yazı bir məqamı da üzə çıxarıb. Bəlli olub ki, 2023-cü ilin yanvar ayında Yelisey sarayında separatçılar, bir qrup erməniyönümlü fəallar və jurnalistlər toplaşıblar. Onların arasında Paskal Brukner, Olivier Veber və futbolçu Yuri Djorkaeff də olub. Yelisey sarayında separatçı ünsürlərə növbəti vədlər verilib, onlara hərtərəfli dəstəyin davam edəcəyi deyilib. Bununla yanaşı, Fransadakı erməni təşkilatlarını koordinasiya edən "CCAF"ın həmsədri Frenk Papaziyanın da Makrona təzyiq göstərdiyi məlum olub. Məqalədə qərəzli təhriflərə də yol verilib. Prezident İlham Əliyevin seçkilərdə guya "97 faiz səs qazanması" iddia olunub. Bu məqalə Fransa hakimiyyətinin və şəxsən prezident E.Makronun Azərbaycana qarşı son dərəcə qərəzli olmasını, düşmən münasibət bəsləməsini və ermənipərəstliyini açıq-aydın göstərir. Görünən odur ki, bu məlumatları sızdırmaqla Yelisey sarayı Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-nin, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir, çünki Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək məğlub istəmir. Bəli, Makron məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə olub.

Millət vəkili Elman Nəsirov "Sherg.az"a açıqlamasında deyib ki, Fransanın "Le Fiqaro" nəşrində dərc olunan məqalələr sifarişli, ünvanlı olur və konkret məqsəd güdür. Deputat diqqətə çatdırıb ki, "Le Fiqaro"da hansısa məqalə təsadüfən dərc olunmur:

"Azərbaycanla bağlı məqalə də hansısa jurnalistin şəxsi düşüncələrinin, mülahizələrinin, illuziyalarının ifadəsi deyil. Həmin yazı redaksiyanın, onun rəhbərliyinin, eyni zamanda hakimiyyətin birmənalı mövqeyini əks etdirir. Sözügedən məqalədə növbəti dəfə Fransa prezidenti E.Makronun erməni sevgisini, onun motivlərini gördük. Sanki ermənilər və fransızlar etnik qohumdurlar. Yəni Makron hakimiyyəti erməni sevgisini o dərəcədə izhar edir. Makron 7-ci ildir ki, hakimiyyətdədir və hələ 3 il də öz postunda qalacaq. Yəqin, onun fərqindədir ki, nüfuzu, reytinqi son dərəcə aşağı düşüb. Bu da onun yeritdiyi yanlış siyasətlə bağlıdır. Hətta bu ilin iyun ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə Makronun partiyasının Marine Le Penin partiyasına uduzacağı da ehtimallar arasındadır. Əgər indiki vaxtda seçki keçirilsəydi, Le Pen Makronun koalisyon hökumətini də məğlub edərdi. Ölkə daxilində Makrona qarşı çox ciddi müxalifət formalaşıb. Makron xarici siyasətdə avantüralar vasitəsi ilə zəifləmiş nüfuzunu qoruyub saxlamağa çalışır. Mövcud beynəlxalq situasiyadan öz mənafeyi üçün istifadə etmək istəyir. Məsələ ondadır ki, ABŞ-nin başı həm daxili işlərə, prezident seçkisinə, həm də Ukrayna məsələsinə qarışıb. Əgər seçkidə Donald Tramp qalib gələrsə, ümumiyyətlə Avropa Birliyi və NATO məsələləri ikinci plana keçəcək. Almaniya kansleri Olaf Şolts bu məsələlərdə gözləmə mövqeyindədir, passiv davranır və liderlik iddiasını ortaya qoymur. Makron bu vəziyyətdən də istifadə edir, avantürist bəyanatlar verir. Fransa qoşunlarının Ukrayna cəbhəsinə göndərilməsindən danışır. Azərbaycana qarşı nifrətini cürbəcür üsullarla ifadə edir".

Parlament üzvü vurğulayıb ki, hətta iş o yerə çatıb ki, Paris Azərbaycan xalqının 7 fevral tarixindəki seçiminə, cənab İlham Əliyevin növbəti dəfə yüksək səslə prezident seçilməsinə də burnunu soxur:

"Məqsəd bu məsələyə kölgə salmaqdır. Makronun hansı oyunları oynadığını çox yaxşı bilirik. Fərqindəyik ki, getdikcə nüfuzu azalan Makron Ermənistanın müdafiəsi istiqamətində populist bəyanatlar verir. Güclü erməni lobbisinin və diasporunun dəstəyini almağa çalışır. Fransız xalqı Makronu dəstəkləmir, onun prezidentliyini tənqid edir. Makron da erməni lobbisinin dəstəyindən istifadə edərək özünü gündəmdə saxlamağa səy göstərir. Əlbəttə, absurd bəyanlarla Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycanın qüdrətli lideri, güclü xalqı, qalib ordusu, səfərbər olmuş cəmiyyəti var. Ölkədə vətəndaş həmrəyliyi hökm sürür, xalq-hakimiyyət birliyi mövcuddur. Makronlar bu birliyi pozmaq iqtidarında deyil. Onlar ünvanı səhv salıblar".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya “mərmi aclığından” necə xilas oldu? - ARAŞDIRMA
Bu gün, 07:34
“Ucar Tikinti Quraşdırma” QSC-də QƏRAR VERİLƏCƏK
Bu gün, 00:05
“Bakı Yastıq Zavodu” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:02
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlanması... - ŞƏRH
Dünən, 17:42
Rusiya “mərmi aclığından” necə xilas oldu? - ARAŞDIRMA
Dünən, 17:39
“Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edildi
Dünən, 17:24
Ali Məhkəmənin hakimi intihar etdi - GƏLİŞMƏ
Dünən, 17:13
"Azərbaycan müstəqil siyasət aparır, Qərbin xidmətinə ehtiyacı yoxdur"
Dünən, 14:26
“Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... - nə etmək lazımdır?
Dünən, 14:17
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
Dünən, 14:02
"Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." - AKTUAL
Dünən, 14:00
Dövlət agentliyi ofis icarəyə götürdü - MƏBLƏĞ
Dünən, 13:56
Yekun sülh sazişi bu halda imzalanacaq: - Bakıdan vacib şərt
Dünən, 13:01
“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” - KİV
Dünən, 12:40
Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... -ŞƏRH
Dünən, 12:32
Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər?
Dünən, 12:08
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:02
Təlxəklərin qurbanı olan Ermənistan... - yuxudan ayıla biləcək?
Dünən, 12:00
"Super Servis" Xüsusi Firması - MƏHKƏMƏYƏ VERİLİB
Dünən, 11:53
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: - “Son arzusunu yerinə yetirmədilər”
Dünən, 11:51
Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
Dünən, 11:46
“Bir ordu qədər insan sayəmdə pul qazanır” - Fatimə Fətəliyeva
Dünən, 11:40
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
Dünən, 11:25
Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı
Dünən, 11:15
İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi - Bakıdan reaksiya
Dünən, 11:13
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
Dünən, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
Dünən, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
Dünən, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
Dünən, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
Dünən, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
Dünən, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
Dünən, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
Dünən, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
Dünən, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
Dünən, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
Dünən, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
Dünən, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
Dünən, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Dünən, 09:57
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" - deputat
Dünən, 09:53
Xankəndidə silah və sursatlar aşkarlanıb
Dünən, 09:45
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
Dünən, 09:44
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:39
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - MƏQALƏ
Dünən, 09:35
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? - VİDEO
Dünən, 09:31
Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı – Kritik gəlişmə
Dünən, 09:30
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... - FOTO
Dünən, 09:27
Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. - VİDEO
Dünən, 09:25
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. - "Dialoq" nəşri
Dünən, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru