MİDA-nın vəzifəli şəxsi vəfat edib
Tarix: 29-03-2024, 08:49 |
Çap et
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi vəfat edib.
İqtisadiyyat.az xəbər verir ki, qurumun əməkdaşı Aydın Fətullayev dünyasını dəyişib.
O, MİDA-da Texniki nəzarət şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Mərhum A.Fətullayevin həyat yoldaşı Aynurə Fətullayeva isə hazırda Nazir Kabinetinin Aparatında işləyir.