102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır - Rusiya XİN-dən İDDİALI AÇIQLAMA
Tarix: 29-03-2024, 16:46 |
Çap et
Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda olması respublikanın suverenliyinin yeganə real təminatıdır.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi altında hazırlanan “Aİ ilə Ermənistan arasında münasibətlərin dərinləşməsi: Ermənistanda daha çox Avropa, Avropada daha çox Ermənistan” adlı hesabatı şərh edən bəyanatında bildirib.