"Azərbaycan müstəqil siyasət aparır, .....                     “Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... .....                     “Qayıdış”ımız Ermənistanda xof yaratdı .....                     "Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." .....                     Dövlət agentliyi ofis icarəyə götürdü .....                     Yekun sülh sazişi bu halda imzalanacaq: .....                     “Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” .....                     Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... .....                     Ermənistan hansı halda .....                     Mülayim cənub küləyi əsəcək .....                     Təlxəklərin qurbanı olan Ermənistan... .....                     "Super Servis" Xüsusi Firması .....                     Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: .....                     Səfirimiz Tehrana qayıdacaqmı? .....                     “Bir ordu qədər insan sayəmdə pul qazanır” .....                     Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər .....                     Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı .....                     İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi .....                     Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                     "Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu .....                     «Şərqi Zəngəzur»da tenderləri kimlər udur? .....                     Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                     Azərbaycan üçün kritik tarix .....                     SDU-nun rektor müşaviri o oldu .....                     Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır .....                     İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... .....                     “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi .....                     Yevlaxın YARITMAZ BAŞÇISI... .....                     "Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" .....                     Xankəndidə silah və sursatlar aşkarlanıb .....                     Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət .....                     Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb .....                     “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” .....                     Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? .....                     Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı .....                 

YENI QAYDALAR, YENI MƏHRUMİYYƏTLƏR... – Taksi xidməti ilə məşğul olanları nələr gözləyir?
Tarix: 29-03-2024, 17:16 | Çap et
YENI QAYDALAR, YENI MƏHRUMİYYƏTLƏR...
Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

Taksi xidməti üçün bundan sonra tətbiq ediləcək əsas qaydalar qısaca bunlardan ibarətdir:

- Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz;

- 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır;

- taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirilməlidir;

- avtomobilin boş və ya dolu olduğunu bildirmək üçün müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır;

- taksidə sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi vacibdir;

- taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz olmalıdır;

- gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal vacibdir;

- taksi minik avtomobilləri “ABS” əyləc sisteminə malik olmalıdlr;

- taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov yeni qaydalarda daha çox müzakirə olunan “1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır” tələbini belə izah edib: “Hazırda 14 yaşa qədər avtomobili olan və ondan taksi kimi istifadə edən vətəndaşlar bu fəaliyyəti davam etdirmək istəyirlərsə, maşınını yeni qaydalarda göstərilən digər tələblərə də uyğunlaşdırıb Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartnı ala bilər. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. Bundan sonra həmin avtomobillərin yaşı 15-ə çatana qədər ondan taksi kimi istifadə edə bilərlər. 8 və 15 il tələblərinin başqa bir incəliyi də var. Əgər vətəndaşın avtomobilinin yaşı 8-ə yaxındırsa, o buraxılış kartı aldıqdan sonra 15 ilə qədər (avtomobilin 15 yaşına qədər – red.) ondan istifadə edə biləcək”.

Yeni qaydalarda ancaq ağ və qırımızı rəngdə olan avtomobillərdən istifadə tələbinə hüquqşünas belə aydınlıq gətirib: “Rənglə bağlı bu tələb iyulun 1-dən sonra ölkəmizə gətiriləcək, yaxud burada istehsal olunacaq taksilərə aiddir. Bu o deməkdir ki, kiminsə əlində başqa rəngdə taksi kimi istifadə etdiyi avtomobil varsa, yaxud iyulun 1-ə qədər başqa rəngdə maşını gətirib taksi kimi istifadə edəcəksə, həmin avtomobillər yeni qaydalardakı digər tələblərə də cavab verərsə, elə olduğu rəngdə ondan taksi kimi istifadə etməkdə davam edəcəklər”.

Hökumətin taksi xidmətində yeni qayda-qanun yaradacağı ötən ildən məlum olsa da, Naizrlər Kabineti bununla bağlı ictimai müzakirələr keçirməyib. Nə vətəndaş cəmiyyəti institutları, nə parlament, nə də media prosesdə iştirak etməyib. Baxmayaraq ki, qaydalar on minlərlə vətəndaşın peşəsinə, güzəranına təsir edir, eləcə də əksər əhali qurupları ondan təsirlənəcək.

Ərşad Hüseynovun izahatından məlum olur ki, bundan sonra yaşı 15-dən artıq olan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olanlar çətin seçim qarşısında qalacaq: ya bu sektoru tərk etməli, ya da təzə avtomobil alıb, onu yeni tələblərə uyğunlaşdırıb peşəsinə davam etməlidirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda avtomobil parkının 80 faizinin yaşı 15 il və daha artıqdır. Ötən ilə ölkəyə idxal olunan 90 mindən artıq maşının cəmi 12 mini elektrik və hibrid olub.Yaşlarına gəlincə 60 faizdən artığı 8-15 il əvvəlin istehsalı olub. Statistikadan belə məlum olur ki, taksi sistemindəki maşınların əksəriyyəti yeni qaydalara uyğun gəlmir. Bu da avtomobil bazarında xaosa səbəb ola bilər. Şübhə yoxdur ki, “qoca” maşınların dəyəri kəskin ucuzlaşacaq, yenilərin, xüsusən də ağ və qırımızı rəngli avtomobillərin dəyəri bahalaşacaq. Nəticədə vətəndaşların əmlakının dəyərsizləşməsi ilə yanaşı onların yeni maşınlar almaq imkanları azalacaq.

Bu sektorda xeyli sayda sahibkar da fəaliyyət göstərir. Belə ki, onlar xaricdən taksi xidməti üçün əlverişli olan “Prius” modelli avtomobillər gətirərək onu kirayə verib pul qazanırlar. Son illərdə populyarlıq qazanan bu biznes iş adamlarına babat gəlir gətirib. Belə məlum olur ki, yeni qaydalar onları da toxunacaq. Köhnə maşınları olan sahibkarlar ciddi ziayan düşəcək, imkanlı iş adamlarının mövqeləri isə möhkəmlənəcək.

Taksi xidmətinin bir qrup imkanlı iş adamının və ya oliqarxın əlində cəmləşməsi isə bu xidmətin də inhisarlaşmasına gətirib çıxara bilər.

Bir məqamı da qeyd edək ki, sərəncamında 15 yaşa qədər avtomobil olanların yeni qaydalara “uyğunlaşması” kifayət qədər xərc tələb edir. Yuxarıda taksilərdə hansı yeni cihazların quraşdırılması tələbi barədə ətraflı məlumat verilib. Şübhəsiz ki, onların hamısı taksi sürücüsünün öz büdcəsi hesabına təmin olunmalıdır.

Məlumdur ki, ölkədə fəaliyyət göstərən “Bolt”, “Uber” və s. kimi xarici şirkətlərə on minlərlə insan qoşulub və onlar bazarda hökmran mövqeyə malikdirlər. Nazirlər Kabinetinin yeni qayadlarına bu şirkətlər də əməl etməyə məcburdur. Yəni sistemdəki maşınlar saf-çürük ediləcək, tələblərə uyğun olmayanlara kənarlaşdırılacaq. Yəni bundan sonra vətəndaşın öz maşını adıçəkilən şirkətlərdə qeydiyyatdan keçib taksi xidməti ilə məşğul olması çətinləşəcək. Müraciət edənlərin maşınları göstərilən qaydalara uyğun olmalıdır.

Şübhəsiz ki, Nazirlər Kabinetinin yeni qaydaları taksi xidmətində qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Bir məqamı da nəzərə alaq ki, avtomobillərin “Avro 5” standartlarına cavab verməsi tələb olunur. Bu da həmin tələblərə uyğun olmayan xeyli sayda avtomobilin taksi fəaliyyətinə son qoyulması deməkdir.

Eyni zamanda 8 ildən “cavan” olan avtomobillərin bir çoxu isə “Aİ-92”, deyil, daha yüksək oktanlı benzinlə çalışır ki, bu da ucuz taksi dövrünün qapanacağından xəbər verir.

Məsələnin sosial tərəflərinə gəlincə, qeyri-rərsmi məlumatlara görə bu sektorda 100 minə yaxın vətəndaş çalışır. Bu, təxminən elə o sayda ailə deməkdir. Azərbaycanda taksi sürüb pul qazanmaq həm də əli hər yerdən üzülən insanların sonuncu ümid yeridir. Təsadüfi deyil ki, bu sahədə olanların əksəriyyəti başqa sektorlarda işlərini itirənlər və ya ümumiyyətlə iş tapa bilməyənlərdir. Bu səbəbdən rayonlardan Bakının taksi bazarına böyük axın var. Yeni qaydalar onların böyük bir hissəsinin gəlirdən məhrum olması deməkdir. Maraqlıdır, Nazirlər Kabineti bu sektorda işini itirənlər üçün nə isə fikirləşibmi? Yoxsa yenə də vətəndaşlar taleyin ümidinə buraxılıb?…

“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan müstəqil siyasət aparır, Qərbin xidmətinə ehtiyacı yoxdur"
Bu gün, 14:26
“Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... - nə etmək lazımdır?
Bu gün, 14:17
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
Bu gün, 14:02
"Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." - AKTUAL
Bu gün, 14:00
Dövlət agentliyi ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 13:56
Yekun sülh sazişi bu halda imzalanacaq: - Bakıdan vacib şərt
Bu gün, 13:01
“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” - KİV
Bu gün, 12:40
Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... -ŞƏRH
Bu gün, 12:32
Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər?
Bu gün, 12:08
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:02
Təlxəklərin qurbanı olan Ermənistan... - yuxudan ayıla biləcək?
Bu gün, 12:00
"Super Servis" Xüsusi Firması - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 11:53
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: - “Son arzusunu yerinə yetirmədilər”
Bu gün, 11:51
Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
Bu gün, 11:46
“Bir ordu qədər insan sayəmdə pul qazanır” - Fatimə Fətəliyeva
Bu gün, 11:40
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
Bu gün, 11:25
Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı
Bu gün, 11:15
İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi - Bakıdan reaksiya
Bu gün, 11:13
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
Bu gün, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
Bu gün, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
Bu gün, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
Bu gün, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
Bu gün, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
Bu gün, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
Bu gün, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
Bu gün, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
Bu gün, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
Bu gün, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
Bu gün, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
Bu gün, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
Bu gün, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Bu gün, 09:57
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" - deputat
Bu gün, 09:53
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bu gün, 09:45
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
Bu gün, 09:44
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:39
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - MƏQALƏ
Bu gün, 09:35
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu? - VİDEO
Bu gün, 09:31
Bakı son şərtləri masaya qoydu: Sülh üçün iki prinsip qaldı – Kritik gəlişmə
Bu gün, 09:30
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı... - FOTO
Bu gün, 09:27
Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. - VİDEO
Bu gün, 09:25
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. - "Dialoq" nəşri
Bu gün, 09:24
Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:22
Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? - ŞƏRH
Bu gün, 09:16
"Tələbə Baş nazir də gördük..." - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 09:13
"Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" - deputat
Bu gün, 09:10
Tanınmış hakimə ağır itki üz verib
Bu gün, 09:09
"Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." - Ekspert danışır...
Bu gün, 09:05
Xalq artistinin qızının firması məhkəməyə verildi
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru