Orta məktəblərdə şahmat dərsi keçirilməlidir .....                     “Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir” .....                     Azərbaycandan birbaşa investisiyalar: Türkiyə liderliyini qoruyur .....                     Paşinyanın sərhəd müəmması: Bütün sirlər açıldı .....                     Heç nə etmədilər, AMMA... .....                     Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB .....                     "Nar"dan sərfəli smartfon təklifi .....                     Rusiya “mərmi aclığından” necə xilas oldu? .....                     “Ucar Tikinti Quraşdırma” QSC-də .....                     “Bakı Yastıq Zavodu” ASC-nin səhmdarları .....                     Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlanması... .....                     Rusiya “mərmi aclığından” necə xilas oldu? .....                     “Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edildi .....                     Ali Məhkəmənin hakimi intihar etdi .....                     "Azərbaycan müstəqil siyasət aparır, .....                     “Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... .....                     “Qayıdış”ımız Ermənistanda xof yaratdı .....                     "Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." .....                     Dövlət agentliyi ofis icarəyə götürdü .....                     Yekun sülh sazişi bu halda imzalanacaq: .....                     “Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” .....                     Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... .....                     Ermənistan hansı halda .....                     Mülayim cənub küləyi əsəcək .....                     Təlxəklərin qurbanı olan Ermənistan... .....                     "Super Servis" Xüsusi Firması .....                     Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: .....                     Səfirimiz Tehrana qayıdacaqmı? .....                     “Bir ordu qədər insan sayəmdə pul qazanır” .....                     Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər .....                     Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı .....                     İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi .....                     Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                     "Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu .....                     «Şərqi Zəngəzur»da tenderləri kimlər udur? .....                     Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                 

Qərbin İrəvandan tələbi: Sülh müqaviləsi bu halda imzalana bilər? - İNCƏLƏMƏ
Tarix: 30-03-2024, 09:17 | Çap et
Qərbin İrəvandan tələbi: Sülh müqaviləsi bu halda imzalana bilər?
Ermənistanın Niderland Krallığındakı keçmiş səfiri Zünik Ağacanyan Qazax rayonunun işğal altındakı dörd kəndinin Azərbaycana qaytarılması ilə bağlı şovinist açıqlamalar verib.

Ağacanyan iddia edir ki, 4 kəndin təhvil verilməsi Bakının istəklərinə xidmət etməyin növbəti təzahürü olacaq və bu arzuların zənciri sonsuzdur. Ona görə də sabiq səfir yaşayış məntəqələrinin Ermənistan ərazisi olduğunu deyir və kəndlərin qaytarılması üçün konstitusiya referendumunun keçirilməsini təklif edir. Lakin onun Ermənistan mətbuatına açıqlamasında Qərbin sözügedən məsələyə münasibəti barədə dedikləri diqqəti xüsusi cəlb edir.

Ağacanyan Ermənistan tərəfinin bu güzəştləri sayəsində Azərbaycan yer üzündə möhkəm mövqeyini təmin edəcəyini bildirir:

“Öz növbəsində, Ermənistanı asan təzyiq hədəfi kimi seçən İngiltərə-Amerika tandemi Türkiyə-Azərbaycana məqsədlərini həyata keçirməyə kömək edir, Ermənistan hakimiyyətini birtərəfli qaydada qəbuledilməz və “qeyri-qanuni” güzəştlərə getməyə məcbur edir”.

Eks-səfirin açıqlaması göstərir ki, Nikol Paşinyan hakimiyyətinin Qazaxın işğal altındakı kəndlərini qaytarmaqda israr etməsi həm də Qərbin tələbidir. Çünki Azərbaycan Qərbin vasitəçiliyi ilə aparılan bütün danışıqlarda və görüşlərdə səkkiz kəndin işğal altında qalmasını sülhə mane olan əsas səbəblərdən biri olduğunu bildirir. Yəni işğal faktının davam etməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir. Bu halda sülh müqaviləsindən söhbət gedə bilməz.

Qərb isə sülh danışıqlarının surətlənməsi üçün kəndlərlə bağlı problemin aradan qaldırılmasını istəyir. Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-ın Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə keçiriləcək üçtərəfli görüşdə də bu məsələyə toxunulacağı istisna edilmir. Hətta Nikol Paşinyan ola bilsin ki, aprelin 5-dək dörd kəndi qaytarmaqla Brüsselə hazır hesabatla getsin.

Lakin Azərbaycanın tələbi 4 kəndlə yekunlaşmır. Ermənistan işğal altında saxladığı 8 kəndin hamısını Azərbaycana qaytarmalıdır. Sadəcəc olaraq, Aşağı Əskipara, Xeyrimli, Bağanıs Ayrım və Qızılhacılı kəndləri anklav olmadığına görə Azərbaycan birinci mərhələdə Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılmasını istəyir.

Növbəti mərhələdə isə anklav vəziyyətdə olan kəndlər Azərbaycana qaytarılmalıdır. Əks təqdirdə, sülh sazişinin imlzalanması və sərhədlərin müəyyənləşməsində ciddi problemlər yarana bilər. Ermənistan isə qeyri-anklav kəndləri qaytarmaqla birinci mərhələdə öz planını həyata keçirmək istəyir. Belə ki, Ermənistan qoşunlarını dörd kənddən çıxardıqdan sonra şərti sərhəddə çəkmək istəyir.

Bununla da Qazax istiqamətində 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasına nail olmaq, sonra bu prosesi bütün sərhəd boyu davam etdirmək niyyəti güdür. Halbuki Ermənistan 1990-1992-ci illərdə Qazaxın kəndlərini işğal etməklə həmin sərhəd xəttindən imtina edib. Ona görə də yeni sərhəd xətti çəkilməlidir.

Ermənistan hökuməti özü də bəyan edir ki, Alma-Ata Bəyannaməsi imzalanan zaman işğal altındakı kəndlər Ermənistanın ərazi-inzibati vahidinə daxil olmayıb. Deməli, səkkiz kənd qaytarılmadan sərhədlərin delimitasiyası və demarkasiyası aparıla bilməz.

Həmçinin, işğal dövründə Qazax rayonunun Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin torpaqları qanunsuz olaraq erməni əhaliyə paylanılıb. Orada məskunlaşma və qanunsuz tikinti aparılıb. Həmin “sakinlər”ə isə çıxarış verilməyib. Ona görə də kəndlər boşaldılmaqla yanaşı, ermənilər də ərazidən çıxarılmalıdır.

Delimitasiya və demarkasiya prosesinin aparılması zamanı ermənilərin kəndlərdən çıxarılması qaçılmaz olacaq. Çünki sərhədlər Ermənistanın istəyinə uyğun olaraq, 1991-ci ilin xəritələri əsasında müəyyənləşsə belə, qanunsuz sakinlərin evləri və torpaq sahələri Azərbaycanın ərazisinə düşəcək. Ona görə də Ermənistan dörd kəndi qaytarmaqla Qazax istiqamətində sərhədin delimitasiyasına və demarkasiyasına nail ola bilməz.

Müşfiq Abdulla
“Cebhe.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Orta məktəblərdə şahmat dərsi keçirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:10
“Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir” - GƏLİŞMƏ
Bu gün, 00:05
Azərbaycandan birbaşa investisiyalar: Türkiyə liderliyini qoruyur - ARAŞDIRMA
Bu gün, 00:02
Paşinyanın sərhəd müəmması: Bütün sirlər açıldı - ŞƏRH
Dünən, 07:53
Heç nə etmədilər, AMMA... - GƏLİŞMƏ
Dünən, 07:50
Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB - NƏ BAŞ VERİR
Dünən, 07:40
"Nar"dan sərfəli smartfon təklifi
Dünən, 07:38
Rusiya “mərmi aclığından” necə xilas oldu? - ARAŞDIRMA
Dünən, 07:34
“Ucar Tikinti Quraşdırma” QSC-də QƏRAR VERİLƏCƏK
Dünən, 00:05
“Bakı Yastıq Zavodu” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 00:02
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlanması... - ŞƏRH
27-04-2024, 17:42
Rusiya “mərmi aclığından” necə xilas oldu? - ARAŞDIRMA
27-04-2024, 17:39
“Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edildi
27-04-2024, 17:24
Ali Məhkəmənin hakimi intihar etdi - GƏLİŞMƏ
27-04-2024, 17:13
"Azərbaycan müstəqil siyasət aparır, Qərbin xidmətinə ehtiyacı yoxdur"
27-04-2024, 14:26
“Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... - nə etmək lazımdır?
27-04-2024, 14:17
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
27-04-2024, 14:02
"Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." - AKTUAL
27-04-2024, 14:00
Dövlət agentliyi ofis icarəyə götürdü - MƏBLƏĞ
27-04-2024, 13:56
Yekun sülh sazişi bu halda imzalanacaq: - Bakıdan vacib şərt
27-04-2024, 13:01
“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” - KİV
27-04-2024, 12:40
Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... -ŞƏRH
27-04-2024, 12:32
Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər?
27-04-2024, 12:08
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
27-04-2024, 12:02
Təlxəklərin qurbanı olan Ermənistan... - yuxudan ayıla biləcək?
27-04-2024, 12:00
"Super Servis" Xüsusi Firması - MƏHKƏMƏYƏ VERİLİB
27-04-2024, 11:53
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: - “Son arzusunu yerinə yetirmədilər”
27-04-2024, 11:51
Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
27-04-2024, 11:46
“Bir ordu qədər insan sayəmdə pul qazanır” - Fatimə Fətəliyeva
27-04-2024, 11:40
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27-04-2024, 11:25
Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı
27-04-2024, 11:15
İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi - Bakıdan reaksiya
27-04-2024, 11:13
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
27-04-2024, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
27-04-2024, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
27-04-2024, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
27-04-2024, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
27-04-2024, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
27-04-2024, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
27-04-2024, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
27-04-2024, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
27-04-2024, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
27-04-2024, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
27-04-2024, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
27-04-2024, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
27-04-2024, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
27-04-2024, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
27-04-2024, 09:57
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" - deputat
27-04-2024, 09:53
Xankəndidə silah və sursatlar aşkarlanıb
27-04-2024, 09:45
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
27-04-2024, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru