Orta məktəblərdə şahmat dərsi keçirilməlidir .....                     “Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir” .....                     Azərbaycandan birbaşa investisiyalar: Türkiyə liderliyini qoruyur .....                     Paşinyanın sərhəd müəmması: Bütün sirlər açıldı .....                     Heç nə etmədilər, AMMA... .....                     Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB .....                     "Nar"dan sərfəli smartfon təklifi .....                     Rusiya “mərmi aclığından” necə xilas oldu? .....                     “Ucar Tikinti Quraşdırma” QSC-də .....                     “Bakı Yastıq Zavodu” ASC-nin səhmdarları .....                     Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlanması... .....                     Rusiya “mərmi aclığından” necə xilas oldu? .....                     “Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edildi .....                     Ali Məhkəmənin hakimi intihar etdi .....                     "Azərbaycan müstəqil siyasət aparır, .....                     “Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... .....                     “Qayıdış”ımız Ermənistanda xof yaratdı .....                     "Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." .....                     Dövlət agentliyi ofis icarəyə götürdü .....                     Yekun sülh sazişi bu halda imzalanacaq: .....                     “Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” .....                     Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... .....                     Ermənistan hansı halda .....                     Mülayim cənub küləyi əsəcək .....                     Təlxəklərin qurbanı olan Ermənistan... .....                     "Super Servis" Xüsusi Firması .....                     Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: .....                     Səfirimiz Tehrana qayıdacaqmı? .....                     “Bir ordu qədər insan sayəmdə pul qazanır” .....                     Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər .....                     Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı .....                     İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi .....                     Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... .....                     İctimai TV-yə yeni direktor müavini təyin edilib .....                     Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir .....                     Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb .....                     Çin də Zəngəzur üçün qollarını çırmaladı .....                     "Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu .....                     «Şərqi Zəngəzur»da tenderləri kimlər udur? .....                     Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                 

Qərb Qafqazda nə istəyir: sülh, yoxsa müharibə? - Görünəni odur ki...
Tarix: 30-03-2024, 11:05 | Çap et
Qərb Qafqazda nə istəyir: sülh, yoxsa müharibə?
Elçin Alıoğlu - TREND


Aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək müştərək konfrans Cənubi Qafqazdakı vəziyyəti kökündən dəyişə bilər.
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdə Qərbin İrəvana yardımları ilə dəstəyinin artırılması nəzərdə tutulur.

Tərəflərin hər biri görüşdə sırf iqtisadi və siyasi məsələlərin müzakirə ediləcəyini vurğulayırlar. Amma ermənilər Brüsseldə az qala Qərblə Ermənistan arasında "hərbi-siyasi pakt"ın imzalanacığını bəyan edirlər. Üstəlik, məhz Brüssel görüşünün Ermənistana edilən hərbi-texniki yardımları daha da sürətləndirəcəyi söylənir.

Rəsmi Bakının baş verənlərlə bağlı mövqeyi məlumdur.

"Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb".

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında əks olunmuş fikirlərdir.

Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub.

İlkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib.

Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar, həmçinin, AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.

Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Göründüyü kimi, Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli məzmun daşımaqla yanaşı, birbaşa və bütünlüklə Qərbin bölgəmizdə yürütdüyü ikili standart yanaşmasının təzahürüdür.

Brüssel konfransına hazırlıq şəffaflıqdan, regional inklüzivlikdən məhrum olmaqla yanaşı, Cənubi Qafqazın hazırda ən çox ehtiyac duyduğu etimadın formalaşması, inteqrasiya proseslərinə başlanması cəhdlərinə tam ziddir.

Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və "təsir dairələri" yaradır.

Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər.

Rəsmi Bakı hesab edir ki, bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

Brüssel konfransının təməli ötən ilin oktyabrında Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçirilmiş 3-cü zirvə toplantısında qoyulub.

Məhz həmin sammitdə Qərb birmənalı olaraq nümayiş etdirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesində obyektiv mövqe tutmaq fikrindən uzaqdır və Ermənistanı birmənalı şəkildə dəstəkləyir.

Fransa prezidenti Emmanuel Makronun “sevimli geosiyasi oyuncaq”larından sayılan Avropa Siyasi Birliyinin Qranada toplantısına Azərbaycan və Türkiyə prezidentləri qatılmamışdılar.

Buna rəğmən, Emmanuel Makron, Avropa Şurasının rəhbəri Şarl Mişel, Almaniyanın kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan dördtərəfli bəyanat imzaladılar.

Bəyanat Azərbaycanın daxili işlərinə çox kobud müdaxilə cəhdi idi.

Daha sonra elə həmin sammitdə N.Paşinyanla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen görüşərək, birgə sənəd imzaladılar. Sənəddə “Azərbaycanın qarabağlı ermənilərə qarşı hərbi əməliyyatları” qətiyyətlə pislənmiş, Ermənistana yardımların formatı müəyyənləşdirilmişdi.

Aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan konfrans barədə də elə Qranada sammitində qərar qəbul edilmişdi.

Bəs yaxşı, belədirsə, Brüssel konfransı nə vəd edir və Bakının sərt mövqeyinin səbəbi nədir?

Əvvəla, Brüsseldə Qərblə Ermənistan arasında hər hansı formada “hərbi-siyasi pakt”ın imzalanması barədə iddiaların əsası yoxdur. ABŞ və Avropa İttifaqının siyasi elitaları Ukrayna ilə olan anlaşmaların analoqunu Ermənistana tətbiq etmək niyyətində deyillər.

Ermənilərin nail ola biləcəkləri maksimal “uğur” hərbi-texniki yardımların artırılması ola bilər.

Azərbaycanın “potensial hərbi təhlükə” qismində göstərilməsinin də səbəbləri var.

Avropa İttifaqının və ABŞ-nin Cənubi Qafqazla bağlı əsas məqsədləri bölgədə Rusiya və İranın təsir imkanlarını azaldılması, Rusiyanın, ümumiyyətlə, bölgədən sıxışdırılıb çıxarılmasıdır.

Ermənistan buna görə dəstəklənir və Qərb İrəvana qarşısına şərt qoyaraq yardımlarla dəstəyin müqabilində Rusiyadan asılılığın minimuma endirilməsini, sonra isə, ümumiyyətlə, Rusiya-Ermənistan əlaqələrinin zəiflədilməsini, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının çıxarılmasını və s. tələb edir.

Brüssellə Vaşinqton İrəvanın Moskvadan siyasi, iqtisadi, hərbi, maliyyə və s. sahələrdə asılılığına son qoyulmasını istəyir.

Amma istəmək ayrı, bu istəyi gerçəkləşdirmək ayrı.

Ermənistan rəhbərliyi bütün anti-Rusiya bəyanatlarına və demarşlarına rəğmən, yaxın perspektivdə nə KTMT-ni, nə Avrasiya İqtisadi Birliyini, nə də Avrasiya Gömrük İttifaqını tərk edə biləyəcəyini bilir və bunu Qərbin nəzərinə çatdırır.

Gümrüdəki 102-ci bazanın da yaxın illərdə çıxarılması Ermənistan üçün həddən ziyadə problematik məsələdir.

ABŞ və Avropa İttifaqı rəhbərliyi amerikalılarla avropalıların “Rusiyadan hələ də asılı olan və sıx işbirliyini davam etdirən Ermənistana niyə külli miqdarda yardım etməliyik?” təki məntiqi sualına cavab vermək məcburiyyətində qala bilərdilər.

Vaşinqton, Brüssel və İrəvan uzun çəkən kluar müzakirələrdən sonra qərara gəldilər ki, Rusiyadan asılı qalmağa davam edən Ermənistana yardımlara, İrəvanın dəstəklənməsinə haqq qazandırmaq üçün mifik “Azərbaycandan təhlükə” narrativi ortaya atılsın.

Avropa İttifaqı siyasətçilərinin, mediasının və təbii ki, Ermənistan rəhbərliyinin fasiləsiz olaraq “Azərbaycan hər an hücum edə bilər, müharibə ola bilər” isteriyasının kökündə bəhs etdiyimiz məqam dayanır.

Halbuki Azərbaycanın belə niyyəti yoxdur və hətta Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan belə bəyan edib ki, “Azərbaycanın sərhədə şəxsi heyətlə texnika toplaması barədə deyilənlər əsassızdır”.

Fəqət Qərbin "aqressiv Azərbaycan" obrazı yaratmaq cəhdləri, bu çirkin oyun səngiməyib.

Bakını ən çox qıcıqlandıran da sözügedən məsələdir.

Amma əsas məsələ bu deyil.

Hərgah Qranadadakı dördtərəfli, sərsəm bəyanat aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünün yekun sənədində xatırlanarsa və həmin sənədə hansısa formada istinad edilərsə, bu məqam Azərbaycanı ciddi narahat edəcək, Ermənistanla aparılan danışıqlar prosesinə ciddi təsir edəcək.

Brüsseldə imzalanacaq sənəddə Qranadadakı bəyanat xatırladılarsa, Azərbaycanın Qərblə konkret məsələlər, sahələr və istiqamətlər üzrə əməkdaşlığı, təbii ki, davam edəcək.

Amma ölkəmizin maraqlarının nəzərə alınmaması hesabına Ermənistanı dəstəkləyən və bunu davam etdirəcək Qərbə cavabımız İrəvanla aparılan danışıqlarda fəallığı birtərəfli qaydada azaltmağımız olacaq.

Qərb bizə qarşı belə davranırsa, mövqeyimiz daha da konkretləşəcək, sülh danışıqları prosesi mövzusu açıq qalacaq.

Əgər Qərb bölgəmizdə yaxın perspektivlə bağlı "stavka"nı Ermənistana edirsə, İrəvanı uzunmüddətli dəstəkləmək fikrindədirsə - bu, ABŞ və Avropa İttifaqının seçimdir.

Xatırladaq ki, Ermənistanı son 30 ildə də bir ölkə eynən belə dəstəkləmişdi.

Amma indi həmin ölkə ciddi səhvə yol verdiyini anlayaraq, Bakı ilə münasibətləri inkişaf etdirməyə çalışır.

Azərbaycan hadisələrin istənilən məcrada inkişafına hazırdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Orta məktəblərdə şahmat dərsi keçirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:10
“Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir” - GƏLİŞMƏ
Bu gün, 00:05
Azərbaycandan birbaşa investisiyalar: Türkiyə liderliyini qoruyur - ARAŞDIRMA
Bu gün, 00:02
Paşinyanın sərhəd müəmması: Bütün sirlər açıldı - ŞƏRH
Dünən, 07:53
Heç nə etmədilər, AMMA... - GƏLİŞMƏ
Dünən, 07:50
Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB - NƏ BAŞ VERİR
Dünən, 07:40
"Nar"dan sərfəli smartfon təklifi
Dünən, 07:38
Rusiya “mərmi aclığından” necə xilas oldu? - ARAŞDIRMA
Dünən, 07:34
“Ucar Tikinti Quraşdırma” QSC-də QƏRAR VERİLƏCƏK
Dünən, 00:05
“Bakı Yastıq Zavodu” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 00:02
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlanması... - ŞƏRH
27-04-2024, 17:42
Rusiya “mərmi aclığından” necə xilas oldu? - ARAŞDIRMA
27-04-2024, 17:39
“Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edildi
27-04-2024, 17:24
Ali Məhkəmənin hakimi intihar etdi - GƏLİŞMƏ
27-04-2024, 17:13
"Azərbaycan müstəqil siyasət aparır, Qərbin xidmətinə ehtiyacı yoxdur"
27-04-2024, 14:26
“Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə... - nə etmək lazımdır?
27-04-2024, 14:17
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
27-04-2024, 14:02
"Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..." - AKTUAL
27-04-2024, 14:00
Dövlət agentliyi ofis icarəyə götürdü - MƏBLƏĞ
27-04-2024, 13:56
Yekun sülh sazişi bu halda imzalanacaq: - Bakıdan vacib şərt
27-04-2024, 13:01
“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək” - KİV
27-04-2024, 12:40
Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi... -ŞƏRH
27-04-2024, 12:32
Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər?
27-04-2024, 12:08
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
27-04-2024, 12:02
Təlxəklərin qurbanı olan Ermənistan... - yuxudan ayıla biləcək?
27-04-2024, 12:00
"Super Servis" Xüsusi Firması - MƏHKƏMƏYƏ VERİLİB
27-04-2024, 11:53
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: - “Son arzusunu yerinə yetirmədilər”
27-04-2024, 11:51
Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
27-04-2024, 11:46
“Bir ordu qədər insan sayəmdə pul qazanır” - Fatimə Fətəliyeva
27-04-2024, 11:40
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27-04-2024, 11:25
Bakıda qadın ailədaxili mübahisələrdən bezib canına qıydı
27-04-2024, 11:15
İrəvanın sülhə qarşı “hərbi balans” bəhanəsi - Bakıdan reaksiya
27-04-2024, 11:13
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi... - FOTO
27-04-2024, 11:07
İctimai TV-yə yeni direktor müavini təyin edilib - ƏMR
27-04-2024, 11:00
Qazimizin ürəkparçalayan halı: Dövlətimiz onu xilas etməlidir - VİDEO
27-04-2024, 10:59
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
27-04-2024, 10:54
Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi
27-04-2024, 10:53
"Bakcell"in Bulvarda innovasiyalarla dolu tədbiri baş tutdu - FOTO
27-04-2024, 10:52
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
27-04-2024, 10:44
Yeni direktor köçkün müəllimi işdən çıxardı - 285 saylı məktəbdə qalmaqal
27-04-2024, 10:31
Azərbaycan üçün kritik tarix - gələn ilin ilk aylarında...
27-04-2024, 10:26
SDU-nun rektor müşaviri o oldu - FOTO
27-04-2024, 10:22
Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır - “Telegram”
27-04-2024, 10:18
İşçilərin bu gəlirləri də vergidən azad olunmalıdır... - Ekspert danışır...
27-04-2024, 10:16
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
27-04-2024, 10:13
Dövlət Xidməti Sosial Tədqiqatlar Mərkəzinin tenderini ləğv etdi
27-04-2024, 09:59
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
27-04-2024, 09:57
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi" - deputat
27-04-2024, 09:53
Xankəndidə silah və sursatlar aşkarlanıb
27-04-2024, 09:45
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
27-04-2024, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru