“Ermənistandakı Rusiya sərhədçiləri Paşinyanın xahişi ilə yerləşdirilib” - Səfir
Tarix: 30-03-2024, 11:21 |
Çap et
Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində müşahidə postları Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə "24News" portalına müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Səfir Ermənistan Baş nazirinin 2020-ci ildə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün belə bir xahiş etdiyini vurğulayıb.
Diplomat əlavə edib ki, Ermənistan tərəfi Rusiyanın müşahidə postlarının yerləşdirilməsini hüquqi planda qanuniləşdirməyə cəsarət etməyib.