Bakıda həbsdə olan Vardanyanın sərvətindən də “pay” umurlar .....                     Böyük güclərin çəkişməsi olmasa, HƏMAS bölgədə at oynada bilməzdi .....                     “Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur” .....                     Ədliyyə Nazirliyi 2 tenderə yekun vurdu .....                     Tibbi qurum mühafizə xidməti aldı .....                     "Ermənistanın Təbrizdə konsulluq açması ilə İranın Qafanda açdığı konsulluq .....                     Patriarxın repressiyaları və kilsə müqaviməti .....                     Delimitasiya davam edir: Bəs demarkasiya prosesinə başlanılıb? .....                     Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN .....                     Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı .....                     "Yelo bank" Vətən müharibəsi qazisini kredit borcuna görə məhkəməyə verdi .....                     Ukrayna NATO-ya üzv olmaq yolundadır .....                     Deputat sayının artması: Proses necə baş verə bilər? .....                     Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi .....                     Blinken Bakı və İrəvana niyə zəng edib? .....                     "Danışmaqdansa, öz dəstəklərini göstərsinlər" .....                     Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! .....                     Gözlər Almatıda: .....                     Taksilərlə bağlı qərar təxirə düşdü? .....                     Toyuq ətinə tələbat kəskin artıb: .....                     Nazirlik elan etdiyi tenderin .....                     Qazaxın o kəndləri də minalanıb, .....                     Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır .....                     Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu .....                     “Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir .....                     Real əməliyyat görüntüləri, xaricdəki narkotacirlərin səs yazıları… .....                     İranlı ekspert Ermənistanda “İran agentləri”ni ifşa etdi .....                     Paşinyan Rusiya Prezidentinin inauqurasiyasında iştirak etməyəcək .....                     "Dadaş Rzayev korpus komandiri idi... Bir neçə dəfə bizə geri çəkilmək əmri vermişdi... .....                     İşdən çıxarılan icra başçısının müavini məhkəməyə üz tutdu .....                     "Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" .....                     “Serial çəkənlər aktyorlara “yolçu” pulu verirlər” .....                     "Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" .....                     NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib .....                     Qərbin tələsinə düşmək lazım deyildi .....                     Anar Məmmədli saxlanılıb .....                     17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi tutuldu .....                     Keçmiş işçisi “Resant Group”u məhkəməyə verdi .....                     Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi .....                     İsa Qəmbər yenidən başqanlığa namizəd oldu .....                 

Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Tarix: 17-04-2024, 08:25 | Çap et
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var
İran-İsrail qarşıdurması səngimiş kimi görünsə də, qarşılıqlı ittihamlar davam edir. Tərəflər bir-birinə hədələyici mesajlar göndərir, zərbələrin davam edəcəyini söyləyirlər. İsraillə yanaşı, İranın mövqeyini dəstəkləyən ölkələr də var. Əksər Qərb dövlətləri Təl-Əvivin yanında yer aldıqlarını açıqlayıblar. Lakin Rusiya, Çin və ərəb ölkələri Tehranın haqlı olduğunu düşünürlər. Yəni dünya ölkələri proqnozlaşdırılan genişmiqyaslı müharibədə öz sıralarını bəlli edirlər. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Əbülfəz Əmuyi deyib ki, İran İsrailə hücum zamanı mövcud gücünün az qismindən istifadə edib. Onun sözlərinə görə, hər ssenari üçün İranın planı var: "İndiyə qədər istifadə etmədiyimiz silahdan istifadə etməyə hazırıq". İran Prezidenti İbrahim Rəisi Tehranın maraqlarına zidd olan istənilən hərəkətə dəhşətli cavab veriləcəyi ilə hədələyib. Rəisi bildirib ki, təcavüzkarın cəzalandırılması əməliyyatı uğurla həyata keçirilib: "Biz indi qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı ən kiçik addım belə, şübhəsiz ki, dəhşətli, genişmiqyaslı və ağrılı cavabla qarşılanacaq". İran prezidenti qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və beynəlxalq qurumlar İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləmək üçün öz minimum hüquqi öhdəliklərini yerinə yetirməyib. Ona görə də İran BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququna uyğun olaraq ölkəyə qarşı “bədxah əməllərin törədildiyi eyni mərkəzlərə” hücum edib. İsrailin xarici işlər naziri İsrael Katz isə 32 ölkəyə məktub yazıb, onları İranın raket proqramına sanksiya qoymağa çağırıb. O, Tehranın həftə sonu İsrailə hücumundan sonra həmin ölkələri İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb. Katz “İrana qarşı siyasi hücuma rəhbərlik etdiyini” vurğulayıb. İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İran bütün Yaxın Şərqi təhdid edən genişmiqyaslı təcavüz kampaniyası aparır. Koalisiya qüvvələrinin İsraili dəstəkləməsindən məmnun olduğunu deyən Netanyahu İrana qarşı birgə mübarizə aparmağın lazım olduğunu bildirib: "Beynəlxalq ictimaiyyət sülhü təhdid edən İran təcavüzünə qarşı mübarizədə bir olmağa davam etməlidir". İsrailin KAN telekanalı da məlumat yayıb ki, İsrail Hərbi Hava Qüvvələrinin İrana yönəlik hücumlar üçün apardığı hazırlıqlar tamamlanıb. Bildirilib ki, İsrail HHQ İrana lokal xarakterli, regional konfliktə gətirməyəcək hücum planlaşdırır. Eyni zamanda Təl-Əviv bu münaqişə fonunda Qəzzadakı proseslərin arxa plana keçməsini istəmir. İsrail rəsmiləri İranın öz torpaqlarından hücum etməklə qırmızı xətti keçdiyi və buna cavab verməyin məcburi olduğunu qeyd edirlər. Bundan əlavə, hücumun konkret hansı formada olacağı söylənməsə də, sui-qəsd əməliyyatları və ya elektron hücum da istisna edilmir. Böyük Britaniyanın Baş naziri Rişi Sunak hər iki ölkəni təmkinli olmağa çağırıb. Baş nazir təhlükəsizlik və sabitliyin Böyük Britaniya üçün önəminə toxunub və Britaniyanın İsrailin yanında olduğunu bildirib. O, məsələni müzakirə etmək üçün qısa müddətdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışacağını da qeyd edib.
Xatırladaq ki, Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəisi İbrahim Kalınla ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında telefon danışığı olub. Börns türkiyəli həmkarına zəng edərək ondan İranla İsrail arasında vasitəçi olmasını istəyib. Eyni zamanda Kalın və Börns Qəzzada atəşkəs danışıqları ilə bağlı da fikir mübadiləsi aparıblar. Türkiyə xarici işlər naziri Hakan Fidan Ankaranın regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatlığını diqqətə çatdırıb. Türkiyənin XİN başçısı Qəzzada böhran başlayandan bəri bunun regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkib. Fidan bildirib ki, gərginliyin artmasının qarşısını almaq üçün İsrailə təsiri olan ölkələr ən doğru mesajları verməlidir.
Mühüm məqamlardan biri odur ki, İran-İsrail müharibəsi beynəlxalq aləmdəki nizamın ciddi şəkildə pozulmağa meyilli olduğunu göstərdi. Dünya əvvəlki kimi təhlükəsiz deyil. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə nəzərən də oxşar fikirlər səsləndirilir. Moskva-Kiyev hərbi qarşıdurması bir çox məsələlərə təsir göstərir və bu təsirin getdikcə artacağı, arealının genişlənəcəyi şübhəsizdir. Faktiki olaraq, ABŞ və Qərb dövlətləri Rusiyaya qarşı döyüşürlər. Üstəlik, kollektiv Qərbin anti-İran mövqeyi də başqa müstəviyə keçməkdədir. O səbəbdən ekspertlər İsrail-İran qarşıdurmasını daha böyük müharibənin məşqi kimi qiymətləndirirlər. İran Azərbaycanın cənub qonşusudur və orada milyonlarla soydaşımız yaşayır. O baxımdan İranın başı üzərində əsən müharibə küləklərinin ölkəmizə təsiri qaçılmazdır. Əslində, İran-İsrail münaqişəsində Azərbaycanın tutduğu mövqe bəllidir. Azərbaycan tərəflərin münaqişəyə cəlb olunmaması, münasibətlərin normal məcrada davam etdirilməsinin tərəfdarıdır. Çünki İran-İsrail arasındakı gərginlik müharibəyə çevrilərsə, bunun Cənubi Qafqaza və Azərbaycana müsbət təsirləri olmayacaq.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz "Sherg.az"a açıqlamasında deyib ki, İsrail-İran arasındakı qarşıdurma Türkiyə və Azərbaycana da müəyyən anlamda təsir göstərəcək məsələdir. General vurğulayıb ki, Türkiyə və Azərbaycan prosesi təmkinlə izləyir və dövlət ağlı ilə, qardaşlıq hüququ ilə kordinasiyalı şəkildə hərəkət edirlər:
"Həm Türkiyə, həm də Azərbaycan proseslərə yanaşmada, milli maraqlarını, təhlükəsizliklərini və regionun stabilliyini ön planda tuturlar. Bu, ən doğru mövqedir. Çünki milli maraqları gözardı etməklə, regional məsələləri nəzərə almamaqla həyata keçirilən siyasət ilk növbədə özümüzə zərər vurar. İranın hücumlarından sonra İsrail buna sərt cavab verəcəyinin anonsunu verdi. Hər kəs gözlənti içindədir. Ancaq İsrailin ən azından indiki məqamda İrana qarşı böyük miqyasda zərər yetirəcək hansısa əməliyyat icra edəcəyini düşünmürəm. Müəyyən ölçüdə cavab veriləcəyi ehtimalı istisna edilmir, lakin genişmiqyaslı fəaliyyətdən söhbət getmir. Böyük ehtimal İranın Suriyada, Livanda, Yəməndə və digər bölgələrdəki proksi qüvvələrinə qarşı zərbələr endiriləcək. Amma İsrail Qərbin və daxili ictimaiyyətin dəstəyini qazanmışkən İrana qarşı tədbirlər görməyi də unutmayacaq".

Y.Karaüzün fikrincə, bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var:
"Fəqət Türkiyə və Azərbaycan İrana yönəlik hərbi əməliyyatlar üçün hava məkanlarını açmaq niyyətində deyillər. İsrail-İran gərginliyinin müharibəyə çevrilməsi Azərbaycan və Türkiyəyə köç dalğasının yaranmasına səbəb olar. Türkiyə vasitəçilik missiyası çərçivəsində İrana daha təmkinli davranması yönündə çağırışlar edir. Qərb və Tehran hökuməti Türkiyə üzərindən bir-biri ilə təmaslar qururlar, dialoqlarını davam etdirirlər. Türkiyə tərəflər arasında belə önəmli bir mövqeyə sahibdir. Azərbaycan üçün digər risk də odur ki, bölgənin qarışmasından, İranın müharibəyə sürüklənməsindən sui-istifadə edən Ermənistan irimiqyaslı hərbi təxribatlara əl ata bilər. Təbii ki, güclü Azərbaycan ordusu istənilən təxribatın önünü kəsəcək durumdadır. Ancaq hər halda gözlənilən təhdidləri də diqqətdən qaçırmaq olmaz".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda həbsdə olan Vardanyanın sərvətindən də “pay” umurlar - görünəni odur ki...
Bu gün, 06:21
Böyük güclərin çəkişməsi olmasa, HƏMAS bölgədə at oynada bilməzdi - FAKT BUDUR...
Bu gün, 06:16
“Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur” - deputat
Bu gün, 06:13
Ədliyyə Nazirliyi 2 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 00:05
Tibbi qurum mühafizə xidməti aldı – TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
"Ermənistanın Təbrizdə konsulluq açması ilə İranın Qafanda açdığı konsulluq eyni "qıcıq" məqsədi daşıyır"
Dünən, 19:10
Patriarxın repressiyaları və kilsə müqaviməti - “Xeyir-dua”...
Dünən, 19:02
Delimitasiya davam edir: Bəs demarkasiya prosesinə başlanılıb? - GƏLİŞMƏ
Dünən, 19:00
Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF
Dünən, 18:56
Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı
Dünən, 18:04
"Yelo bank" Vətən müharibəsi qazisini kredit borcuna görə məhkəməyə verdi - AXI NİYƏ?
Dünən, 18:01
Ukrayna NATO-ya üzv olmaq yolundadır - Yens Stoltenberq
Dünən, 17:53
Deputat sayının artması: Proses necə baş verə bilər? - ŞƏRH
Dünən, 17:51
Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə
Dünən, 17:46
Blinken Bakı və İrəvana niyə zəng edib? - Zərdüşt Əlizadənin şərhi
Dünən, 17:44
"Danışmaqdansa, öz dəstəklərini göstərsinlər" - VİDEO
Dünən, 17:30
Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - deputat
Dünən, 17:28
Gözlər Almatıda: - Nazirlər masaya bu dosye ilə oturur
Dünən, 17:26
Taksilərlə bağlı qərar təxirə düşdü? - AKTUAL
Dünən, 17:20
Toyuq ətinə tələbat kəskin artıb: - bahalaşma olacaq?
Dünən, 17:16
Nazirlik elan etdiyi tenderin - NƏTİCƏLƏRİNİ AÇIQLADI
Dünən, 17:12
Qazaxın o kəndləri də minalanıb, EHTİYATLI OLUN!
Dünən, 17:08
Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır – Əvvəllər Talıbovlara məxsus olub
Dünən, 17:01
Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - Xəstəxana 20 min cərimələndi
Dünən, 16:57
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
Dünən, 16:56
Real əməliyyat görüntüləri, xaricdəki narkotacirlərin səs yazıları… - Abşeronda narkotiklərə qarşı əməliyyatlar  
Dünən, 16:52
İranlı ekspert Ermənistanda “İran agentləri”ni ifşa etdi - "Bizim passivliyimiz təhlükəlidir!"
Dünən, 16:42
Paşinyan Rusiya Prezidentinin inauqurasiyasında iştirak etməyəcək - “News.am”
Dünən, 16:22
"Dadaş Rzayev korpus komandiri idi... Bir neçə dəfə bizə geri çəkilmək əmri vermişdi... - Amma biz sona qədər dirəndik"
Dünən, 16:18
İşdən çıxarılan icra başçısının müavini məhkəməyə üz tutdu - Naxçıvanda
Dünən, 16:14
"Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:12
“Serial çəkənlər aktyorlara “yolçu” pulu verirlər” - Qorxmaz Əlili
Dünən, 16:10
"Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ
Dünən, 16:07
NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib
Dünən, 16:05
Qərbin tələsinə düşmək lazım deyildi - POLİTOLOQ
Dünən, 15:57
Anar Məmmədli saxlanılıb - DİN-dən AÇIQLAMA
Dünən, 15:48
17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi tutuldu - Lənkəranda ŞOK OLAY
Dünən, 15:42
Keçmiş işçisi “Resant Group”u məhkəməyə verdi - BUNA GÖRƏ...
Dünən, 15:40
Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi - Covid peyvəndi yan təsirə malikdir
Dünən, 15:36
İsa Qəmbər yenidən başqanlığa namizəd oldu - köhnəyə QAYIDIŞ, yoxsa YENİDƏN DOĞUŞ?
Dünən, 15:24
Bu il qıtlıq gözlənilir: meyvələrin qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:11
“300 min azərbaycanlı Ermənistana köçürüləcək” – Tatoyan
Dünən, 15:03
BANM-də Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin təlimləri yekunlaşıb
Dünən, 14:56
"Rasim kimi vətən xainləri bunları anlamaz" - deputata SƏRT TƏPGİ
Dünən, 14:50
Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? – AÇIQLAMA
Dünən, 14:48
Ermənistanda “müxalif avanqard” boşluğu - Paşinyan cəmiyyəti necə “oyadacaq?”
Dünən, 14:41
Tanınmış jurnalist Vasif Səmədov vəfat edib
Dünən, 14:32
Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 14:29
Etirazlarla bağlı 2 mindən çox insan həbsdə qalır - Ermənistanın baş prokuroru
Dünən, 14:27
“AGA Group”un faktorinq şirkətinin aktivləri kiçilib – Səbəb
Dünən, 14:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru