"Ermənistanın Təbrizdə konsulluq açması ilə İranın Qafanda açdığı konsulluq .....                     Patriarxın repressiyaları və kilsə müqaviməti .....                     Delimitasiya davam edir: Bəs demarkasiya prosesinə başlanılıb? .....                     Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN .....                     Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı .....                     "Yelo bank" Vətən müharibəsi qazisini kredit borcuna görə məhkəməyə verdi .....                     Ukrayna NATO-ya üzv olmaq yolundadır .....                     Deputat sayının artması: Proses necə baş verə bilər? .....                     Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi .....                     Blinken Bakı və İrəvana niyə zəng edib? .....                     "Danışmaqdansa, öz dəstəklərini göstərsinlər" .....                     Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! .....                     Gözlər Almatıda: .....                     Taksilərlə bağlı qərar təxirə düşdü? .....                     Toyuq ətinə tələbat kəskin artıb: .....                     Nazirlik elan etdiyi tenderin .....                     Qazaxın o kəndləri də minalanıb, .....                     Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır .....                     Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu .....                     “Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir .....                     Real əməliyyat görüntüləri, xaricdəki narkotacirlərin səs yazıları… .....                     İranlı ekspert Ermənistanda “İran agentləri”ni ifşa etdi .....                     Paşinyan Rusiya Prezidentinin inauqurasiyasında iştirak etməyəcək .....                     "Dadaş Rzayev korpus komandiri idi... Bir neçə dəfə bizə geri çəkilmək əmri vermişdi... .....                     İşdən çıxarılan icra başçısının müavini məhkəməyə üz tutdu .....                     "Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" .....                     “Serial çəkənlər aktyorlara “yolçu” pulu verirlər” .....                     "Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" .....                     NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib .....                     Qərbin tələsinə düşmək lazım deyildi .....                     Anar Məmmədli saxlanılıb .....                     17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi tutuldu .....                     Keçmiş işçisi “Resant Group”u məhkəməyə verdi .....                     Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi .....                     İsa Qəmbər yenidən başqanlığa namizəd oldu .....                     Bu il qıtlıq gözlənilir: meyvələrin qiyməti niyə ucuzlaşmır? .....                     “300 min azərbaycanlı Ermənistana köçürüləcək” .....                     BANM-də Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin təlimləri yekunlaşıb .....                     "Rasim kimi vətən xainləri bunları anlamaz" .....                     Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? .....                 

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva - ANIM...
Tarix: 15-04-2024, 16:00 | Çap et
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anma günüdür.
Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tarixinin görkəmli simalarındandır. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyatının bütün mərhələləri, əslində, övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, səmimiliyi, insanlara sevgisi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, doğma ocağa, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun şəxsiyyətində öz təcəssümünü tapmışdı.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
Zərifə Əliyeva həkimlik peşəsini çox uca tuturdu. Həkimi Günəşə bənzədərək deyirdi: “Həkim insanlara Günəş qədər lazımdır”.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemin - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.
Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında misilsiz xidmətlər göstərən Zərifə xanım traxoma kimi infeksion xəstəliyin tam müalicə olunmasında əldə etdiyi nailiyyəti ilə tibbin oftalmologiya sahəsinə novatorluq gətirdi.
“Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bu, Zərifə xanım Əliyevanın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır. “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını itirməyib. O, həmçinin iridodiaqnostika və iridoterapiya problemlərini araşdırıb, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları yazıb.
Zərifə xanımı yaxından tanıyan elm və mədəniyyət xadimləri, həkim-kolleqləri onun xidmətlərini həmişə yüksək qiymətləndirmişlər. Məsələn, dünya şöhrətli oftalmoloq alimlər – Rusiya Tibb Elmlər Akademiyasının akademiki A.P.Nesterov, professor L.K.Moşatova, professor N.B.Şulpina, akademik M.Cavadzadə, professorlar Z.Quliyeva, Q.Nəsrullayeva, M.Sultanov və başqaları Azərbaycan elmi - ictimaiyyəti akademik Zərifə xanım Əliyevanın xatirəsini uca tutur və fəaliyyətini yüksək qiymətləndirirlər. Akademik Zərifə Əliyevanın adı liseylər, kolleclər və Universitetlər üçün yazılan müvafiq dərsliklərə və tərtib olunan fənn proqramlarına daxil edilmişdir.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Zərifə xanım yalnız biliyini, elmini tələbələrinə öyrədən müəllim olmayıb, həm də ölkəmizin gələcəyinə işıq saçan gəncliyə ana qayğısı göstərib. Bu, əsl Azərbaycan qadınının alim, müəllim kimi xalqına sevgisi, gələcəyi üçün xidmət nümunəsidir!
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.
Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Bu gün ruhu şaddır ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları böyük Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. Azərbaycanın Prezidenti cənab İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin bütün dünyada lider dövlətə çevrilməsini təmin edir.

Azər İsmayılov
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru
dia-az.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənistanın Təbrizdə konsulluq açması ilə İranın Qafanda açdığı konsulluq eyni "qıcıq" məqsədi daşıyır"
Bu gün, 19:10
Patriarxın repressiyaları və kilsə müqaviməti - “Xeyir-dua”...
Bu gün, 19:02
Delimitasiya davam edir: Bəs demarkasiya prosesinə başlanılıb? - GƏLİŞMƏ
Bu gün, 19:00
Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF
Bu gün, 18:56
Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı
Bu gün, 18:04
"Yelo bank" Vətən müharibəsi qazisini kredit borcuna görə məhkəməyə verdi - AXI NİYƏ?
Bu gün, 18:01
Ukrayna NATO-ya üzv olmaq yolundadır - Yens Stoltenberq
Bu gün, 17:53
Deputat sayının artması: Proses necə baş verə bilər? - ŞƏRH
Bu gün, 17:51
Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə
Bu gün, 17:46
Blinken Bakı və İrəvana niyə zəng edib? - Zərdüşt Əlizadənin şərhi
Bu gün, 17:44
"Danışmaqdansa, öz dəstəklərini göstərsinlər" - VİDEO
Bu gün, 17:30
Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - deputat
Bu gün, 17:28
Gözlər Almatıda: - Nazirlər masaya bu dosye ilə oturur
Bu gün, 17:26
Taksilərlə bağlı qərar təxirə düşdü? - AKTUAL
Bu gün, 17:20
Toyuq ətinə tələbat kəskin artıb: - bahalaşma olacaq?
Bu gün, 17:16
Nazirlik elan etdiyi tenderin - NƏTİCƏLƏRİNİ AÇIQLADI
Bu gün, 17:12
Qazaxın o kəndləri də minalanıb, EHTİYATLI OLUN!
Bu gün, 17:08
Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır – Əvvəllər Talıbovlara məxsus olub
Bu gün, 17:01
Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - Xəstəxana 20 min cərimələndi
Bu gün, 16:57
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
Bu gün, 16:56
Real əməliyyat görüntüləri, xaricdəki narkotacirlərin səs yazıları… - Abşeronda narkotiklərə qarşı əməliyyatlar  
Bu gün, 16:52
İranlı ekspert Ermənistanda “İran agentləri”ni ifşa etdi - "Bizim passivliyimiz təhlükəlidir!"
Bu gün, 16:42
Paşinyan Rusiya Prezidentinin inauqurasiyasında iştirak etməyəcək - “News.am”
Bu gün, 16:22
"Dadaş Rzayev korpus komandiri idi... Bir neçə dəfə bizə geri çəkilmək əmri vermişdi... - Amma biz sona qədər dirəndik"
Bu gün, 16:18
İşdən çıxarılan icra başçısının müavini məhkəməyə üz tutdu - Naxçıvanda
Bu gün, 16:14
"Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:12
“Serial çəkənlər aktyorlara “yolçu” pulu verirlər” - Qorxmaz Əlili
Bu gün, 16:10
"Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ
Bu gün, 16:07
NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib
Bu gün, 16:05
Qərbin tələsinə düşmək lazım deyildi - POLİTOLOQ
Bu gün, 15:57
Anar Məmmədli saxlanılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 15:48
17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi tutuldu - Lənkəranda ŞOK OLAY
Bu gün, 15:42
Keçmiş işçisi “Resant Group”u məhkəməyə verdi - BUNA GÖRƏ...
Bu gün, 15:40
Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi - Covid peyvəndi yan təsirə malikdir
Bu gün, 15:36
İsa Qəmbər yenidən başqanlığa namizəd oldu - köhnəyə QAYIDIŞ, yoxsa YENİDƏN DOĞUŞ?
Bu gün, 15:24
Bu il qıtlıq gözlənilir: meyvələrin qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:11
“300 min azərbaycanlı Ermənistana köçürüləcək” – Tatoyan
Bu gün, 15:03
BANM-də Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin təlimləri yekunlaşıb
Bu gün, 14:56
"Rasim kimi vətən xainləri bunları anlamaz" - deputata SƏRT TƏPGİ
Bu gün, 14:50
Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? – AÇIQLAMA
Bu gün, 14:48
Ermənistanda “müxalif avanqard” boşluğu - Paşinyan cəmiyyəti necə “oyadacaq?”
Bu gün, 14:41
Tanınmış jurnalist Vasif Səmədov vəfat edib
Bu gün, 14:32
Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..." – ŞOK TƏFƏRRÜAT
Bu gün, 14:29
Etirazlarla bağlı 2 mindən çox insan həbsdə qalır - Ermənistanın baş prokuroru
Bu gün, 14:27
“AGA Group”un faktorinq şirkətinin aktivləri kiçilib – Səbəb
Bu gün, 14:19
"Yoxsa qurdla qiyamətə qalmaq istəyirsiniz?!"
Bu gün, 14:14
Sabunçuda KİMİN SÖZÜ ŞAHDIR... - İLGİNC İDDİALAR...
Bu gün, 14:08
Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI
Bu gün, 14:02
Dəniz azlıq edirsə: Xəzərdə süni adalar lazımdır? - AKTUAL
Bu gün, 14:00
Piştaxtaya vaxtından tez çıxarılan bostan məhsulları - Onları yemək təhlükəlidirmi?
Bu gün, 13:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru