Ədliyyə Nazirliyi 2 tenderə yekun vurdu .....                     Tibbi qurum mühafizə xidməti aldı .....                     "Ermənistanın Təbrizdə konsulluq açması ilə İranın Qafanda açdığı konsulluq .....                     Patriarxın repressiyaları və kilsə müqaviməti .....                     Delimitasiya davam edir: Bəs demarkasiya prosesinə başlanılıb? .....                     Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN .....                     Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı .....                     "Yelo bank" Vətən müharibəsi qazisini kredit borcuna görə məhkəməyə verdi .....                     Ukrayna NATO-ya üzv olmaq yolundadır .....                     Deputat sayının artması: Proses necə baş verə bilər? .....                     Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi .....                     Blinken Bakı və İrəvana niyə zəng edib? .....                     "Danışmaqdansa, öz dəstəklərini göstərsinlər" .....                     Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! .....                     Gözlər Almatıda: .....                     Taksilərlə bağlı qərar təxirə düşdü? .....                     Toyuq ətinə tələbat kəskin artıb: .....                     Nazirlik elan etdiyi tenderin .....                     Qazaxın o kəndləri də minalanıb, .....                     Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır .....                     Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu .....                     “Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir .....                     Real əməliyyat görüntüləri, xaricdəki narkotacirlərin səs yazıları… .....                     İranlı ekspert Ermənistanda “İran agentləri”ni ifşa etdi .....                     Paşinyan Rusiya Prezidentinin inauqurasiyasında iştirak etməyəcək .....                     "Dadaş Rzayev korpus komandiri idi... Bir neçə dəfə bizə geri çəkilmək əmri vermişdi... .....                     İşdən çıxarılan icra başçısının müavini məhkəməyə üz tutdu .....                     "Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" .....                     “Serial çəkənlər aktyorlara “yolçu” pulu verirlər” .....                     "Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" .....                     NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib .....                     Qərbin tələsinə düşmək lazım deyildi .....                     Anar Məmmədli saxlanılıb .....                     17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi tutuldu .....                     Keçmiş işçisi “Resant Group”u məhkəməyə verdi .....                     Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi .....                     İsa Qəmbər yenidən başqanlığa namizəd oldu .....                     Bu il qıtlıq gözlənilir: meyvələrin qiyməti niyə ucuzlaşmır? .....                     “300 min azərbaycanlı Ermənistana köçürüləcək” .....                     BANM-də Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin təlimləri yekunlaşıb .....                 

“İran- İsrail müharibəsi olsa, ən çox zərərçəkən Azərbaycan olacaq” - NƏ ETMƏLİ?
Tarix: 16-04-2024, 08:31 | Çap et
“İran- İsrail müharibəsi olsa, ən çox zərərçəkən Azərbaycan olacaq”
İran-İsrail münasibətləri beynəlxalq münasibətlər sistemində ən həssas mövzulardan birinə çevrilib. İranın İsrailə raket və PUA-larla hücumu Azərbaycanda isə xüsusi diqqətlə izlənilir. Bu hadisə ölkənin ictimai-siyasi mühitində müzakirə edilən əsas məslələrdən biridir. İran cənub qonşumuzdur, həm də orada 30 milyondan çox soydaşımız yaşayır. Bu səbəbdən də bəzi dairələr orada nə baş verirsə versin, Azərbaycanı bununla əlaqələndirməyə çalışırlar.
İsrail isə strateji müttəfiqimizdir, Azərbaycanın İsraillə hərbi kəşfiyyat sahəsində yaxın əlaqələri də heç kim üçün sirr deyil.

Əgər bu iki dövlət arasındakı ziddiyyətlər genişmiqyaslı hərbi əməliyyatlara çevrilsə, heç şübhəsiz bundan təsirlənən ilk dövlətlərdən biri də biz olacağıq. Region ölkələrindən birində baş verən hansısa bir hadisə digərində də güzgü effekti ilə əks olunduğu üçün bu proseslərin Azərbaycana siraət etməsi istisna edilmir.
Hələlik, açıqlanan rəsmi mövqeyə görə, Azərbaycan İran və İsrail arasında artan gərginlikdən narahatdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X-dəki paylaşımında bildirib: "Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq".

Siyasi şərhçilər isə Azərbaycanın son hadisələrdə xüsusi fəallıq göstərməsinə ehtiyac görmür. Bakının həm İranla, həm İsraillə normal münasibətləri olduğunu vurğulayan ekspertlərə görə, Azərbaycan bu balansı mümkün qədər qorumalıdır.

Qeyd edək ki, aprelin 14-ü gecə saatlarında İran İsrailə dron və raketlərlə hücum edib. İsrail Müdafiə Ordusunun məlumatına görə, İran tərəfindən buraxılan raketlərin və dronların 99 faizi, ümumilikdə 300-dən çoxu (əksəriyyəti də İsrail ərazisindən kənarda) vurulub. İsrail Neqev səhrasındakı bir hərbi bazaya cüzi ziyan dəydiyini bildirib. Tehran bu hücumu Dəməşqdəki konsulluğuna endirilən zərbəyə cavab olduğunu və əməliyyatın məqsədlərinə çatdığını bildirir. (Aprelin 2-də İranın Suriyadakı diplomatik missiyasının ərazisinə hava hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 üzvü həlak olub. İsrail isə rəsmi olaraq bu hücumu öz üzərinə götürməyib)

İranın İsrailə hücumu, bu hadisələrin Azərbaycana təsirləri, savaş olarsa, İrandan böyük insan dalğasının gəlməsi riski barədə "Sherg.az"ın suallarını cavablandıran Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvü Ağrı Qaradağlı isə baş verənləri “planlı hücum” oyunu adlandırıb:

“İran generallarından birinin açıqlamasına görə, Tehran hücumdan 72 saat əvvəl Vaşinqtonu və qonşu ölkələri İsrailə qarşı gözlənilən hücum barədə məlumatlandırıb və İranın İsrailə hücumlarının məhdud xarakter daşıyacağını və özünümüdafiə məqsədilə həyata keçiriləcəyini bildirib. Həmçinin bu hücumun Dəməşq konsulluğuna edilən hücuma cavab məqsədi ilə edildiyini deyib. Üstəlik bu məsələyə hərbi təlim “don”u geyindirib uzunmənzilli raketlərini sınaqdan keçirdiklərini deyib. Guya “Dəmir Qübbə”nin İran raketləri qarşısında necə reaksiya verəcəyini öyrənmək istəyiblər. Lakin İranın açıqladığı səbəblər gülüncdür.
Ehtimal edirəm ki, bu hücum məhz İranla İsrail arasındakı anlaşma əsasında baş tutub. İran Dəməşqdəki konsulluğa hücumun qisasını alaraq imicini qorudu. Özü də əvvəlcədən hara, nə qədər, hansı model PUA və raketlərlə "zərbə" endirəcəyini elan etməklə bu addımı atdı. İsrail isə Qəzzada etdiklərinə görə itirməkdə olan beynəlxalq dəstəyini bərpa etdi, atdığı addımlara legitimlik qazandırdı.
Əks halda bu hücum ötən 20 il ərzində İsrailin İranı vurması üçün əlinə düşən ən yaxşı fürsətlərdən biri idi. İsrail isə heç bir cavab vermədi. Demək ki, miqyasına görə kifayət qədər “böyük” hesab edilən bu hücum bir növ səhnə arxasında razılaşdırılan planın təzahürü idi.

-Bu hücum bir oyundusa, bundan sonra İsrail –İran arasındakı münasibətlər necə olacaq?

- Bundan sonrakı zaman kəsiyində də İsrailin qisas alacağını, İrana hücum edəcəyini zənn etmirəm. Əgər İsrail İrana qarşı həqiqi mənada düşmənçilik siyasəti yeritsəydi, bu hücumdan sonra İrana qarşı savaş açmaqda heç bir qüvvə ona mane ola bilməzdi. Faktiki olaraq İran israilin əlinə əsaslı bir bəhanə vermişdi. İsrail isə İranla müharibədən yayındı. Görünür, İsrail bölgədə savaş olmasında maraqlı deyil. İranın gecə əməliyyatlarının məhdud və ölçülü olması da göstərdi ki, İran rejimi də böyük müharibənin baş verməsində maraqlı deyil.

Onlar elə gərginliyin bu səviyyədəcə qalmasını istəyir. İran hərbi gücünü nə qədər artırsa da, hələ ki İsraillə savaşda onu üstələyəcək qüdrətə çatmayıb. İsrail isə uzaq başı arada bir gərginlik yaratmaq məqsədi ilə İranın Suriyada, Livanda və digər ölkələrdəki bazalarına qarşı hücumlar edəcək. Lakin bəzi mənbələrdə qeyd edildiyi kimi İsrailin İranı F35-lərlə vurması ehtimalı real görünmür. İsrail istəsə belə Amerika Birləşmiş Ştatlarının buna imkan verəcəyini zənn etmirəm. Faktiki olaraq ABŞ İran və İsrail arasında moderatorluq edib, dünyada hələ də əsas söz sahibi olduğunu göstərdi.

-İran-İsrail qarşıdurmasının Azərbaycana hansı təsirləri ola bilər?

-Hər nə qədər cüzi bir ehtimal da olsa, İran-İsrail münasibətlərində eskalasiyanın “böyük müharibəyə” çevrilməsinin qarşısının alınmasını vacib hesab edirəm. Tərəflər arasındakı qarşıdurma genişmiqyaslı hərbi əməliyyatlara çevrilsə, bu müharibədən ən çox zərərçəkən Azərbaycan xalqı olacaq. Müharibənin fəsadları həm Güneydə, həm də Quzeydə yaşayan soydaşlarımıza təsir edəcək. İranın İsrailə atdığı ballistik raketlər, PUA-lar Güney Azərbaycan- Urmiya, Təbrizdən atılıb. Bu da o anlama gəlir ki, qarşıdurma müharibə xarakteri alsa, İsrail də cavab olaraq məhz bu əraziləri vuracaq.
Həm də əzəldən türklərə, azərbaycanlılara düşmən kimi baxan İran rejimi İsraillə Azərbaycan arasındakı müttəfqliyi göz önünə alaraq bizim ərazilərə də raket ata bilər. Ona görə də indiki situasiyada Azərbaycanın bölgədə alovlanacaq yeni bir savaşa hazır olmadığını düşünürəm.

-Güneydən böyük köç ola bilərmi?

-İran- İsrail arasındakı müharibə ocağı alovlanacağı halda Güney azərbaycanlıların böyük əksəriyyətinin gedəcəyi ölkə Azərbaycan və Türkiyədir. Sadəcə güneyli soydaşlarımız deyil, hətta farslar belə Azərbaycana, Türkiyədə köç axın edə bilərlər. Onu da deyim ki, əli silah tutan soydaşlarımızın müharibədən qaçacağını zənn etmirəm, onlar qalıb öz bölgələrini, ərazilərini qoruyacaqlar. Bizim Milli Hərəkat illərdir rejimə qarşı öz azadlığı uğurunda mübarizə aparır. Bəlkə də İran- İsrail arasındakı müharibə zamanı öz müstəqilliklərini elan etmək şansı əldə edərlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ədliyyə Nazirliyi 2 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 00:05
Tibbi qurum mühafizə xidməti aldı – TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
"Ermənistanın Təbrizdə konsulluq açması ilə İranın Qafanda açdığı konsulluq eyni "qıcıq" məqsədi daşıyır"
Dünən, 19:10
Patriarxın repressiyaları və kilsə müqaviməti - “Xeyir-dua”...
Dünən, 19:02
Delimitasiya davam edir: Bəs demarkasiya prosesinə başlanılıb? - GƏLİŞMƏ
Dünən, 19:00
Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF
Dünən, 18:56
Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı
Dünən, 18:04
"Yelo bank" Vətən müharibəsi qazisini kredit borcuna görə məhkəməyə verdi - AXI NİYƏ?
Dünən, 18:01
Ukrayna NATO-ya üzv olmaq yolundadır - Yens Stoltenberq
Dünən, 17:53
Deputat sayının artması: Proses necə baş verə bilər? - ŞƏRH
Dünən, 17:51
Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə
Dünən, 17:46
Blinken Bakı və İrəvana niyə zəng edib? - Zərdüşt Əlizadənin şərhi
Dünən, 17:44
"Danışmaqdansa, öz dəstəklərini göstərsinlər" - VİDEO
Dünən, 17:30
Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - deputat
Dünən, 17:28
Gözlər Almatıda: - Nazirlər masaya bu dosye ilə oturur
Dünən, 17:26
Taksilərlə bağlı qərar təxirə düşdü? - AKTUAL
Dünən, 17:20
Toyuq ətinə tələbat kəskin artıb: - bahalaşma olacaq?
Dünən, 17:16
Nazirlik elan etdiyi tenderin - NƏTİCƏLƏRİNİ AÇIQLADI
Dünən, 17:12
Qazaxın o kəndləri də minalanıb, EHTİYATLI OLUN!
Dünən, 17:08
Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır – Əvvəllər Talıbovlara məxsus olub
Dünən, 17:01
Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - Xəstəxana 20 min cərimələndi
Dünən, 16:57
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
Dünən, 16:56
Real əməliyyat görüntüləri, xaricdəki narkotacirlərin səs yazıları… - Abşeronda narkotiklərə qarşı əməliyyatlar  
Dünən, 16:52
İranlı ekspert Ermənistanda “İran agentləri”ni ifşa etdi - "Bizim passivliyimiz təhlükəlidir!"
Dünən, 16:42
Paşinyan Rusiya Prezidentinin inauqurasiyasında iştirak etməyəcək - “News.am”
Dünən, 16:22
"Dadaş Rzayev korpus komandiri idi... Bir neçə dəfə bizə geri çəkilmək əmri vermişdi... - Amma biz sona qədər dirəndik"
Dünən, 16:18
İşdən çıxarılan icra başçısının müavini məhkəməyə üz tutdu - Naxçıvanda
Dünən, 16:14
"Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:12
“Serial çəkənlər aktyorlara “yolçu” pulu verirlər” - Qorxmaz Əlili
Dünən, 16:10
"Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ
Dünən, 16:07
NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib
Dünən, 16:05
Qərbin tələsinə düşmək lazım deyildi - POLİTOLOQ
Dünən, 15:57
Anar Məmmədli saxlanılıb - DİN-dən AÇIQLAMA
Dünən, 15:48
17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi tutuldu - Lənkəranda ŞOK OLAY
Dünən, 15:42
Keçmiş işçisi “Resant Group”u məhkəməyə verdi - BUNA GÖRƏ...
Dünən, 15:40
Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi - Covid peyvəndi yan təsirə malikdir
Dünən, 15:36
İsa Qəmbər yenidən başqanlığa namizəd oldu - köhnəyə QAYIDIŞ, yoxsa YENİDƏN DOĞUŞ?
Dünən, 15:24
Bu il qıtlıq gözlənilir: meyvələrin qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:11
“300 min azərbaycanlı Ermənistana köçürüləcək” – Tatoyan
Dünən, 15:03
BANM-də Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin təlimləri yekunlaşıb
Dünən, 14:56
"Rasim kimi vətən xainləri bunları anlamaz" - deputata SƏRT TƏPGİ
Dünən, 14:50
Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? – AÇIQLAMA
Dünən, 14:48
Ermənistanda “müxalif avanqard” boşluğu - Paşinyan cəmiyyəti necə “oyadacaq?”
Dünən, 14:41
Tanınmış jurnalist Vasif Səmədov vəfat edib
Dünən, 14:32
Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 14:29
Etirazlarla bağlı 2 mindən çox insan həbsdə qalır - Ermənistanın baş prokuroru
Dünən, 14:27
“AGA Group”un faktorinq şirkətinin aktivləri kiçilib – Səbəb
Dünən, 14:19
"Yoxsa qurdla qiyamətə qalmaq istəyirsiniz?!"
Dünən, 14:14
Sabunçuda KİMİN SÖZÜ ŞAHDIR... - İLGİNC İDDİALAR...
Dünən, 14:08
Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru